Müqayisə edilənlər və SMS-ları
1 - 0,465q/sm²
|
5 - 0,446q/sm²
|
3 - 0,690q/sm²
|
13 - 0,681q/sm²
|
6 - 0,357q/sm²
|
9 - 0,338q/sm²
|
7 - 0,307q/sm²
|
8 - 0,289q/sm²
|
10 - 0,532q/sm²
|
12- 0,544q/sm²
|
11 - 0,347q/sm²
|
4 - 0,328q/sm²
|
15 - 0,640q/sm²
|
14- 0,651q/sm²
|
16 - 0,719q/sm²
|
2 - 0,742q/sm²
|
Qrafik 1. n:6 və n:8 bud sümüyü başlarının N və mm-ə görə qrafiki.
Qrafik 2. Müqayisə edilən qruplar arasında qüvvət ölçü fərqləri;
Qırmızı: kontrol qrupu, Mavi: təcrübə qrupu.
Müzakirələr. Bud sümüyü boynu sınıqlarının internal fiksasiya ilə müalicəsi sonrası osteonekroz və bitişməmək kimi ağırlaşmalarına məqalələrdə geniş yer verilmişdir. Bu məqalələrdə osteonekroz və bitişməmək kimi ağırlaşmaların sınığın yerdəyişmə dərəcəsi, bud sümüyü başı qan dövranının pozulması, reduksiyanın uyğunluğu və fiksasiyanın möhkəmliyi ilə əlaqədar olduğu göstərilmişdir. Erkən anatomik reduksiya, sınığın kompressiyası və rigid internal fiksasiyanın sınıq bitişməsinə əsaslı təsir göstərməsinə baxmayaraq, osteonekrozda bu həmişə qeyd olunmur.
Yerini dəyişmiş bud sümüyü boynu sınığı keçirmiş yaşlı xəstələrdə internal fiksasiya sonrası ağırlaşmaların tez-tez rastlanması cərrahların əksəriyyətini artroplastika alternativinə yönəltmişdir. Xüsusilə osteoparozlu xəstələrdə implantlar bud sümüyü başını lazımi qədər tuta bilmir və bunun nəticəsində sınıq yerini dəyişdirə bilir. Bud sümüyü boynu sınıqlarında standart metodla internal fiksasiya tətbiq edilən xəstələrin üçdə ikisindən çoxunun həyatlarının sonuna qədər normal funksiyalı bud-çanaq oynağı ilə yaşadıqlarını unutmamaq lazımdır. Sınığın stabilliyi və bitişməsi arasında korrelyasiya olduğu müxtəlif məqalələrdə qeyd olunmuşdur. Implant miqrasiyasını və ikincili sınıq yerdəyişməsini azaltmaq üçün bud sümüyü başına daha güclü tutuna bilən vint və digər implantlar inkişaf etdirilməsi üçün böyük səylər göstərilmişdir. Vintin bud sümüyü başına tutunmasını gücləndirmək üçün yiv ölçüləri və dizaynında dəyişikliklər edilmişdir. Bud sümüyü boynu sınıqlarının fiksasiyasında əsas problemlərdən biri sümük keyfiyyəti olduğu üçün, metal implantın xüsusiyyətlərinin inkişaf etdirilməsindən başqa implant ətrafındakı sümük keyfiyyətini də artırmaq lazımdır. Metal implantın ətraf toxumalara tutunmasını gücləndirmək üçün PMMA və kalsium fosfat kimi sementlər istifadə edilmişdir.
Təcrübəmizdə kontrol qrupu olaraq 7 mm kanallı vintlər və təcrübə qrupu olaraq isə dizayn etdiyimiz 7 mm yivləri üstündə dəlikləri olan kanallı vintlər istifadə edildi. Kontrol qrupunun olması təcrübənin əhəmiyyətini artırdı. Dizayn etdiyimiz vint bir çox cəhəti ilə 7 mm AO kanallı vintə oxşamasına baxmayaraq sümüyə tutunmasını gücləndirən və sementin daha asan yayılmasına şərait yaradan dəyişikliklər edildi. Vintin yivli qismi ətrafında sementin daha asan yayılması üçün proksimaldan 7 mm başlayan yiv qismi distala tərəf tədricən 5.5 mm-yə qədər nazikləşdirildi. Vintin yiv proksimalının geniş olmasının sementin geri qaçmasının və sınıq xəttinə yayılmasının qarşısını alacağı düşünüldü. Yivli nahiyədə olan 6 ədəd 2 mm diametrində olan dəliklər vint kanalı içindən təzyiq altında verilən sementin çıxış nöqtələri üçün edilmişdir.
Təcrübəmizdə vintin sümükdən boşalma mexanizması olan pull out araşdırıldı. Instron cihazı ilə 0.5 mm/san aksial pull out tətbiq edilərək vintin sümüyü maksimum tutma qüvvəti (N) ölçüldü. Qüvvət tətbiqi nəticəsində əldə edilən rəqəmlər iki qrup arasında əhəmiyyətli fərq olduğunu göstərmişdir(p<0.011).
Təcrübəmizin nəticələrinə görə dizayn etdiyimiz vintin PMMA ilə auqmentasiyası sümük fiksasiyasının gücünü artırır. Bu biomexaniki təcrübə nəticələrinə əsaslanaraq metodun klinikada tətbiq edilməsi və in vivo nəticələrinin qiymətləndiriməsi lazımdır.
Dostları ilə paylaş: |