4.ƏSAS KOMPETENSİYALAR PLAN:
1. Bilik,bacarıq,və vərdişlər
2. Dəyər və keyfiyyət
3. Əsas kompetensiyalar
4. Metakompetensiyalar
Kompentasiyalar latın sözü “competentia”olub,”bacarıq,səriştə,qabiliyyət”,” mühakimə etməyə səlahiyyətli”,”danışmağa hüququ olmaq” mənasını verir. Kompetensiya –situasiyadan irəli gələn və qarşında duran hər hansı konkret məsələni həyata keçirmək üçün sərf etdiyi bacarıqdır.Vəziyyətdən qaynaqlanan tələblərə cavab vermək üçün əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək bacarığıdır.Həmçinin müəyyən funksiyaların müvəffəqiyyətli icrası üçün zəruri olan bilik,bacarıq, müvafiq təcrübə və şəxsi keyfiyyətlərin toplusudur.Şagirdin dərsi qavraması üçün mütləq bilikdən əlavə, bacarıqlara da ehtiyacı var.Bunu da formalaşdırmaq üçün “beş barmaq- a aydınlıq gətirək.
Kompetensiya sözündə BİLİK+BACARIQ+VƏRDİŞ+DƏYƏR+KEYFİYYƏT kimi açar sözləri birləşdirir.(biz bunu 5 barmaq adı ilə yadda saxlayaq) Ümumiyyətlə kompetensiyanın formalaşması üçün şagird müəllimin qoyduğu suallara cavab tapmağı öyrənməlidir.Bu şagirddən fəal,yaradıcı iş, alınmış məlumatı təhlil etmək bacarığı tələb edir.Bunun üçün müəllim dərs keçərkən həmişə problemli situasiya yaratmalıdır.Bu isə şagirdi dərsi düşünülmüş şəkildə qavramağa, yaradıcılığını inkişaf etdirməyə məcbur edir.Yaşadığımız dövrdə “ 21-ci əsr müəlliminin kompetentliyi” nə də böyük diqqət yetirilir,yəni ki müəllimin savadlılığının, yeni pedaqoji texnalogiyalardan istifadə etmık bacarığının,ünsiyyət qabiliyyətinin, kompüterdən istifadə etmək bacarığının, yaradıcı təfəkkürdən törəyən bilikləri bir- biri ilə əlaqələndirərəkyeni bir bilik yaratma qabiliyyətinin,müəllim- şağird ünsiyyətini ən gözəl formada qura bilmək bacarığının olması ön planda durur. Bilik- qrşıda duran məsələni həyata keçirmək üçün koqnitiv (şagirdin informasiyanı dərketmə prosesi) fəaliyyət nəticəsində əldə olunan məlumat toplusuna deyilir. Bilik həmçinin bacarığı formalaşdırmaq üçün şagirdin özü və onu əhatə edən aləm və aləmin amilləri haqqında informasiyadır.Biliklərə yiyələnmək,işində çətinliklərin aradan qaldırılması şagirdin paktikasına yaxşı təsir göstərir,şagirdlərdə öz quvvəsinə inam yaradır.Məlumatın mexaniki mənimsənil məsi,formul və təriflərin şüurun iştirakı olmadan əzbərlənməsibiliklərin formal mənimsənilməsinə səbəb olur.Ədəbiyyat, Tarix, Coğrafiya kimi fənlər əsasən bilik səviyyəsində öyrənilməlidir. BACARIQ- bilik, təcrübə, vərdiş nəticəsində əldə edilmiş şagirdin işgörmə qabiliyyətidir.Hər işdə bacarıq lazımdır.Çünki insan arzusunu həyata keçirmək üçün öz səyi və bacarığı sayəsində istədiyi məqsədə nail ola bilər.”Göz görmək ağıl başa düşmək üçündür”,yəni bilik olmasa şagird bacarığını formalaşdımaqda çəkər.Bacarıq şagirddə əmək vərdişlərini formalaşdırır onu müstəqilliyə və yaradıcılığa alışdırır.Deməli,bacarıq biliyin məqsədyönlü formada həyata keşirir.Təbiət və Riyaziyyat fənləri, həmçinin Dil dərsləri bilik və bacarıqlar səviyyəsində öyrənilməlidir.Məsələn,Həndəsəni öyrənmək üçün təkcə teoremləri bilmək kifayət etmir, eyni zamanda həmin teoremi isbat etmək bacarığına yiyələnmək lazımdır.VƏRDİŞ-Şagirdin təlim prosesində qazandığı hərəkət,yəni bir növ biliyin bacarığa çevrilməsi prosesinin intensivləşdirilməsi hadisəsi kimi vərdişi formalaşdırıb alışqanlıq halına salan əsas amillərdəndir.Hər hansı bir bacarığı dəfələrlə təkrarlayan bir şagird bacarığı vərdişə çevirmiş olur.
Texnologiya vənni isə bilik,bacarıq və vərdişlər səviyyəsində öyrənilməlidir. DƏYƏR-İnsanın özünün fiziki və mənəvi varlığını qoruyub saxlaması,onun arzu və təlabatlaının ödənilməsi üçün yaşadığı cəmiyyətin və mühütün qəbul etdiyi ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır.Şagirdin nəinki cəmiyyətdən,həmçinin ailədən, dövlətdən qazandığı milli və mənəvi dəyərlər onun şəxsiyyət kimi formalaşmasında əsas rol oynayır.Ümumiyyətlə,dəyərlər şəxsiyyəti formalaşdıran keyfiyyətlərdəndir.Şagirdin nailiyyəti isə bilik və bacarıq əsasında əldə olunub formalaşan dəyərlər sisteminə aiddir. KEYFİYYƏT-İnsanın vətənpərvərlik,demokratiklik,humanistlik,kimi keyfiyyətləri özündə cəmləşdirməsi yoldaşına kömək etməsi,böyüklərinə hörmət etməsi,səbrli olması,qətiyyətli olması, cəsarətliliyi,özünü ələ ala bilməsi,inamı,xeyirxahlığı,məsuliyyətliliyi,intizamlılığı, işgüzarlığı,mərdliyi kimi keyfiyyətləri özündə birləşdirməsi kompetensiyanı forma laşdıran prinsiplərdəndir.Beləki şagirdlər üçün əlavə addımların atılması,tədris materialının şagirdlər tərəfindən əsaslı dərk olunmasının təşkil edilməsi,bu məqsədlə müəllimin şagirdlərin şüurunu hərəkətə gətirməsi,onları düşünməyə,fikir yürütməyə vadar etməsi,onların diqqətini öyrənilən hadisələrdə səbəb- nəticə əlaqələrinə yönəltməsi, müəllimin rəhbərliyi ilə şagirdlərin müəyyən əqli nəticələr çıxarması və s. Bütün bunlar şagirdlərdə kompetensiyaların intensiv şəkildə formalaşmasına kömək edir.Nəticədə şagirdlər idrak əməliyyatları olan müqayisə,təhlilə,ümumiləşdirməyə,mücərrədləşdirməyə daha çox müraciət etməli olurlar.Əsas kompetensiyalar aşağıdakılardır:-İnsanlar ana dilində ünsiyyət qura bilməlidirlər.-insanlar ana dilində ünsiyyət qura bilməlidirlər; -ən azı bir xarici dildə ünsiyyət qurub danışa bilməlidirlər; -Riyazi savadı olmalıdır; -Elm və texnalogiyada sadə və mürəkkəb bacarıqlara sahib olmalıdır məsələn kompüter proqramını bilməsi,slayd qura bilməsi və s.; - Sosial və vətəndaşlıq kompetensiya ları olmalıdır; - Yenilik və sahibkarlıq hissi kompetensiyaları olmalıdır; - Kompüter savadı olmalı,ondan istifadə etməyi bacarmalıdır, - Müstəqil öyrənmə kompetensiyaları olmalıdır.Əgər bu bacarığı olmazsa digər bacarıqları mənimsəməkdə çətinlik çəkə bilər.;- Texniki kompetensiya- şagird gördüyü işin əsas tərkib hissəsini müəyyən etməyi bacarmalıdır.- Davranış kompetensiyası- şıxsi keyfiyyətlərin təsviri üçün nəzərdə tutulan bacarıqdır;- Siyasi və sosial kompetensiyalar oz üzərinə məsuliyyət götürmək bacarığı birgə qərar qəbul etmək bacarığı və .s; - Çoxmədəniyyətli cəmiyyətin həyatı ilə əlaqəli kompetensiyalar (tolerantlıq,irqi ayrıseçkiliyə qarşı və s); - Şifahi və yazılı ünsiyyətdə kompetensiya lar(orta təhsilli insanın ictimai həyatda şifahi və yazılı ünsiyyət hazırlığını bildirən
bacarıqlar);- İKT sahəsində kompetensiyalar (informasiya texnologiyalarını tətbiq etmək, reklam vasitəsilə yayılan xəbərlərə tənqidi yanaşma bacarığı). Metakompetensiyalar:(əsas bacarıqlardan əlavə,şagirddə daha da böyük bacarıqların formalaşması):-Tənqidi təfəkkür;(məsələn,sinifdə müzakirə olunan mövzuya şagirdin yanaşması);- Yaradıcı yanaşma(şagirdin mövzuya daha yaradıcı yanaşaraq onu dərk etməsi); - Təşəbbüskarlıq;(şagirdin bilik ehtiyatını toplaması, fürsətləri qiymətləndirməsi,insanların ictimai ünsürlər kimi faktorlar onların təşəb büskarlıq səviyyəsinə təsir edir.Dövlətin təşəbbüskarlığı isə cəmiyyəti canlandır maq və dəstəkləmək üçündür); - Problemlərin həlli;(insanın problemin həlli yolunu daha tez və sadə yolla tapmağa qadir olması); - Riskin qiymətləndirilməsi;(çox risk edən insan riski daha rahat qiymətləndirməyə qadir şəxsdir); - Qərarların qəbul ediməsi;(doğru qərar verənlər qərarları daha rahat qəbul etməyi bacarırlar); - Hisslərin konstruktiv (qurucu) idarə edilməsi;( insanların ağılla hərəkət etməsi,özündən tez çıxması.hisslərini çilovlaya bilməsi,hərəkətlərinə daha çox diqqət göstərməsi və s.)
PLAN:
1. Kurikulumun mahiyyəti
2. Kurikulumu zəruri edən tələblər
3. Ənənəvi təhsil proqramı.Müasir kurikulum
4. Fənn kurikulumu.Milli kurikulum
1. Kurikulum dünya miqyasında geniş yayılmış təhsil modellərindən biri və islahatların bir istiqamətidir. İlk dəfə kurikulum anlayışı ABŞ-da 70-ci illərdən sonra formalaşmış (1876-cı ildə) və termin kimi işlənmiş, 1918-ciildən isə tətbiq olunmağa başlamışdır. Kurikulum latın sözü olub,”elm”,”kurs”,”istiqamət”,”qaçış”,”yol” mənasını daşıyır. Bir müddət üzərində işləndikdən sonra əcnəbi ölkələrin lüğətinə ”tədris planı” proqram”,”təlim kursu” kimi daxil olmuşdur. Azərbaycanın lüğət tərkibində isə 90-cı illərin sonundan termin kimi işlənməyə başlayıb. 2008 -ci ildən etibarən isə tətbiq olunmağa başlanmışdır. Kurikulum hal-hazırda mövcud olan təhsilsisteminin yeni formalaşmış proqramıdır və təhsilin əsasını təşkil edən sənəd kimi dünyada tanınır. Bidiyimiz kimi, ölkəmizdə əvvəllər mövcud olan təhsil sistemində müəllim sinifdə avtoritar tətbiq edərək ev tapşırıqlaını yoxlayıb, dərsi soruşurdu, ardınca yeni dərsi izah edirdi, qiymətləndirmə aparıb dərsi tamamlayırdı.Yəni müəllim köhnə sistemdə şagirdin beyninə yeritdiyi nəzəriyyə ilə düsturları, qaydaları əzbərlətməklə kifayətlənirdi. Ancaq bu rejim artıq müasir təhsil sisteminə və şagirdlərin təlabatına tam cavab vermir. Çünki yeni nəsil daha çox araşdırma apararaq nəyisə öyrənməyə çalışır.Əgər şagird öyrəndiyi düsturu tətbiq edə bilirsə, deməli şagird öz biliyini bacarığa çevirə bilib. Şagird öz biliyini tətbiq etməklə yalnız bacarığa yiyələnmir, həmçinin şagird vərdiş,dəyər,keyfiyyət kimi kompetensiyaları da özündə formalaşdırmış olur (“Competençe”sözündən əmələ gəlib, fransız mənşəli sözdür,”bacarşq,səriştə” deməkdir. “Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir”)
2. Kurikulum islahatını zəruri edən tələblər aşağıdakılardır:
-Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması; Cəmiyyətdə yeni münasibətlərin formalaşması,sosial şəbəkələrin daha çox həyatımızda yer alması, bunlar vasitəsilə əcnəbi insanlarla ünsiyyət, bəzi xaricdə olan təhsil ocaqları ilə əlaqələrin formalaşması, bundan başqa son illərdə ölkəmizdə keçirilən dünya səviyyəsində olan tədbirlər (Formula 1,Evrevision,İslam oyunları və s.) nəticəsində əcnəbilərin ölkəmizə axını və s. Kurikulum sisteminin tətbiqini ölkəmizdə dahada sürətləndirdi.