2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Məkan və zaman materiyanın varlıq formalarıdır-



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə11/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   7   8   9   10   11   12   13   14   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Məkan və zaman materiyanın varlıq formalarıdır- 
Maddi aləmin struktur quruluşunu ifadə edən bütün bu son dərəcə ümumi xassələr – 


20 
obyektlərin müəyyən ölçüsünün olması, başqaları arasında özünə yer tutması, digər obyektlərlə 
sərhəddinin olması xassələri – məkanın
birinci, daha ümumi xarakteri kimi çıxış edir. Bir sözlə, 
məkan bütün maddi obyektlərin müəyyən ölçüsünün olmasını və strukturluğunu ifadə edən 
kateqoriyadır. Əgər onları gerçəklikdən mücərrədləşdirsək, maddi obyektlərdən ayırsaq onda biz 
məkan haqqında təsəvvür əldə etmiş olarıq. Məkan haqqında baxışlar və insanın ətraf aləmlə fəal 
qarşılıqlı təsiri nəticəsində yaranan məkan anlayışı belə yaranır, bu gedişdə onun struktur 
quruluşunun yuxarıda sadalanan son dərəcə ümumi xüsusiyyətləri aşkar olunur. 
Materiya fərqli, strukturlu olduğuna görə məkan anlayışının mənası vardır. Əgər dünyanın 
mürəkkəb strukturu olmasaydı, əgər o predmetlərə, bu predmetlər isə öz növbəsində bir-biri ilə 
bağlı olan elementlərə parçalanmasaydı onda məkan anlayışının mənası olmazdı. 
Zaman anlayışının məzmununu da bu yolla aydınlaşdırmağa cəhd edək. Maddi aləm yalnız 
strukturca parçalanmış obyektlərdən ibarət deyildir. Bu obyektlər hərəkətdə və inkişafdadır, onlar 
müəyyən mərhələlərdə baş verən proseslərdir. Onlarda bir-birini əvəz edən bir çox vəziyyəti, bir 
çox mərhələləri aşkar etmək olar. Bu mərhələlərin bir-birini əvəz etməsi müəyyən təkrarlamalarla 
xarakterizə oluna bilər Bir mərhələ başqa mərhələyə nisəbətən tez və ya gec ola bilər. Proseslərin 
bu cür xüsusiyyəti 
uzunluq anlayışı
ilə xarakterizə olunur. Müxtəlif uzunluğun müqayisə 
edilməsi 
baş verən proseslərin sürətini, onların ahənginivə tempini
ifadə edən kəmiyyət ölçüləri üçün əsas 
ola bilər. Əgər bu xarakteri proseslərin özündən mücərədləşdirsək və uzunluq münasibətinə 
proseslərin bəzi müstəqil əlamətləri kimi baxsaq onda biz 
zaman
haqqında təsəvvürü əldə etmiş 
oluruq. Zaman haqqında baxışların və zaman anlayışının mənası dünyanın hərəkətdə və inkişafda 
olması ilə bağlıdır; əgər materiya hərəkətdən kənarda olsaydı onda zaman anlayışının mənası 
olmazdı. 
Zamanın hesabatını aparmaq üçün biz hər hansı yalançı dövretməni, yəni bir sıra əsas 
xüsusiyyətlərlə təkrarlanan prosesi tapırıq, onu etalon kimi qəbul edirik, onunla qeyri-dövri, daha 
mürəkkəb prosesləri tutuşdururuq. Yerin öz oxu ətrafında fırlanması dövrü prosesi zamanı günə 
bölür. Yerin Günəş ətrafında hərəkəti illəri ölçür. Prinsipcə daha böyük zaman vahidi yaratmaq 
olar. Məsələn, qalaktik il – 200 milyon il –kimi böyük aralıq haqqında danışmaq olar, Yer Günəşlə 
birlikdə qalaktikanın mərkəzində fırlanır. Lakin bu cür vahidin olduqca uzun prosesləri nəzərdən 
keçirərkən – Yerdə həyatın yaranmasından bu günə qədər olan inkişafı - mənası olur. Qalaktik il 
vahidi Yerin qalaktikanın nüvəsinə nisbətən mövqeyindən asılı olaraq Yerdə həyatın inkişafının 
müəyyən vəziyyətini müəyyənləşdirə bilər. Nəzərdən keçirdiyimiz hadisələrdə zamanın 
hesablanmasında biz eyni cür hərəkət edirik: hərəkətin keyfiyyətcə müxtəlif proseslərini müqayisə 
edirik. 
İnsana çox vaxt dərk etmədiyi zamanı intuitiv hiss etməsi xasdır – bunu təcrübə yolu ilə qeydə 
almaq olar. Belə ki, kosmonavtları uçuşa hazırlayarkən, onlar surdokameralarda (xüsusi təcrid 
olunmuş otaqlarda) təcrübə keçərkən saatsız zamanın müəyyənləşdirilməsi üzrə təcrübə keçirlər. 
Təcrübədə iştirak edənlərin əksəriyyəti saatın (1-3 dəqiqə səhvliklə) və günün (yarım saatdan çox 
olmayan səhvlə) uzunluğunu dəqiq müəyyən etmişlər. 
Zamanın intuitiv hiss edilməsi nəyə əsaslanır? Bizim orqanizmdə çoxlu dövri proseslər 
mövcuddur, onlar saat funksiyasını yerinə yetirirlər. Sanki onlarla xarici proseslərin uzunluğu 
ölçülür. Sən demə, bütün orqanizmlərin sanki öz daxilində bioloji saatları qurulmuşdur, onların 
funksiyasına müxtəlif həyat ahəngi – hüceyrə və ayrı-ayrı orqanların dövrü olaraq yaranan və 
dayanan fəallığı çıxış edir. Məsələn, məlumdur ki, günün müxtəlif vaxtlarında qaraciyər, böyrək, 
ağciyər, ürək müxtəlif fəallıqla işləyir. Həkimlər gecə saat 2-4 arasında qara ciyərin daha fəal 
olduğunu qeyd edirlər, bu vaxt orqanizm zəhərli tullantılardan təmizlənir, gecə saar 4-də 


