2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə82/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   78   79   80   81   82   83   84   85   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Dialektik ziddiyyət 
dialektika nəzəriyyəsində mərkəzi yerlərdən birini tutur. Marksist fəlsəfədə 
bu problemi anlamaq klassik alman fəlsəfəsindən doğdu və ona arxalandı. Dialektikanın böyük 
nəzəriyyəçiləri dialektik ziddiyyətə heç də həyat məişətində, elm və siyasi həyatdakı ziddiyyət 
kimi xarakterizə olunan bütün konfliktləri, narazılıqları, bir – birinə qarşı durmaları aid etmirdilər. 
Onların diqqətinin predmeti varlığın və idrakın dərin ziddiyyəti olmuşdur ki, məhz fəlsəfi nəzəri 
ağıl onu aşkar edir.
 
Konkret tarixi şəraitdə ziddiyyətlərin real nəticələrinə, normal “həyatı”na yalnız yaradıcı işlə, 
ziddiyyətləri “yerləşdirməyə” qadir olan zəruri əlaqə, struktur, vasitə ilə ifadə olunmanın 
formalaşması ilə, onlara normal inkişaf etmək, genişlənmək, fəlakətdən, məhvedici toqquşmadan 
kənar olmaq imkanı verməklə nail olmaq olar. “Dialetkik ziddiyyətlə” sıx bağlı olan “inkarı inkar” 
prinsipinə diqqət yetirək. 
“İnkarı inkar”. Dəyişikliyin dövriliyi (dövri prosesi) və irəliləməsi (artması, güclənməsi, 
yüksəlməsi) -
Hegel fəlsəfəsində, varlıq və təfəkkürün eyniləşdirilməsi prinsipinə uyğun olaraq, 
fikirlərin dialektik ziddiyyətlərini və onunla bağlı olan dialektik inkarın həll edilməsi ritmi 
(ahəngi) həm də varlığa keçirilmişdir. Materialist dialektikada da dialektik “ziddiyyət” və “inkara” 
varlıq (ontoloji) anlayışlarında başa düşülməyə cəhd edilmişdir. 
 
“İnkar” məntiqi, fikri inkara (antitezis) real oxşar kimi hər hansı prosesin mütləq anı, dəfələrlə 
dəyişən kimi şərh edilir. Marks yazırdı: “... öz əvvəlki mövcudluq formasını inkar etməsə inkişaf 
baş verə bilməz”. Doğrudan da, insanın embirional formalaşmasında uşağı körpəliyi sıxışdırır, o 
da yetkinlik tərəfindən sıxışdırılır, axırda yetkinlik yaşı gəlir. Dəmir alətlər nə vaxtsa istehsaldan 
daş alətləri sıxışdırıb, əl əməyini mexanika aradan çıxarıb və s. Hər bir yeni mərhələ əvvəlkinin 
“inkar” edir.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin