Material və Metodlar. Təcrübədə istifadə edilən femur başları Mərmərə Universiteti Etik Komitəsinin təsdiqi alındıqdan sonra Mərmərə Universiteti Xəstəxanasında bud sümüyü boynu sınığı səbəbi ilə artroplastika əməliyyatı keçirmiş xəstələrdən götürülmüşdür. Bud sümüyü başı istifadə edilən xəstələrə bu təcrübə ilə əlaqədar əməliyyatdan əvvəl məlumat verilmişdir. Bu təcrübədə ancaq icazəsi alınmış və təsdiq formasını imzalamış xəstələrin bud sümüyü başları istifadə edilmişdir. Ümumi sayı 16 ədəd ən az 3 sm seqmenti olan bud sümüyü başları izotonik məhlulla isladılmış tamponlarla sarılaraq, plastik qutu içində dondurucularda(-20º) saxlanılmışdır. Bud sümüyü başlarına iki proyeksiyalı rentgen çəkildikdən sonra fokal patologiyası olanlar və daha əvvəl anamnezində bəd xassəli şiş keçirmiş xəstələrdən alınan nümunələr təcrübədən çıxardılmışdır.