21 
orqanizmin ahəngi elədir ki, bütün orqanların fəallığı aşağı enir. Yeri gəlmişkən, bu xəstə 
orqanizm üçün ən uğursuz saatdır: təsadüfi deyil ki, bu vaxt ölüm hadisələri daha çox qeydə alınır.
İnsanın beyni də öz fəallığında müəyyən ahəngə malikdir. Alfa-ritm mövcuddur, o beyninin 
fəallığını xarakterizə edir – bu da xüsusi bioloji saatdır. Kibernetikanın yaradıcısı olan Norbert 
Viner belə fərziyyə irəli sürür ki, məhz saatların bu “tıqqıltısı” zamanın intuisiyasının əsasını təşkil 
edir. Zamanın intuitiv hiss olunmasında saatların hansı tipinin əsas rol oynadığı hələlik məlum 
deyildir. Belə bir fərziyyə var ki, ali heyvanlarda və insanda beyin orqanların işinin ən müxtəlif 
ahəngini vahid mürəkkəb saat mexanizmində birləşdirir.
Zamanın hiss olunmasını maddələr mübadiləsi ilə əlaqələndirən, bağlayan digər fərziyyə də 
olduqca maraqlıdır. Belə güman olunur ki, əzab çəkməklə bağlı maddələr mübadiləsinin getməsi 
azaldığından bizim daxili bioloji “saat mexanizmimizdə” yavaşıyır. Cavan vaxtı o qoca vaxtına 
nisbətən sürətlə “taqqıldayır”, deməli yaşa dolduqca bizim daxili “saniyələr” sanki uzanır. Onunla 
bütün xarici hadisələr tutuşdurulduğundan xarici zamanın sürətlənməsi hissi yaranır. 
“Bioloji saat”, yəni vaxtaşırı ritmik dövr istənilən orqanizmdə var. O həm heyvanlarda, həm 
də bitkilərdə vardır. Onların köməyi ilə orqanizm xarici mühitdə, onun ahənginə, gündüz və 
gecənin, ilin fəsillərinin dəyişməsinə uyğunlaşır. Zamanın hiss olunması bu uyğunlaşma prosesi 
ilə inkişaf edir. Vacib olan odur ki, bu hissin əsasında təqribən zaman anlayışının yaranmasının 
əsasında dayanan prinsiplər dayanır – bu hərəkətin müxtəlif proseslərinin müqayisə edilməsi, 
tutuşdurulmasıdır: onlardan biri etalon kimi fəaliyyət göstərir; digəri isə bu etalonla müqayisə 
olunur. 
Məkan və zaman statusunun və xassələrinin anlaşılması ilə bağlı olan əsas fəlsəfi 
problemlərdən biri onların 
obyektivliyi,
yəni bizim şüurumuzdan asılı olmaması problemidir. 
Məkan və zaman kateqoriyaları son dərəcə ümumi mücərrədlik kimi çıxış edir – 
materiyanın 
varlıq formalarıdır. 
Forma məzmunun daxili quruluşudur, əgər məzmun kimi maddi substrat çıxış edirsə, onda 
məkan və zaman onları təşkil edən forma olacaqdır. Bu formadan kənarda materiya mövcud 
deyildir. Məkan və zamanın özləri də materiyadan kənar mövcud ola bilməzlər. Yalnız 
mücərrədlikdə biz onları maddi aləmdən ayıra bilərik.
Məkan və zamanın həm də universal (ən ümumi) və spesifik (burada ən ümumilik sual 
altındadır) xassələri vardır. Məkan və zamanın 
universal xassələrinə 
onların bir-biri ilə qırılmaz 
əlaqəsi, materiyanın hərəkətləri ilə əlaqəsi, sonsuzluqları aiddir. Materiyanın varlıq forması kimi 
məkan və zamanın spesifik xassələrinə, məkanın üçölçülü, zamanın isə birölçülü olması, məkanın 
yekcinsiliyi və izotropluğu bütün istiqamətlər və zamanın müxtəlifliyi makrosəviyyədə məkan və 
zamanın fasiləsizliyi aiddir.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin