Risk idarəetməsinin planlaşdırılması
AB Mülki Müdafiə Mexanizminə əsasən, Üzv Ölkələr risklərin qiymətləndirilməsi
üzrə milli strategiyaları paylaşır, fəlakət risk idarəetməsinin planlaşdırılmasını
təşkil edir və özlərinin risklərin idarə olunması potensialının qiymətləndirilməsi
üzrə milli strategiyaları paylaşır. Avropa Komissiyası qiymətləndirmənin
aparılmasında və yaxşı təcrübələr ilə bağlı məlumatlıarın yayılması və
mübadiləsinin asanlaşdırılmasında Üzv Ölkələrə yol göstərir. Könüllü ekspertlərin
təhlilləri Üzv Ölkələrin risklərin idarə olunması sistemlərinin təkmilləşdirilməsində
başlıca element hesab olunur. Risklərin anlaşılması böyük fəlakətlərə qarşı
kollektiv Avropa cavabverməsi üçün fövqəladə şəraitlərdə fəaliyyət planlarının
yaradılması üçün başlanğıc nöqtə ola bilər. Bu planlar yaxşı təcrübələrin
mübadiləsini asanlaşdırır və fəlakətlərin qarşısının alınmasında zəruri olan əlavə
investisiyaların müəyyən olunmasına yardım edəcək.
Dostları ilə paylaş: |