Xəbər bülleteni № 4
http://transparency.az/cnews/
Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az
Avqust 2015
-
Azərbaycanın beynəlxalq kredit reytinqi investisiya “BBB-” səviyyəsində təsdiqlənib
-
Daşınmış nömrələr barədə məlumat e-xidmətindən ötən ay 29 min 650 dəfə istifadə edilib
-
Nazirlikdən isti hava xəbərdarlığı
-
Ötən ay “142-Çağrı mərkəzi” 9716 müraciəti cavablandırıb
-
Quru meyvə xaricdən qəpik-quruşa alınır, amma…
-
Prezident Administrasiyasında qurulmuş server icra hakimiyyətlərinə daxil olan şikayətləri izləyir
-
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb
-
Nazirlik əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi planı təsdiq edib
-
Hesablama Palatası Kollegiyasının iclası keçirilib
-
Jurnalist olmaq istəyən abituriyentlərin yalnız 55 nəfəri inşa mərhələsini keçib
-
Mərkəzi Bank ötən ay 18,5 milyon dollar itirib
-
585 – daşınan şəhər telefon xidməti istifadəyə verilib
-
Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətlərin statistikasını yayıb
-
Beynəlxalq kredit reytinqi cədvəli
-
Dövlət Neft Şirkəti neft və qaz hasilatına dair hesabat verib
-
İyul ayında istehlak bazarında qiymətlər necə dəyişib
-
Kənd təsərrüfatında istehsal 5,9 faiz ucuzlaşıb
-
Azərbaycan İrana Avropa bazarlarına çıxış kəmərləri təklifi etdi
-
Vergilər Nazirliyində cəza mexanizmi işə salınıb
-
Türkiyə qaz və neft boru xətlərinin mühafizəsini gücləndirir
-
Nazarbayev Qırğız Respublikasının Avrasiya İttifaqına qoşan qanunu imzalayıb
-
Müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri bəlli olub
-
Nazir müavini: “Dərman vasitələrinin 90 faizinin qiyməti düşəcək”
-
Azərbaycanda neçə nəfər “Xalq” və “Əməkdar” fəxri adı daşıyır?
-
Dolları avronun düşməsi möhkəmləndirir
-
Məhkəmə istintaqı başa çatdı
-
Yanvar-iyun aylarında orta aylıq nominal əməkhaqqı 457,2 manat olub
-
Tikintidə bahalaşma, sənaye istehsalında ucuzlaşma qeydə alınıb
-
İyul ayında nəqliyyat sektorunda tariflər necə dəyişib
-
Qızılın ucuzlaşması Dövlət Neft Fondunu 22 milyon 187 min manat ziyana salıb
-
Qızılın ucuzlaşması Dövlət Neft Fondunu 22 milyon 187 min manat ziyana salıb
-
“Tikinti materialları, məmulatları və konstruksiyaları” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb
-
Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyaların 59 milyon dolları Azərbaycan investorlarının payına düşür
-
Bakı metrosu yeni kartlara keçid qaydalarını açıqladı
-
Prokuror Leyla Yunusa 11 il, həyat yoldaşına 9 il cəza istədi
-
“Elektron hökumət” portalı yeni statistika açıqlayıb
-
Azərbaycana gələn və ölkədən gedən şəxslərin sayı bəlli olub
-
Azərbaycan Texnologiya Universitetinin rektoruna töhmət verildi
-
2015-ci ildə 3470-dən çox sahibkar 128,5 milyon manat güzəştli kredit alıb
-
İnformasiya açıqlığı: dövlət qurumlarının reytinqi
-
Səhiyyə Nazirliyi aptek müdirlərinə yeni qiymətlərlə bağlı SMS göndərir
-
Turizm şirkətlərinin sayı 295-ə çatıb
-
İcbari Sığorta Bürosundan iyul hesabatı
-
Neftin qiyməti necə oynayır?
