Zeynalov r. M



Yüklə 65.95 Kb.
tarix19.12.2016
ölçüsü65.95 Kb.
BUD SÜMÜYÜ BOYUN SINIQLARINDA KANALLI VİNTİN YİVLİ QİSMİNƏ AÇILAN DƏLİKLƏRDƏN TƏZYİQ ALTINDA SEMENT VERİLƏRƏK TUTMA GÜCÜNÜN ARTIRILMASI

ZEYNALOV R.M.

Azərbaycan Respublikası Mərkəzi Klinik Xəstəxanası,

Bakı, Azərbaycan

Increasing the holding strength by giving bone cement under pressure through holes between threads of cannulated screw in femoral neck fractures.

Zeynalov R.M.

Summary:

Femoral neck fractures are one of the most common fracture types in elderly patients. Failure of the internal fixation may develop, because most of the patients are aged and osteoporotic. The purpose of the work was to evaluate a modified 7 mm cannulated screw for the fixation of femoral neck fractures that provides increased fixation strength in osteoporotic bones. 16 human femoral heads divided into two groups after measuring bone mineral densities by Q-CT. In the control group 7 mm cannulated screws and in the study group 7 mm cannulated screws with holes between the threads augmented by cement (PMMA) were used. Pull out strength values were compared after mating these groups by similar bone mineral densities. Modification of the 7 mm cannulated screws together with cement augmentation significantly increased the pull out strength values(p<0,011) when compared with standard 7 mm cannulated screws. This modified screw augmented with bone cement can significantly enhance the fixation stability in osteoporotic bones.

Введение цемента из отверстий в прорезной часте у винта с каналами при переломе шейки бедренной кости с помощью которой повышается сила укрепления.

Зейналов Р.М.

Резюме:

Перелом шейки бедренной кости, часто встречающийся перелом, среди пожилых людей. В связи с остеопарозом, при внутренней фиксации у пожилых больных, может развиваться ее расслабление. Смысл опыта состоит в том что, модифицированный винт с 7 мм каналами, повышает силу состоятельности вышеуказанного винта при пораженного остеопарозом, перелом шейки бедренной кости. После измерения минеральной плотности 16 штук головок бедренных костей с помощью Q-KT, выделили на две группы. В контрольной группе, использовали 7 мм винт с каналами, а в группе опыта укрепленные цементом 7 мм винты с каналами, у которых между нарезами имеются отверстии. Сравнили pull out силу состоятельности схожих по минеральной плотности головок бедренных костей. При сравнении укрепленных цементом(PMMA) модифицированных винтов с 7 мм каналами, у которых между нарезами имеются отверстии, с стандартными винтами определилось значительное повывышение в pull out силе состоятельности(p<0,011). Аугментация нашего винта с PMMA усилила силу фиксации в пораженных остеопарозом костей.

Giriş: Yer kürəsində getdikcə artan insan ömrü ilə bərabər bud sümüyü boynu sınıqları da artmaqdadır. Bud sümüyü boynu sınıqları müalicə nöqtəyi nəzərən ortoped-travmatoloqlar arasında həmişə mübahisə mövzusu olmuşdur və indi də bu patologiyanın müalicəsində kifayət qədər müvəffəqiyyət əldə olunmamışdır. Bunun nəticəsidir ki, osteoparozla yanaşı olan bud sümüyü boynu sınıqlarının müalicəsində internal fiksasiya metodu ilə müalicə getdikcə azalmaqda və artroplastika əməliyyatları isə artmaqdadır. Artroplastika vaxtı bud sümüyü başı çıxarılır və nəticədə insan orqanizminə aid hissə metal bir protezlə dəyişdirilir. Meta-analiz təcrübələrdə artroplastika təkrar əməliyyatları azaltmasına baxmayaraq, infeksiya, əməliyyat zamanı qan itirilməsi, əməliyyat vaxtını və ölüm nisbətini artırır. Digər tərəfdən bud sümüyü boynu sınıqlarının internal fiksasiya ilə təsbit metodlarının inkişafında təcrübələr davam etdirilmiş ancaq Richards kompressiya mili və kanallı kanselloz vintlər xaricində əsaslı addım atıla bilinməmışdır. Bizim dizayn etdiyimiz kanallı vintin bud sümüyü başını tutan yivli qismi üzərində dəliklər var. Vintin kanal qismi içindən bud sümüyü başına təzyiq altında maye PMMA(Polimetil Metakrilat) inyeksiya edilərək sınığın daha yaxşı fiksə ediləcəyini düşündük. Bu gücləndirmə ilə implant miqrasiyasının və ikincili sınıq yerdəyişməsinin qabağının alınması məqsədi güdüldü.

Material və Metodlar. Təcrübədə istifadə edilən femur başları Mərmərə Universiteti Etik Komitəsinin təsdiqi alındıqdan sonra Mərmərə Universiteti Xəstəxanasında bud sümüyü boynu sınığı səbəbi ilə artroplastika əməliyyatı keçirmiş xəstələrdən götürülmüşdür. Bud sümüyü başı istifadə edilən xəstələrə bu təcrübə ilə əlaqədar əməliyyatdan əvvəl məlumat verilmişdir. Bu təcrübədə ancaq icazəsi alınmış və təsdiq formasını imzalamış xəstələrin bud sümüyü başları istifadə edilmişdir. Ümumi sayı 16 ədəd ən az 3 sm seqmenti olan bud sümüyü başları izotonik məhlulla isladılmış tamponlarla sarılaraq, plastik qutu içində dondurucularda(-20º) saxlanılmışdır. Bud sümüyü başlarına iki proyeksiyalı rentgen çəkildikdən sonra fokal patologiyası olanlar və daha əvvəl anamnezində bəd xassəli şiş keçirmiş xəstələrdən alınan nümunələr təcrübədən çıxardılmışdır.

Dizayn edilən 7 mm kanallı vintin xüsusiyyətləri(Şəkil 1)

  1. Kanallı vint ISIO 5832/1 standartlarına uyğun paslanmaz poladdan emal edilmişdir.

  2. Kanallı vintin yivli qismi proksimalda 7 mm diametrində başlayır və distala tərəf getdikcə 5.5 mm-ə qədər kiçilir.

  3. Cisminin diametri 4.5 mm, başının diametri isə 8 mm-dir.

  4. Vint 3.5 mm altı bucaq kanallı çevirici və kanallı drel ilə tətbiq edilə bilir.

  5. Vint boydan boya kanallıdır.

  6. Vintin yivli qismi 16 mm uzunluğundadır.

  7. Vintin yivli qismində fərqli istiqamətlərdə ölçüsü 2 mm olan 6 dəlik var.



Şəkil 1. Dizayn edilən vint

Dəliklər


Təcrübədən 24 saat əvvəl başlar buzxanalardan çıxardılıb əridildi. Bud sümüyü başlarının donu açıldıqdan sonra Q-KT(general Electric, Hi Speed Dual) istifadə edilərək sümüklərin mineral sıxlıqları(SMS) ölçüldü. Eyni və ya yaxın sümük sıxlığı olan başlar təcrübə və kontrol olaraq müqayisə qruplarına bölündü. Fərqli uzunluqda olan bud sümüyü başları oynaq səthindən 30 mm proksimalda köndələn şəkildə osteotomiya edildi. Bundan sonra standart metodla skopiya nəzarətində bud sümüyü başı osteotomiya səthinin ortasından mərkəzi olaraq subxondral nahiyyəyə qədər K-teli boyu oyucularla oyuldu.Kontrol qrupuna daxil olan bud sümüyü başlarına skopiya nəzarəti altında 5 mm subxondral nahiyəyə qədər standart 7 mm AO vint və təcrübə qrupuna isə dizayn etdiyimiz 7 mm kanallı vint göndərildi. Bununla kontrol qrupuna daxil olan bud sümüyü başlarının hazırlanması qurtardı. Təcrübə qrupunda isə PMMA (Cemfix 3) inyeksiyası üçün lazım olan materyallar hazırlandı. Ardından PMMA məhlulu tozu ilə qarışdırıldı və inyeksiya ediləcək şprisə dolduruldu. Şprisin ucu kanallı vintin başına taxıldı və təzyiq altında bud sümüyü başına kanal içindən PMMA inyeksiya edildi. Sonra şpris çıxarıldı və kanal içindəki PMMA sement basdırıcı ilə bud sümüyü başına tərəf basdırıldı. Bu prosedura bir neçə dəfə təkrarlanaraq bud sümüyü başı üçün ümumilikdə 1 ml PMMA istifadə edildi. PMMA qurumağa başlarkən K-teli geri çəkildi. Pull out testləri İnstron 8802(servo-hydraulic material testing machine) cihazı köməkliyi ilə həyata keçirildi. Bud sümüyü başları xüsusi hazırlanmış fiksatorlara taxıldı. Fiksatorun özü və vint təpəsi Instron cihazının üst və alt qısqacına şaquli vəziyyətdə yerləşdirildi. Instron cihazıyla 0.5 mm/san aksial yöndə çəkmə tətbiq edilərək maksimum tutma qüvvəti (N) ölçüldü.

Hesablamalar M.U. Tibb Fakultəsi Biostatistika Kafedrasında həyata keçirildi. SMS-ları və qüvvət nəticələri qarşılaşdırılmasında Unpaired t-testi istifadə edildi. Əhəmiyyət dərəcəsi üçün p<0.05 şərti qoyuldu.



Tədqiqatın nəticələri. 16 ədəd bud sümüyü başının Q-KT vasitəsilə SMS-ı ölçüldü(Cədvəl 1). Ardından SMS-ları yaxın olan bud sümüyü başları 2 alt qrupa bölünərək müqayisə edildilər. Unpaired t-testi ilə qiymətləndirilərək müqayisə edilən bud sümüyü başları arasında SMS-ları cəhətdən əhəmiyyətli fərq qeyd olunmadı(p=0.996).

Instron cihazıyla 0.5 mm/san aksial çəkmə tətbiq edilərək maksimum tutma qüvvəti (N) ölçüldü(Qrafik 1). Statistik analizlərdə Unpaired t-testi istifadə edildi. p<0.05 olmağı əhəmiyyətli qəbul edildi. Qüvvət tətbiqi nəticəsində alınan rəqəmlər iki alt qrup arasında əhəmiyyətli fərq olduğunu göstərdi(p<0.011), (Qrafik 2).



Cədvəl 1. Oxşar SMS-larına görə bud sümüyü başlarının qarşılaşdırılması.

Müqayisə edilənlər və SMS-ları

1 - 0,465q/sm²

5 - 0,446q/sm²

3 - 0,690q/sm²

13 - 0,681q/sm²

6 - 0,357q/sm²

9 - 0,338q/sm²

7 - 0,307q/sm²

8 - 0,289q/sm²

10 - 0,532q/sm²

12- 0,544q/sm²

11 - 0,347q/sm²

4 - 0,328q/sm²

15 - 0,640q/sm²

14- 0,651q/sm²

16 - 0,719q/sm²

2 - 0,742q/sm²


Qrafik 1. n:6 və n:8 bud sümüyü başlarının N və mm-ə görə qrafiki.



Qrafik 2. Müqayisə edilən qruplar arasında qüvvət ölçü fərqləri;

Qırmızı: kontrol qrupu, Mavi: təcrübə qrupu.





