ECHO Məlumat vərəqi – Humanitar Yardımlar və Mülki Müdafiə – fevral 2016-cı il
Şəklin müəllifi: AB/ECHO/Pier Prakaş
AB Mülki Müdafiə Mexanizmi
AB MÜLKİ MÜDAFİƏ
ECHO MƏLUMAT VƏRƏQİ
Faktlar və Rəqəmlər
Fəlakətlərə qarşı
əlaqələndirilmiş,
effektiv və səmərəli
reaksiya
AB Üzv Ölkələrinin
reaksiya imkanlarının
birləşdirilməsi
AB daxilində və
dünyanın və yerinə
yayılma
Səylərin
təkrarlanmasının
qarşısının alınması və
yardımın zərərçəkmiş
ölkənin
ehtiyaclarınıqarşılamas
ının təmin olunması
Fəlakətlərə qarşı birgə
hazırlıq və profilaktika:
• Təlim
• Ekspert mübadiləsi
• tapşırıqlar
• \maarifləndirmə
2001-ci ildən yardım
üçün edilən
müraciətləri nəzərə
alaraq AB Mülki
Müdafiə Mexanizmi
230 dəfədən çox
aktivləşdirildi.
Humanitar Yardım və Mülki
Müdafiə
B-1049 Brüssel, Belçika
Tel.: (+32 2) 295 44 00
Faks: (+32 2) 295 45 72
email:
echo-info@ec.europa.eu
Sayt:
http://ec.europa.eu/echo
* Bütün ən son ECHO
məlumatları:
bit.ly/echo-fs
●
Fövqəladə hadisənin miqyası ölkənin reaksiya potensialını aşanda AB Mülki Müdafiə
Mexanizmi iştirakçı ölkələrdə əlaqələndirilmiş yardımın göndərilməsini təmin edir.
●
AB Mülki Müdafiə Mexanizmi bütün fəlakət növləri üçün aktivləşdirilə bilər. Misal üçün
Qərbi Afrikada geniş yayılmış Ebola epidemiyasını (2014), Qərbi Balkanlarda daşqını
(2014), Şərqi Ukraynada münaqişəni (2015) və Avropa qaçqın böhranını (2015)
göstərmək olar. Mexanizm həmçinin dəniz sularının çirkləndirilməsi nəticəsində
yaranan fövqəladə vəziyyətlərdə aktivləşdirilə bilər və bu zaman Mexanizm Avropa
Dəniz Təhlükəsizliyi Agentliyi (ADTA) ilə sıx əməkdaşlıq edir.
●
28 AB Üzv Ölkəsinin hamısı, o cümlədən İslandiya, Norveç, Serbiya, Keçmiş
Yuqoslaviya Respublikası Makedoniya və Monteneqro Mexanizmdə iştirak edir.
Türkiyə Mexanizmə qoşulmaqla bağlı anlaşma imzalayıb və anlaşmanın
ratifikasiyasından dərhal sonra Mexanizmə qoşulacaq.
●
Dünyanın istənilən ölkəsi, eləcə də BMT və onun orqanları və müəyyən beynəlxalq
təşkilatlar AB Mülki Müdafiə Mexanizmi vasitəsilə yardım üçün müraciət edə bilər.
●
Fəlakətin ziyan vurduğu ölkəyə mülki müdafiə yardımı iştirkçı ölkələrin potensialından
(zəruri əşyalar, təcrübə, müdaxilə qrupları və xüsusi avadanlıqlar) ibarətdir. Ekspertlər
Mexanizm əsasında həmçinin ehtiyacların qiymətləndirilməsi və yerli qurumlar və
beynəlxalq təşkilatlarla koordinasiyanın qurulması, habelə profilaktika və hazırlıq
tədbirləri ilə bağlı müraciətçi ölkəyə məsləhətlərin verilməsi üçün cəlb olunur. Mülki
müdafiə yardımı üçüncü ölkələr müraciət edən zaman humanitar yardımla birləşdirilir.
●
2013-cü
ildə qəbul edilmiş AB Mülki Müdafiə qanunvericiliyində fəlakətlərə qarşı
profilaktika və hazırlığa xüsusi yer verilir və əsas diqqət risklərin milli
qiymətləndirməsinə və risklərin idarə olunmasının planlaşdırılmasına yönəldilir.
Avropa ölkələrinin fəlakətlərə qarşı reaksiya hazırlığının gücləndirilməsi məqsədilə
Mexanizm iştirakçı ölkələr üçün əvvəlcədən yaradılmış reaksiya imkanlarının könüllü
birləşdirilməsinin əsasını qoydu.