-
Ekspert Neft Fondunu Rusiya bazarından çəkilməyə çağırır
-
Dövlət Əmək Müfəttişliyi Xidməti iyulda 1636 pozuntu aşkarlayıb
-
Dərman vasitələrinin qiymətlərinin göstərilməsi üsulları
-
Əmlak Məsələləri Dövlət Komitəsi Balakəndə “kütləvi çıxarış” xidməti göstəri
-
Nazirlik informasiya idarəçiliyini bir mərkəzdə topladı
-
Xədicə İsmayılın təxminən 45 min manatlıq vergidən yayındığı iddia olunur
-
Mikayıl Cabbarov rüşvət və korrupsiya ilə mübarizə addımlarından danışıb
-
Ekspert nazirin təklifinə qarşı çıxdı
-
Prezident: “Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq”
-
Elman Mehdiyev: “Sığorta-pensiya sistemi özünü tam maliyyələşdirir”
-
Hüquqi şəxslərin elektron qeydiyyatı necə həyata keçirilir? (Vergilər Nazirliyinin rəsmi cavabı)
-
Nefti, qazı kənara qoysaq…
-
Jurnalistin ölümünə görə tutulanlar var
-
Dövlət başçısı jurnalistin ölümünə reaksiya verdi
-
Elektron imza sertifikatlarının sayı 35 mini ötüb
-
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarım ayın pozuntuları ilə bağlı hesabat yayıb
-
Rublun devalvasiyası “Qazprom”un mənfəətini artırıb
-
Elektron arayışlarda əsas yenilik nədir?
-
Dövlət Sərhəd Xidməti iyul ayının nəticələri ilə bağlı statistika açıqlayıb
-
Xədicə İsmayılın məhkəməsi: zərərçəkən Tural Mustafayev istintaqa ifadəsindən imtina etdi
-
12333 nəfər istehsalçıya güzəştlə satılmış mineral gübrə üçün 7 milyon 280 min manat ayrılıb
Təhlil
-
İslam bankçılığı: halal, amma hələ qanunsuz…
-
Ekspert Mərkəzi Bankı qərarını dəyişməyə çağırır
-
Sahibkarlığa yeni meyar: çatışmayan nədir?
-
Kənd Təsərrüfatı Nazirliyi rəsmisi taxılçılığın durumundan yazıb
-
İpotekanın öhdəlikləri
-
Təhsil naziri: “Çox ağrılı islahatlar başlanıb”
Azərbaycanın beynəlxalq kredit reytinqi investisiya “BBB-” səviyyəsində təsdiqlənib
03.08.2015
Maliyyə Nazirliyi rəsmi açıqlama yayaraq bəyan edib ki, “Standard & Poor’s” reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya “BBB-” səviyyəsində təsdiqləyib, proqnozunu isə əvvəlki qiymətləndirmədəki kimi “mənfi” saxlayıb.
Açıqlamaya görə, agentliyin yaydığı hesabatda reytinqin təsdiq edilməsi enerji qiymətlərinin kəskin enməsi və gəlirlərinin azalmasına baxmayaraq Azərbaycanın möhkəm fiskal və xarici mövqeyini saxlaması, ölkənin xarici borc səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılır.
Agentlik bildirib ki, Azərbaycanın xarici mövqeyinin sabit qalacağı və mövcud fiskal mühitin daha da sağlamlaşdırılacağı təqdirdə reytinq üzrə proqnoz “sabit” səviyyəsinə qaldırıla bilər.
Transparency.az bildirir ki, “BBB-“ səviyyəsi və ondan yuxarı səviyyələr investisiya ediləcək səviyyə kimi qəbul edilir. Ondan aşağı olan “BB+” və sonrakı səviyyələr investisiya edilməyən səviyyə adlandırılır. Azərbaycan “BBB-“ səviyyəsindən 1 pillə aşağı düşsə, investisiya səviyyəsini itirəcək.
Ölkələrin kredit reytinqi investisiya mühitinin risk səviyyəsini ifadə edir. Beynəlxalq reytinq təşkilatlarının meyarları içərisində ölkənin böyümə potensialı və iqtisadi sabitliyi, xarici siyasət işləri, siyasi gündəmdəki risklər, Mərkəz Bankın müstəqillik dərəcəsi kimi dəyərləndirmələr yer alır.
Daşınmış nömrələr barədə məlumat e-xidmətindən ötən ay 29 min 650 dəfə istifadə edilib
03.08.2015
“Elektron hökumət” portalında istifadədə olan “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” e-xidmətindən ötən ay 29 min 650 dəfə istifadə edilib.
Portalın operatoru olan Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu xidmət vasitəsilə mobil nömrənin hazırda hansı mobil operatora daşındığı barədə məlumat əldə etmək mümkündür və abunəçi etdiyi zəngin dəyərini hesablaya bilər. E-xidmət abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu — 050, 051, 055, 070, 077 və nömrəni saxlamaq şərti ilə) çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.
Mobil nömrə daşınması xidməti ötən il fevralın 1-dən həyata keçirilir. Bununla əlaqədar, müvafiq normativ hüquqi sənədlər qəbul edilib. Bu xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıq quraşdırılıb, mobil operatorların şəbəkədaxili yığımları standart formata uyğunlaşdırılıb və aidiyyəti müqavilələr bağlanılıb. Eyni zamanda, Açıq Hökumət Məlumatları portalında (data.gov.az) yer alan “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” e-xidmətinin məlumat bazası əsasında mobil tərtibatı hazırlanıb.
Nazirlikdən isti hava xəbərdarlığı
03.08.2015
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə müraciət edib. Avqustun 3-də yayılan rəsmi müraciətdə deyilir ki, Əmək Məcəlləsinə əsasən, havanın temperaturu +41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir: “Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməli, işçilərə verilmiş bütün fasilələr iş vaxtına daxil edilməklə aylıq tarıf maaşına hesablanmalıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) mülkiyyət formasından asılı olmayaraq bütün işəgötürənlərdən qanunvericiliyin tələblərinin yerinə yetirilməsini tələb edir. İşəgötürənlərdə əmək qanunvericiliyinin qeyd olunan tələbinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi tədbirləri bu müddətdə gücləndiriləcək. Qanunvericiliyin bu tələbinə əməl olunmamasına görə işəgötürənlər İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilərlər. Məcəllədə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə müvafiq məbləğlərdə cərimələrin tətbiq olunması nəzərdə tutulur”.
Ötən ay “142-Çağrı mərkəzi” 9716 müraciəti cavablandırıb
03.08.2015
İyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142-Çağrı mərkəzi” 9716 müraciəti cavablandırıb. Nazirlikdən Transparency.az-a verilən məlumata görə, həmin müraciətlərin 4194-ü (43,2 faiz) sosial təminat, 2343-ü (24,1 faiz) əmək qanunvericiliyi, 1295-i (13,3 faiz) elektron xidmətlərdən istifadə, 1157-si (11,9 faiz) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 727-si (7,5 faiz) isə məşğulluq məsələlərini əhatə edib.
Müraciətlərin 9080-i qeyd olunan fəaliyyət sahələri ilə əlaqədar sorğu xarakteri daşıyıb. 636 müraciətdə (6,1 faiz) vətəndaşlar əmək və sosial təminat hüquqlarının müəyyən olunması məsələlərini, habelə təklif və şikayətlərini ifadə ediblər.
Quru meyvə xaricdən qəpik-quruşa alınır, amma…
03.08.2015
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyir ki, Bakı bazarlarında bir kiloqramı 10-15 manata təklif olunan quru meyvələr xaricdən qəpik-quruşa alınır. Transparency.az-a danışan ekspert Dövlət Statistika Komitəsinin təqdim etdiyi “2014-cü ilin yanvar-dekabr aylarında malların idxalı və ixracına dair göstəricilər”də yer alan bəzi məhsulların idxal qiymətlərinə əsaslandığını vurğulayıb: “2014-cü ildə əvvəlki ilə nisbətən bəzi məhsulların, o cümlədən qurumuş qara gavalının, qurudulmuş əriyin, hind qozunun, qabığı təmizlənmiş badamın, qabığı təmizlənmiş qozun, şabalıdın və digər məhsulların idxal qiymətlərində enmələr olsa da, satış qiymətlərində fərq özünü göstərmədi.
Dövlət Statistika Komitəsinin məlumatında 1 kiloqram malın qiyməti ABŞ dolları ilə hesablanıb, mötərizədə isə həmin ilin kursuna uyğun olaraq manatla (yuvarlaq) göstərilib:
Limonlar və laymalar, təzə və ya qurudulmuş — 0,30 (0,23 manat)
Ananas, təzə və ya qurudulmuş — 0,30 (0,23 manat)
Banan təzə, qurudulmuş — 0,91 (0,71 manat)
Qurudulmuş qara gavalı — 0,43 (0,33 manat)
Qurudulmuş üzüm — 0,48 (0,37 manat)
Qurudulmuş ərik — 0,40 (0,31 manat)
Portağal, təzə — 0,31 (0,24 manat)
Təzə üzüm — 0,31 (0,24 manat)
Alma, təzə — 0,31 (0,24 manat)
Təzə armud — 0,34 (0,26 manat)
Qabıqlı qoz — 0,63 (0,49 manat)
Qabıqlı püstə — 1,21 (0,95 manat)
Qabıqlı şabalıd — 0,48 (0,37 manat)
Hind qozu, quru — 0,40 (0,31 manat)
Qabığı təmizlənmiş qoz — 0,96 (0,75 manat)
Qabığı təmizlənmiş badam — 0,45 (0,35 manat)
Keşyü fındığı, qabığı təmizlənmiş — 0,48 (0,37 manat)”.
Prezident Administrasiyasında qurulmuş server icra hakimiyyətlərinə daxil olan şikayətləri izləyir
03.08.2015
AZƏRTAC Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovdan müsahibə götürüb. O, prezident İlham Əliyevin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 29 aprel 2015-ci il fərmanı, həmin fərmanla təsdiq olunmuş qaydalar, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”ın təsdiq edilməsi haqqında” fərmanda dəyişikliklər edilməsi barədə” 14 iyul 2015-ci il fərmanı barədə danışıb:
- Ölkənin mərkəzi icra hakimiyyəti orqanlarında indiyədək sənədlərlə iş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimat”la tənzimlənirdi. Prezidentin 14 iyul 2015-ci il fərmanı ilə müvafiq təlimata edilmiş dəyişikliklər sənədləşmə işində yeni mərhələdir. Həmin təlimatın adı dəyişdirilib və artıq “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat” adlanır.
Yeni təlimatın mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kargüzarlıq sistemi üzrə sənədlərin qeydiyyata alınmasına dair 5-ci bəndinə edilmiş dəyişikliklər dövlət hakimiyyəti orqanlarına daxil olmuş məlumat xarakterli müxtəlif korrespondensiyanın qeydə alınmamasına, əlavə sənədləşmə işi aparılmamasına imkan verir. Yəni mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş kargüzarlıq sistemində qeydə alınması tələb olunmayan korrespondensiyanın siyahısı təsdiq edilib.
Təlimatın 25-ci bəndində isə rəhbər vəzifəli şəxs üzrlü səbəbə görə rəsmi olaraq işdə olmadıqda yuxarı təşkilatlara sənədlərin göndərilməsi qaydası dəqiqləşdirilib, sənədlərin icra müddətlərinin hansı halda və qaydada uzadılması, bir neçə icraçı olduqda sənədin digər icraçılarla razılaşdırılması qaydası, rəsmi sənədlərin çap qaydaları və digər məsələlər öz əksini tapıb.
Təlimata “Elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri” adlı yeni hissə əlavə edilib. Əlavə olunmuş hissə 15 bənd, 37 yarımbənddən ibarətdir. Bu hissədə təşkilatın kargüzarlığı elektron formada aparmaq hüququ təsbit olunur və elektron formada tərtib edilmiş sənədin hansı qaydada qəbul edilməsi, göndərilməsi, eyni zamanda, təşkilatlarda elektron sənədlərin hazırlanmasına dair ümumi tələblərin nədən ibarət olması, onların hansı qanunlara və standartlara uyğunluğu, elektron sənəd hazırlanarkən hansı məsələlərə diqqət yetirilməsinin vacibliyi və sair məsələlər göstərilir.
Ümumi hazırlanma və işlənmə prinsipləri, demək olar ki, əvvəlki kargüzarlıq qaydaları ilə eyni olan elektron sənədlərin digər sənədlərdən fərqli xüsusiyyətləri təlimatın həmin hissəsində dəqiq və konkret göstərilib. Məsələn, elektron sənədin yaradılması, rekvizitlərin və gücləndirilmiş elektron imzanın əlavə edilməsi, onun həqiqiliyinin yoxlanılması, alınmasının təsdiqi, qeydiyyatı, sənəd üzərində kollektiv işin, icraya nəzarətin, axtarışın təmin edilməsi və digər məsələlər öz əksini tapıb.
Təlimatın bu yeni hissəsində elektron sənədlərin yalnız yoxlandıqdan sonra qəbul edilib qeydiyyata alınması, elektron sənədlər çap edilərkən orada hansı məlumatların əks etdirilməsi, elektron bildirişə daxil edilən məlumatlar, sənədin hansı hallarda göndərilməmiş və alınmamış hesab olunması, bunun qeydə alınması qaydaları və sənədin dövriyyəsinə aid məlumatların elektron qeydiyyat jurnallarında necə əks etdirilməsi göstərilib.
Yeni hissədə elektron sənədlərin və onların arxivlərinin saxlanılması qaydaları da təsdiq edilib, göstərilib ki, bu sənədlər elektron informasiya daşıyıcılarında informasiyanın bütövlüyünü yoxlamağa imkan verən formada saxlanılmalı və onların saxlanılma müddəti “Milli arxiv fondu haqqında” qanunda müəyyən edilmiş müddətdən az olmamalıdır. Həmçinin elektron sənədlərdə olan informasiyadan gələcəkdə istifadə, elektron sənədlərin kağız daşıyıcıda surətlərinin çıxarılması, bərpası mümkün olmalıdır.
“Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə qaydaları” isə dövlət idarəetmə sistemində müasir texnologiyaların tətbiqi sahəsində növbəti uğurlarımızdan biridir. Artıq həmin sistem bütün şəhər və rayon icra hakimiyyətlərində tətbiq olunub və işləməkdədir. Hazırda bu sistem vasitəsilə hər bir icra hakimiyyəti orqanına daxil olan vətəndaş müraciətləri dərhal qeydiyyata alınır, onların qeydiyyatı, dövriyyəsi, baxılmasının nəticələri operativ surətdə həyata keçirilir. Artıq tətbiq olunan informasiya sistemində qısa vaxt ərzində 25 mindən artıq vətəndaş müraciəti qeydiyyata alınıb və onlara baxılması nəticələri bu sistemdə öz əksini tapıb.
Bu informasiya sisteminin imkanları çox genişdir. Həm vətəndaşların müraciətlərinə vaxtında baxılıb cavab verilməsini, onların icra müddətlərinə əməl olunmasını, müraciətlər əsasında geniş təhlillər aparılmasını təmin edir, eyni zamanda, Prezident Administrasiyasında qurulmuş mərkəzi server vasitəsilə istənilən şəhər və rayon icra hakimiyyətinə daxil olan təklif, ərizə və şikayətlər üzrə bütün məlumatları öyrənməyə və lazımi araşdırmalar aparmağa imkan verir. Artıq bu, vətəndaş müraciətlərinə baxılmasında tam şəffaflığı təmin edən bir vasitəyə çevrilib. Yəni Prezident Administrasiyasında qurulmuş avadanlıq vasitəsilə hər bir müraciət üzrə görülən tədbirləri izləmək və nəticələrini bilmək mümkündür.
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb
03.08.2015
Silahlı Qüvvələrə Yardım Fonduna bu il avqustun 1-dək 65 milyon 933 min manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb. Məlumatı avqustun 3-də Müdafiə Nazirliyi yayıb.
Prezidentin 17 avqust 2002-ci il fərmanı ilə yaradılmış fondun maliyyə mənbəyi Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.
Nazirlik əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi planı təsdiq edib
03.08.2015
Səhiyyə Nazirliyində “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə tədbirlər planı” təsdiq edilib. Tədbirlər planına uyğun olaraq Analitik Ekspertiza Mərkəzinə apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi tapşırılır.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, tədbirlər planında həmçinin tibb müəssisələrinin dərman təchizatı məsələləri yer alır və bu sahədə görüləcək işlər öz əksini tapır. Tibb müəssisələrində xəstələrə pulsuz təqdim olunan dərman preparatları ilə təminat üzərində nəzarətin gücləndiriləcəyi qeyd edilir.
Tədbirlər planı dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində olan müraciətlərin dərhal təhlil olunaraq müvafiq tədbirlərin həyata keçirilməsini də nəzərdə tutur.
Məlumata görə, iyulun 31-də Səhiyyə Nazirliyində dərman sahəsində dövlət başçısının verdiyi tapşırıqların icrası ilə əlaqədar müşavirə keçirilib. Müşavirədə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, dövlət başçısının tapşırığının icrası olaraq Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurası bir sıra dərmanların qiymətinin tənzimlənməsi barədə qərar qəbul edib: “Sentyabr ayının 15-dən bu qərar tətbiq olunacaq. Dərman preparatlarının qiymətinin tənzimlənərək aşağı salınması dövlət müəssisələri tərəfindən də bu preparatların alışına müsbət təsir göstərməklə əhaliyə pulsuz təqdim edilən dərmanların çeşidinin artımına, həmçinin bu siyahıya daha da keyfiyyətli və effektiv dərman preparatlarının daxil olunmasına şərait yaradacaq”.
Ucuzlaşdırma qərarı: 250-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənib
Nazir: “Hər bir vətəndaş biləcək ki, hansı dərmanı alır və hansı qiymətə alır”
Hesablama Palatası Kollegiyasının iclası keçirilib
03.08.2015
Hesablama Palatası Kollegiyasının iclası keçirilib. İclasda dövlət büdcəsindən Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutuna, Respublika Seysmoloji Xidmət Mərkəzinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.
Nəzarət tədbirlərinin nəticələri üzrə digər hesabatlar dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Zaqatala Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə; dövlət büdcəsinin yerli xərclərindən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə və idarənin struktur bölmələrinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına; Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair hesabatlar olub.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarları aidiyyəti dövlət qurumlarına göndəriləcək. Audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması da qərara alınıb.
Xəbəri www.ach.gov.az yayıb.
Jurnalist olmaq istəyən abituriyentlərin yalnız 55 nəfəri inşa mərhələsini keçib
03.08.2015
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün iyulun 31-də keçirdiyi qabiliyyət imtahanının nəticələrini açıqlayıb. APA-nın xəbərinə görə, imtahanda iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178 nəfəri imtahana gəlməyib.
163 abituriyent təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıb. 57 nəfər məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. İki abituriyentin nəticəsi inşa yazılarında özünü tanıdıcı xarakterli məlumat yazdıqları üçün ləğv edilib.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.
Mərkəzi Bank ötən ay 18,5 milyon dollar itirib
04.08.2015
İqtisadçı Samir Əliyev Transparency.az-a deyib ki, Mərkəzi Bank iyul ayında yenidən alış aparmağa məcbur olub: “Valyuta ehtiyatı iyulda 18,5 milyon dollar azalaraq 8,5 milyard dollara düşüb. Bu müddətdə pul bazası da 19,5 milyon manat azalıb. Azalma təxminən valyuta ehtiyatı qədərdir. Deməli, Mərkəzi Bank dövriyyəyə dollar buraxaraq əvəzində manatı məhdudlaşdırıb”.
Ekspert qeyd edib ki, iyul ayında neftin bir barreli dünya bazarında 62 dollardan 50 dollara düşüb: “Hazırda qiymət 50 dollardan da aşağıdır. Neftin ucuzlaşması ilə valyuta ehtiyatının azalması paralel gedir. Ancaq valyuta ehtiyatının əriməsini təkcə neftin qiymətinə bağlamaq düzgün olmaz. Ərimə daha çox ölkədən kapital axını ilə bağlıdır. Böyük həcmdə vəsait daha təhlükəsiz yerlərə — Türkiyəyə, Yunanıstana, müəyyən qədər də Rusiyanın daşınmaz əmlak bazarına yönəlir. Çünki Azərbaycanda kapitala təminat yoxdur. Böyük ehtimalla avqust ayında da azalma baş verəcək”.
585 – daşınan şəhər telefon xidməti istifadəyə verilib
04.08.2015
“Aztelekom” İstehsalat Birliyi 585 – daşınan şəhər telefon xidmətini istifadəyə verib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhər şəbəkəsi statuslu sabit telefonlar bölgələrdə də 585 indeksi ilə eyni statusla işləyəcək və regionlardakı hər bir müştəri şəhər telefonlarından istifadə edə biləcək. Açıqlamaya görə, bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi ölkə ərazisində istənilən yerə daşınacaq, şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq.
Daşınan telefonlarla Naxçıvan bölgəsi istisna olmaqla ölkə ərazisində limitsiz və pulsuz danışmaq mümkündür. 585 prefiksi ilə 10 min nömrə resursu ayrılıb.
Təhsil Nazirliyi vətəndaşlara göstərilən xidmətlərin statistikasını yayıb
04.08.2015
İyul ayında Təhsil Nazirliyinin telefon məlumat mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), kommutator xidmətinə daxil olan zənglərin və vətəndaşların qəbulu mərkəzində göstərilən xidmətlərin statistikası açıqlanıb.
Edu.gov.az-ın məlumatına görə, telefon məlumat mərkəzinə 9501 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə təqribən eyni) və kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların qəbulu mərkəzində isə 5950 vətəndaşa xidmət göstərilib.
Müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 717 vətəndaş sorğularına uyğun olaraq elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
Vətəndaşların qəbulu mərkəzində 1376 sənəd (738 məktub, 598 ərizə, 40 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), ümumtəhsil məktəblərinin I siniflərinə qəbulu, xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu, yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, xaricdə təhsil üzrə dövlət proqramı ilə bağlı məsələlər əksini tapıb.
Beynəlxalq kredit reytinqi cədvəli
04.08.2015
Dünyada kredit reytinqini qiymətləndirən üç əsas reytinq agentliyi var: “Moody’s”, “Standard & Poor’s”, “Fitch”.
Ölkələrin kredit reytinqi investisiya mühitinin risk səviyyəsini ifadə edir. Beynəlxalq reytinq təşkilatları qiymətləndirmədə ölkənin maliyyə keçmişini, iqtisadi durumunu, borclarını nəzərə alır.
Agentliklər şərti hərfləndirmə sistemi ilə kredit notu verirlər və qiymətləndirmə dövri olaraq dəyişir.
Məsələn, “Standard & Poor’s” agentliyinin rəyinə görə, hazırda Azərbaycanın kredit reytinqi investisiya “BBB-” səviyyəsindədir. “BBB-“ səviyyəsi və ondan yuxarı səviyyələr investisiya ediləcək səviyyə kimi qəbul edilir. Ondan aşağı olan “BB+” və sonrakı səviyyələr investisiya edilməyən səviyyə adlandırılır. Azərbaycan “BBB-“ səviyyəsindən 1 pillə aşağı düşsə, investisiya səviyyəsini itirəcək.
Transparency.az beynəlxalq reytinq agentliklərinin qiymətləndirmə cədvəlini oxuculara təqdim edir.
“Moody’s”
|
“Standard & Poor’s”
|
“Fitch”
|
|
Uzun müddətli
|
Qısa müddətli
|
Uzun müddətli
|
Qısa müddətli
|
Uzun müddətli
|
Qısa müddətli
|
|
Aaa
|
P-1
|
AAA
|
A-1+
|
AAA
|
F1+
|
Ən etibarlı
|
Aa1
|
AA+
|
AA+
|
Etibarlı
|
Aa2
|
AA
|
AA
|
Aa3
|
AA-
|
AA-
|
A1
|
A+
|
A-1
|
A+
|
F1
|
Orta səviyyədən yuxarı
|
A2
|
A
|
A
|
A3
|
P-2
|
A-
|
A-2
|
A-
|
F2
|
Baa1
|
BBB+
|
BBB+
|
Orta səviyyədən aşağı
|
Baa2
|
P-3
|
BBB
|
A-3
|
BBB
|
F3
|
Baa3
|
BBB-
|
BBB-
|
Ba1
|
|
BB+
|
B
|
BB+
|
B
|
Aşağı hədd
|
Ba2
|
BB
|
BB
|
Ba3
|
BB-
|
BB-
|
B1
|
B+
|
B+
|
Son dərəcə aşağı hədd
|
B2
|
B
|
B
|
B3
|
B-
|
B-
|
Caa1
|
CCC+
|
C
|
CCC
|
C
|
Çox riskli
|
Caa2
|
CCC
|
Hədsiz riskli
|
Caa3
|
CCC-
|
İflasa yaxın
|
Ca
|
CC
|
C
|
C
|
D
|
/
|
DDD
|
/
|
İflas
|
/
|
DD
|
/
|
D
|
Dostları ilə paylaş: |