Müzakirələr. Bud sümüyü boynu sınıqlarının internal fiksasiya ilə müalicəsi sonrası osteonekroz və bitişməmək kimi ağırlaşmalarına məqalələrdə geniş yer verilmişdir. Bu məqalələrdə osteonekroz və bitişməmək kimi ağırlaşmaların sınığın yerdəyişmə dərəcəsi, bud sümüyü başı qan dövranının pozulması, reduksiyanın uyğunluğu və fiksasiyanın möhkəmliyi ilə əlaqədar olduğu göstərilmişdir. Erkən anatomik reduksiya, sınığın kompressiyası və rigid internal fiksasiyanın sınıq bitişməsinə əsaslı təsir göstərməsinə baxmayaraq, osteonekrozda bu həmişə qeyd olunmur.

Yerini dəyişmiş bud sümüyü boynu sınığı keçirmiş yaşlı xəstələrdə internal fiksasiya sonrası ağırlaşmaların tez-tez rastlanması cərrahların əksəriyyətini artroplastika alternativinə yönəltmişdir. Xüsusilə osteoparozlu xəstələrdə implantlar bud sümüyü başını lazımi qədər tuta bilmir və bunun nəticəsində sınıq yerini dəyişdirə bilir. Bud sümüyü boynu sınıqlarında standart metodla internal fiksasiya tətbiq edilən xəstələrin üçdə ikisindən çoxunun həyatlarının sonuna qədər normal funksiyalı bud-çanaq oynağı ilə yaşadıqlarını unutmamaq lazımdır. Sınığın stabilliyi və bitişməsi arasında korrelyasiya olduğu müxtəlif məqalələrdə qeyd olunmuşdur. Implant miqrasiyasını və ikincili sınıq yerdəyişməsini azaltmaq üçün bud sümüyü başına daha güclü tutuna bilən vint və digər implantlar inkişaf etdirilməsi üçün böyük səylər göstərilmişdir. Vintin bud sümüyü başına tutunmasını gücləndirmək üçün yiv ölçüləri və dizaynında dəyişikliklər edilmişdir. Bud sümüyü boynu sınıqlarının fiksasiyasında əsas problemlərdən biri sümük keyfiyyəti olduğu üçün, metal implantın xüsusiyyətlərinin inkişaf etdirilməsindən başqa implant ətrafındakı sümük keyfiyyətini də artırmaq lazımdır. Metal implantın ətraf toxumalara tutunmasını gücləndirmək üçün PMMA və kalsium fosfat kimi sementlər istifadə edilmişdir.

Təcrübəmizdə kontrol qrupu olaraq 7 mm kanallı vintlər və təcrübə qrupu olaraq isə dizayn etdiyimiz 7 mm yivləri üstündə dəlikləri olan kanallı vintlər istifadə edildi. Kontrol qrupunun olması təcrübənin əhəmiyyətini artırdı. Dizayn etdiyimiz vint bir çox cəhəti ilə 7 mm AO kanallı vintə oxşamasına baxmayaraq sümüyə tutunmasını gücləndirən və sementin daha asan yayılmasına şərait yaradan dəyişikliklər edildi. Vintin yivli qismi ətrafında sementin daha asan yayılması üçün proksimaldan 7 mm başlayan yiv qismi distala tərəf tədricən 5.5 mm-yə qədər nazikləşdirildi. Vintin yiv proksimalının geniş olmasının sementin geri qaçmasının və sınıq xəttinə yayılmasının qarşısını alacağı düşünüldü. Yivli nahiyədə olan 6 ədəd 2 mm diametrində olan dəliklər vint kanalı içindən təzyiq altında verilən sementin çıxış nöqtələri üçün edilmişdir.

Təcrübəmizdə vintin sümükdən boşalma mexanizması olan pull out araşdırıldı. Instron cihazı ilə 0.5 mm/san aksial pull out tətbiq edilərək vintin sümüyü maksimum tutma qüvvəti (N) ölçüldü. Qüvvət tətbiqi nəticəsində əldə edilən rəqəmlər iki qrup arasında əhəmiyyətli fərq olduğunu göstərmişdir(p<0.011).



Təcrübəmizin nəticələrinə görə dizayn etdiyimiz vintin PMMA ilə auqmentasiyası sümük fiksasiyasının gücünü artırır. Bu biomexaniki təcrübə nəticələrinə əsaslanaraq metodun klinikada tətbiq edilməsi və in vivo nəticələrinin qiymətləndiriməsi lazımdır.

Ədəbiyyat:

  1. Aitken JM: Relevance of osteoporosis in women with fracture of the femoral neck. Br Med J Clin Res. 1984 Feb 25;288(6417):597-601.

  2. Bhandari M, Devereaux PJ, Swiontkowski MF, Tornetta P 3rd, Obremskey W, Koval KJ, Nork S, Sprague S, Schemitsch EH, Guyatt GH: Internal fixation compared with arthroplasty for displaced fractures of the femoral neck. A meta-analysis. J Bone Joint Surg Am. 2003 Sep;85-A(9):1673-81.

  3. Bray TJ. Femoral neck fracture fixation: clinical decision making. Clin Orthop;339:20-31,1997.

  4. Bucholz, Robert W.; Heckman, James D.; Court-Brown, Charles M. Rockwood & Green's Fractures in Adults, 6th Edition, 2006.

  5. Damany DS, Parker MJ, Chojnowski A. Complications after intracapsular hip fractures in young adults. A meta-analysis of 18 published studies involving 564 fractures. Injury.;36(1):131-41, 2005 Jan.

  6. Eriksson F, Mattsson P, Larsson S: The effect of augmentation with resorbable or conventional bone cement on the holding strength for femoral neck fracture devices. J Orthop Trauma. 16(5):302-10,2002.

  7. Garden RS: Stability and union in subcapital fractures of the femur. J Bone Joint Surg Br. 1964;46:630-647.

  8. Garden RS: The significance of good reduction in medial fractures of the femoral neck. Proc R Soc Med 1970;63:1122.

  9. Hudson JI, Kenzora JE, Hebel JR, Gardner JF, Scherlis L, Epstein RS, Magaziner JS: Eight-year outcome associated with clinical options in the management of femoral neck fractures. Clin Orthop Relat Res. 1998 Mar;(348):59-66.

  10. J. Manniger, Ulrich Bosch, Peter Cserhati, Karoly Fekete, György Kazar: Internal fixation of femoral neck fractures. SpringerWienNewYork, 2007.

  11. Lu-Yao GL, Keller RB, Littenberg B, Wennberg JE: Outcomes after displaced fractures of the femoral neck. A meta-analysis of one hundred and six published reports. J Bone Joint Surg Am. 76(1):15-25,1994.

  12. Mattsson P, Alberts A, Dahlberg G, Sohlman M, Hyldahl Hc, Larsson S: Resorbable cement for the augmentation of internally-fixed unstable trochanteric fractures. A prospective, randomised multicentre study. J Bone Joint Surg Br. 87(9):1203-9,2005.

  13. Rehnberg L, Olerud C: The stability of femoral neck fractures and its influence on healing. J Bone Joint Surg Br. 1989 Mar;71(2):173-7.

  14. S.Terry Canale MD: Campbell’s Operative Orthopaedics. Mosby, 11th edition, 2007.

  15. Stankewich CJ, Swiontkowski MF, Tencer AF, Yetkinler DN, Poser RD: Augmentation of femoral neck fracture fixation with an injectable calcium-phosphate bone mineral cement. J Orthop Res. 14(5):786-93,1996.

  16. Swiontkowski MF, Winquist RA, Hansen ST, Jr: Fractures of the femoral neck in patients between the ages of twelve and forty-nine years. J Bone Joint Surg Am. 1984 Jul;66(6):837-46.

  17. Von der Linden P, Gisep A, Boner V, Windolf M, Appelt A, Auhm N: Biomechanical evaluation of a new augmentation method for enhanced screw fixation in osteoporotic proximal femoral fractures. J Orthop Res. 24(12):2230-7,2006.



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə