2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR ƏHLİ SÜNNƏ VƏl cəmaat


Mahnı Oxuyan Qadının Aldığı Qazanc Haramdır



Yüklə 0,83 Mb.
səhifə10/40
tarix26.12.2016
ölçüsü0,83 Mb.
#3456
1   ...   6   7   8   9   10   11   12   13   ...   40
Mahnı Oxuyan Qadının Aldığı Qazanc Haramdır: Ənəs b. Məlik – radıyallahu anhu – deyir ki: «Ən pis qazanc mahnı oxuyan qadının qazancıdır»45. Əbu Umamə – radıyallahu anhə – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mahnı oxuyan qadınların satılması və alınması, onların ticarətinin edilməsi halal deyildir. Onlar qarşılığında alınan pul da haramdır. «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək (sapdırmaq) və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar…». (Loğman 6). Məni haqq ilə göndərənə and olsun ki, bir nəfər yüksək səslə mahnı oxuyarsa Uca Allah mütləq onun çiyinlərinə çıxan iki şeytan göndərər. Onlar da susana qədər onun köksünə ayaqları ilə vurarlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu arada sinəsinə işarə etdi»46. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – mahnı oxuyan cariyənin qazancını yeməyi qadağan etdi»47. İbn AbdulBərr rahmətullahi aleyhi - deyir ki: “Ümmətin alimlərinin ittifaq etdiyi haram olan qazancların içərisinə daxildir: Sələmçilik, fahişəlikdən gələn qazanc, rüşvət, ölü üzərində mərsiyə deyilərək qazanılan qazanc, kahinlik, falçılıq, musiqi alətlərindən ifadə edərək qazanılan qazanc və azart oyunlardan qazanılan qazanc”48. İsmail b. Əbu Xalid deyir ki, Şabi – rahmətullahi aleyhi - mahnı oxuyan cariyənin qazancını çirkin görmüş və: «Mən belə bir qazancı yeməyi sevmərəm» demişdir49.


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin