Civil protection az ai


AB Mülki Müdafiə Mexnizminin



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix25.12.2016
ölçüsü0,78 Mb.
#2974
1   2   3   4   5   6   7
AB Mülki Müdafiə Mexnizminin

 

AB Mülki Müdafiə Mexanizmi yarandığı 2001-ci ildən 300-dən çox fəlakətin monitorinqini aparmış, 200-dən çox 



yardım üçün müraciət almışdır.

Mexanizm 2015-ci ildə 

Nepal

da baş verən zəlzələ, Yunanıstanda baş verən meşə yanğınları və Avropa qaçqın 



böhranı daxil olmaqla 26 fövqəladə hal üçün aktivləşdirilmişdir.

2015-ci ilin aprel ayında Nepalda baş verən zəlzələyə cavab verən AB Mülki Müdafiə komandasına fəlakətdən 

dərhal sonra qiymətləndirmə və koordinasiyanın həyata keçirilməsi tapşırığı verilmişdir. 17 iştirakçı ölkə Mexanizm 

vasitəsilə Nepala tibb heyəti, axtarış-xilasetmə qrupları  və fövqəladə  ləvazimatlardan (sığınacaqlar, yataqlar, 

ədyallar, paltarlar, tibbi avadanlıqlar və  dərmanlar) ibarət yardım göndərdi. 2015-ci ilin iyul ayında 

Yunanıstan

 

meşə yanğınlarının qarşısının alınması üçün Mexanizm vasitəsilə yardım üçün müraciət etdi. Müraciətin 



qarşılığında meşə yanğınsöndürən təyyarələri yanğının ram edilməsi üçün Yunanıstana göndərildi. AB yardımın 

Yunanıstana göndərilməsini birgə maliyyələşdirilməsini təmin etdi.

2015-ci ilin ikinci yarısında Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Yunanıstan qaçqın və miqrant axınının 

artmasına cavab vermək məqsədilə Mexanizm vasitəsilə yardım üçün müraciət etdi. Yardımın göndərilməsi 

FCKM tərəfindən əlaqələndirildi. İştirakçı ölkələrin çoxu ən həssas qrupların ehtiyaclarının qarşılanması 

məqsədilə müraciətə qızdırılan ailə çadırları, yaşayış üçün konteynerlər, yataqlar, ədyallar və yataq torbaları, 

habelə sanitar konteynerlər, plaşlar, ilk yardım çantaları və digər daha zəruri materiallar göndərməklə cavab verdi. 

AB də həmçinin yardımların zərərçəkmiş ölkəyə çatdırılmasının birgə maliyyələşdirilməsində iştirak etdi.

2014-cü ilin may ayında AB Mülki Müdafiə Mexanizmi Bosniya və Hersoqovinanı cənginə alan güclü daşqınların 

qarşısının alınması üçün aktivləşdirildi və indiyə kimi AB cavabvermə əməliyyatları içərisində ən böyük olan bu 

əməliyyat zaman 23 iştirakçı ölkə yardım təklif etdi.

Eyni ilin iyul ayında Dünya Səhiyyə Təşkilatı 

Ebola virusu*

 xəstəliyinin (EVX) yayılmasının nəzarətə götürülməsi 

üçün Mexanizmə müraciət etdi. Bu müraciət iştirakçı ölkələrin təklif etdiyi fövqəladə ləvazimatların və ekspertlərin 

cəld və  əlaqələndirilmiş  şəkildə hadisə yerinə göndərilməsi ilə  nəticələndi. FCKM eyni zamanda zərərçəkmiş 

ölkələrdə işləyən beynəlxalq səhiyyə mütəxəssislərinin tibbi evakuasiya sisteminin idarə olunmasını həyata keçirdi.

* Bütün ən son ECHO məlumatları:




Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin