Şagirdyönümlülük təlim zamanı təhsil sahəsində fəaliyyətlərin təhsilalanların mənafeyinə,maraq və təlabatının ödənilməsinə,istedad və qabiliyyətinin,potensial imkanlarının və bilik səviyyələrinin inkişafına xidmət etməsidir.Hər şagirdin yaş dövrünün öz maraq dairəsi və təlabatları vardır.Ümumiyyətlə kurikulumun əsas məqsədlərindən biri dərsi şagirdlərin maraq və təlabatına uyğun qurmaqdır.Dərs nə qədər şagirdlərin marağına uyğun təşkil edilsə, nə qıdır onların təlabatları ödənsə, bir o qədər də onların həyatda öz mövqelərini müəyyən etmələrinə kömək etmiş olarıq.Əgər şagirdin dərsə marağı olmazsa və həmçinin dərsdə qarşıya qoyduğu muz problem onların potensiallarına və yaş səviyyələrinə uyğun olmazsa, şagirdlər dərsi qavramaqda problem yaşayacaqlar.Əsas məsələ şagirdin yaş səviyyəsini nəzərə almaqla onlarda dərsə qarşı maraq oyatmaqdır.Həmçinin qeyd etmək lazımdır ki, müasir dərsliklər də şagirdlərin tələbinə cavab verəcək formada hazırlanıb.
3. Nəticəyönümlülük.Əldə olunması nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyən edilməsidir.Nəticəyonümlülük bir növ görəcəyin işi əvvəlcədən planlaşdırmaqdır yəni ki, dərs ilinin sonunda əldə olunacaq əldə edəcəyi nəticə olur və onu sənəddə görə bilir.Hər bir fənn kurikulumunun fənninin sonunda yiyələnməli olduqları bacarıqlar verilib.Yəniki şagirdlərin dərs ilinin sonunda əldə edəcəyi nəticə əvvəlcədən müəllimin əlində sistemləşdirilmiş formada olur.Hər bir müəllim də işini planlı şəkildə quraraq şagirdləri həmin nəticəyə uyğun formalaşdırmağa çalışmalıdır. Bir sözlə,işimizi yaxşı nəticələndir mək üçün, əvvəlcədən planımızı qurmalıyıq, necə ki hər hansı bir işi həyata keçirmək istəyəndə,əvəlcədən planlaşdırırıq.Planlı şəkildə qurulan işin nəticəsi olduğu kimi, təhsil sahəsindədə keçirilən bu nəticəyönümlülük prinsipi təhsili planlı və sistemli qurulmasına kömək etmiş olur.Ona görədə sonda əldə olunacaq nəticənin əvvəlcədən müəyyən olunmasına nəticəyönümlülük deyilr.Məsələn, biri imtahana hazırlaşıb gedir, digəri hazırlaşmada gedir,əlbəttə ki,əvvəlcədən hazırlaşanın nəticəsi müsbət olacaq.
4.