Profilaktika və Hazırlıq
Profilaktika və hazırlıq fəlakətlərin ağır nəticələrini azaldır. AB səviyyəsində
fəlakətlərin qarşısının alınmasına yönəlmiş fəaliyyətlər fəlakətlər ilə bağlı
informasiyaların keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılması, profilaktik
tədbirlərin həyata keçirilməsi, risklərin və fəlakətlərin idarə olunması ilə bağlı
ictimai maarifləndirmənin aparılması, təlimatlara
əsasən risklərin
qiymətləndirilməsində və təhlükə xəritələrinin hazırlanmasında Üzv Ölkələrin
dəstəklənməsi, fəlakətlərə qarşı davamlılığın gücləndirilməsi istiqamətində
tədqiqatın genişləndirilməsi və erkən xəbərdarlıq alətlərinin tətbiq olunmasından
ibarətdir. Hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Avropa Komissiyası
təlim, seminar, ekspert mübadiləsi və öyrənilən dərs proqramı təşkil edir.
ECHO Məlumat vərəqi – Humanitar Yardımlar və Mülki Müdafiə – fevral 2016-cı il - Səh 3 /3
Photo Credit: EU/ECHO
* Bütün ən son ECHO məlumatları:
bit.ly/echo-fs
Photo Credit: EU/ECHO
Photo Credit: EU/ECHO