2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə69/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   65   66   67   68   69   70   71   72   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

N

Səbəb – nəticə münasibətlərinin ən mürəkkəb formalarından biri fiziklər və kimyaçılar 
tərəfindən qurulmuş zəncirvari reaksiya modelində təqdim olunur. Onlardakı hadisənin gedişi 
“domino” prinsipi üzrə gedir, ancaq hər bir nəticə bir deyil, iki və ya daha çox hadisələr üçün səbəb 
olur. Bu da öz növbəsində yeni “dəstə” hadislər yaradır və s. Bu cür səbəbiyyət sxemi ilə zəncirvari 
kimyavi reaksiya inkişaf edir, nüvə enerjisinin kütləsinin partlaması baş verir. 
Səbəbiyyət əlaqəsi birbaşa (məsələn, bir şarın başqasına dəyməsindən) və ya vasitəli ola bilər. 
Sonuncuya misal elektrik enerjisinin istehlak edilməsinin (sərf edilməsinin) artmasından meşələrin 
məhv olması; elektrik enerjisi istehlakının artması istilik elektrik stansiyalarının gücünün 
artmasına, elektrik stansiyasında sıxılan karbon qazının kəmiyyətinin və istehsalının artması və 
buna müvafiq olaraq atmosferə kükürdün atılmasının çoxalması, borulardan çıxan qazlarla havanın 
oksigeninin qarşılıqlı təsiri, sulfat turşusu damcılarının yaranması, aerozolun köçürülməsi, turşu 
yağışının tökülməsi və ağacların bitdiyi torpağın turşuluğunun artmasına aparır.
Qarşılıqlı təsir
 
- bir istiqamətli hadisə - səbəb nəticə əlaqəsinə nisbətən daha mürəkkəb əlaqə 
tipidir. Bu vaxt hadisə - səbəb öz nəticəsi tərəfindən əks təsir hiss edir, səbəb və nəticə qarşılıqlı 
bir - birinə təsir edir, eyni vaxtda həm səbəb, həm də nəticə rolunu yerinə yetirirlər (torpaq, bitki, 
iqtisadiyyat - siyasət).
Şərait
- bu predmetin daxili əlaqəsi və mühiti təqdim edən xarici amildir ki, bunlar vasitəsilə 
səbəb hadisələri və əlaqələrinin inkişafı mümkündür. Daha əsaslı səbəb amillərindən ayrı 
götürülərkən, onlar öz–özünə nəticə yarda bilmirlər. Lakin onlarla səbəb daxil edilən potensial 
imkanın gerçəkliyə çevrilməsi şərtlənir ki, bu da onların səbəbin əsasına daxil olmasını müəyyən 
edir.
Bəhanə-
öz-özünə bu və ya başqa nəzərdən keçirilən nəticəni törətməyən hadisədir, ancaq 
bütün səbəbiyyət kompleksinin fəaliyyətini açan məkan, impuls (qeyri–iradi hərəkət), "işə salınan 
mexanizm" kimi işləyir. Belə ki, nasional – sosialistlərin Almaniyanın ali dövlət orqanının–
N

N

N

N

S


79 
reyxstaqın binasında törətdikləri yanğın kommunist və sosial-demokrat partiyalarının 
rəhbərlərinin həbs edilməsi və təcrid edilmələri üçün bəhanə oldu. Əslində isə faşistlərin 
törətdikləri siyasi çevrilişin səbəbi onlar tərəfindən qəsdən düzəldilmiş yanğın deyildir.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin