15
düşməsi ilə, ulduzların partlaması ilə onlardan maddələrin atılması nəticəsində atomlar yaranır.
Atomların qarşılıqlı təsirindən materiyanın quruluşunun növbəti səviyyəsi –
molekullar
formalaşır.
Molkullardan sonra makrocisim (sulu, bərk, qazaoxşar) səviyyə gəlir. Materiyanın spesifik növü
hesab olunan makrocismin xüsusi tipi
planetləri
– nüvəsi, litosferası, bəzi hallarda atmosferası və
hidrosferası olan, mürəkkəb daxili strukturlu cismi – yaradır. Ulduzlar və planetlər planetlər siste-
mini yaradırlar. Ulduzların çoxlu sayda yığılması, planetlər sistemi, öz aralarında qarşılıqlı surətdə
təsirə malik olan ulduzlararası toz və qaz xüsusi obyektlər yaradırlar,
bu qalaktikalar
adlanır. Yer
bu cür qalaktikalardan birinə aiddir. Bizim qalaktikaya adi olan ulduzların əsas kütləsi 100 min
işıq üç həcmində diskdə cəmlənmişdir – onun diametri və qalınlığı 1500 işıq ili həcmindədir
(xatırladaq ki, işığın sürəti 300 min km s). Bizim Günəş qalaktikanın axırındadır və onun nüvəsi
ətrafında fırlanır, 200 milyon ildə (necə deyərlər, qalaktika ili) bir tam dövr edir.
Olduqca sıx toplanmış ulduzlardan ibarət olan, ulduzlarası qaz və tozla qızmış bəlkə də
olduqca sıx cisimlə örtülən qalaktikanın nüvəsini biz müşahidə edə bilmirik. Hal-hazırda Günəş
qalaktika məkanının o hissəsi ilə hərəkət edir ki, orada nüvə Yerdən geniş toz dumanı ilə
örtülmüşdür. Bir neçə milyon illər sonra Yer bu “ekrandan” çıxacaqdır və nüvədən axan şüalara
məruz qalacaqdır. İndi bizim qalaktikanın nüvəsi sakitdir: o daimi olaraq enerji axını ötürür. Ancaq
prinsipcə qalaktikanın nüvəsi fəal da ola bilər, qısa vaxt ərzində olduqca çox enerji buraxa bilər.
İstisna edilmir ki, bizim qalaktikanın nüvəsi müəyyən vaxtdan sonra partlayışlı fəallıq da nümayiş
etdirə bilər. Ola bilsin ki, partlayış prosesində Yer toz duman ilə örtülməsin, açıq olsun, onda
nüvədən gələn şüa Yerdə olan həyatın vəziyyətinə və inkişafına təsir edə bilər. Dərk etmək
lazımdır ki, Yerdə olan həyat, onun bir hissəsi olan bəşəriyyət kosmosun quruluşundan asılıdır.
Ona görə də onun quruluşunun prinsipini bilmək Yer həyatının mənşəyini bizim təbiətlə olan
qarşılıqlı əlaqəmizi başa düşmək üçün olduqca zəruridir.
Müxtəlif tip qalaktikalar yığını –
qalaktikalar sistemini,
bütövlük xassəsinə malik olan xüsusi
obyekti – yaradırlar. Qalatikalar arasında böyük məsafə olmasına baxmayaraq (on, yüz, milyon,
daha çox işıq ili) makrocisim və qalaktikalar yığınının molekulları arasında müqayisə aparsaq
görərik ki, bu cür yığını istənilən mühitdə müşahidə edə bilərik.
Nəhayət, qalaktikaların yığınından başqa materiyanın quruluşunun daha yüksək səviyyəsi –
Metaqalaktika
qarşılıqlı surətdə fəaliyyətdə olan yığılan qalaktikaların xüsusi sistemi də vardır.
Bununla belə onlar elə qarşılıqlı fəaliyyətdədirlər ki, bu vaxt bir-birindən sürətlə uzaqlaşırlar. Bir-
birindən nə qədər uzaq düşsələr, bir-birinə tərəf gəlişləri bir o qədər sürətlə olur. Bu proses
Metaqalaktikanın genişlənməsi adlanır, onun varlığını müəyyən edən xüsusi sistemli xassəsidir.
Metaqalktikanın genişlənməsi
onun yaranmasıanından başlanmışdır. Müasir kosmoloji baxışlara
görə Metaqalaktika 20 milyard il əvvəl Böyük partlayış nəticəsində yaranmışdır. Elm bu partlayışı
fiziki vakkumun strukturunun yeridən qurulması, onun bir vəziyyətdən digərinə dövri keçidi ilə
əlaqələndirir – bu da böyük enerji ayrılması ilə vermişdir. Belə ki, bizim Kainatın
(Metaqalaktikanın) yaranması – onun heç nədən yaranması aktı deyildir, inkişafın, materiyanın bir
vəziyyətindən digərinə keyfiyyətcə keçidin nəticəsidir.
Dostları ilə paylaş: