Dizayn edilən 7 mm kanallı vintin xüsusiyyətləri(Şəkil 1)
Kanallı vint ISIO 5832/1 standartlarına uyğun paslanmaz poladdan emal edilmişdir.
Kanallı vintin yivli qismi proksimalda 7 mm diametrində başlayır və distala tərəf getdikcə 5.5 mm-ə qədər kiçilir.
Cisminin diametri 4.5 mm, başının diametri isə 8 mm-dir.
Vint 3.5 mm altı bucaq kanallı çevirici və kanallı drel ilə tətbiq edilə bilir.
Vint boydan boya kanallıdır.
Vintin yivli qismi 16 mm uzunluğundadır.
Vintin yivli qismində fərqli istiqamətlərdə ölçüsü 2 mm olan 6 dəlik var.
Şəkil 1. Dizayn edilən vint
Dəliklər
Təcrübədən 24 saat əvvəl başlar buzxanalardan çıxardılıb əridildi. Bud sümüyü başlarının donu açıldıqdan sonra Q-KT(general Electric, Hi Speed Dual) istifadə edilərək sümüklərin mineral sıxlıqları(SMS) ölçüldü. Eyni və ya yaxın sümük sıxlığı olan başlar təcrübə və kontrol olaraq müqayisə qruplarına bölündü. Fərqli uzunluqda olan bud sümüyü başları oynaq səthindən 30 mm proksimalda köndələn şəkildə osteotomiya edildi. Bundan sonra standart metodla skopiya nəzarətində bud sümüyü başı osteotomiya səthinin ortasından mərkəzi olaraq subxondral nahiyyəyə qədər K-teli boyu oyucularla oyuldu.Kontrol qrupuna daxil olan bud sümüyü başlarına skopiya nəzarəti altında 5 mm subxondral nahiyəyə qədər standart 7 mm AO vint və təcrübə qrupuna isə dizayn etdiyimiz 7 mm kanallı vint göndərildi. Bununla kontrol qrupuna daxil olan bud sümüyü başlarının hazırlanması qurtardı. Təcrübə qrupunda isə PMMA (Cemfix 3) inyeksiyası üçün lazım olan materyallar hazırlandı. Ardından PMMA məhlulu tozu ilə qarışdırıldı və inyeksiya ediləcək şprisə dolduruldu. Şprisin ucu kanallı vintin başına taxıldı və təzyiq altında bud sümüyü başına kanal içindən PMMA inyeksiya edildi. Sonra şpris çıxarıldı və kanal içindəki PMMA sement basdırıcı ilə bud sümüyü başına tərəf basdırıldı. Bu prosedura bir neçə dəfə təkrarlanaraq bud sümüyü başı üçün ümumilikdə 1 ml PMMA istifadə edildi. PMMA qurumağa başlarkən K-teli geri çəkildi. Pull out testləri İnstron 8802(servo-hydraulic material testing machine) cihazı köməkliyi ilə həyata keçirildi. Bud sümüyü başları xüsusi hazırlanmış fiksatorlara taxıldı. Fiksatorun özü və vint təpəsi Instron cihazının üst və alt qısqacına şaquli vəziyyətdə yerləşdirildi. Instron cihazıyla 0.5 mm/san aksial yöndə çəkmə tətbiq edilərək maksimum tutma qüvvəti (N) ölçüldü.
Hesablamalar M.U. Tibb Fakultəsi Biostatistika Kafedrasında həyata keçirildi. SMS-ları və qüvvət nəticələri qarşılaşdırılmasında Unpaired t-testi istifadə edildi. Əhəmiyyət dərəcəsi üçün p<0.05 şərti qoyuldu.