2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


a) hissə və tam. Tamlıq (bütövlük) prinsipi



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə66/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   62   63   64   65   66   67   68   69   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

 
a) hissə və tam. Tamlıq (bütövlük) prinsipi 
Bir çox əsrlər əvvəl belə bir inam yaranmışdı ki, bu və ya digər predmeti başa düşmək – onun 
nədən təşkil olunduğunu bilmək deməkdir. Varlığın “quruluşunu” başa düşmək üçün hər şeydən 
əvvəl, həm də uzun vaxt “ sadə - mürəkkəb”, “hissə - tam” fəlsəfi anlayışların köməyindən istifadə 
olunmuşdur. Bu cür kateqoriyalar bir - biri ilə sıx bağlıdır, sadəcə olaraq uzun müddət hissəsi 
olmayan sadə kimi, sadə tərkib hissələrə ayrılmış hissələrdən təşkil olunmuş mürəkkəb kimi 
düşünülürdü. 
Hissə 
dedikdə elə “predmetlər” başa düşülür ki, öz məcmusunda yeni, daha 
mürəkkəb predmetləri yaradır. 
Tama 
isə bu və ya başqa predmetlərin hissələrinin birləşməsinin 
nəticəsi kimi baxılırdı. Sadələşdirilmiş mexaniki baxışlara uyğun olaraq tam öz hissələrinin sadəcə 
cəmi hesab olunurdu.
Lakin hər şeylə maraqlanan, hər şeyi bilmək istəyən ağıl görür ki, tam hansısa səbəblərə görə 
onun hissələrinin cəmindən (bir yerdə götürülmüş) nə isə böyükdür. Əslində isə, gələcək binanın, 
gəminin, paltarın hissələrini yığımı hələ bina, gəmi, paltar deyildir. Bizim günlərə qədər qədim 
yunan fəlsəfəsindən şərti olaraq “Tezeya gəmisi” adlanan düşüncələr gəlib çatmışdır. Tezeya uzun 
gəmi səfərinə çıxır. Dənizçilər gəminin təmiri prosesində gəminin köhnəlmiş, sürtülmüş hissələrini 
tədricən yeniləri ilə əvəz etdilər (vəziyyət bizim günümüzdə də real olan şeydir: avtomaşın, 
televizor və s.). Nəticədə karıxma, çaşıb qalma sualı yaranır: belə hesab etmək olarmı ki, bu artıq 
başqa gəmidir və ya ona elə həmin gəmi kimi baxmaq olar. İkinci cavaba meyl etməklə biz qeyri 
- iradi etiraf edir ki, gəmi heç də öz hissələrinin yığımı deyildir, ancaq özündə nə isə tamı təqdim 
edir.
Mürəkkəb predmetlərin (elementarlıq) hissələrinə diqqət sirli tamın (holizim) qarşısındakı 
təəccübə qarşı dayanır. Tamın (məsələn, canlı orqanizm) sirrinin müəmmasının həllindəki 
çətinliklər çox vaxt mistik izaha aparır.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin