2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)
Ekoloji böhranla bağlı bəzi məqamları qeyd etmək məqsədəuyğundur. Ekoloji vəziyyətin
mümkün növləri arasında tədqiqatçıların diqqətini xüsusi ilə cəlb edən böhranlı vəziyyətdir. Bu da
tam izah olunandır, belə ki, bu cür vəziyyət yalnız nəzəri deyil, həm də praktiki əhəmiyyət kəsb
edir. Ekoloji böhran deyərkən «cəmiyyət-təbiət» sisteminin dinamik inkişafının pozulmasını
xarakterizə edən, «cəmiyyət-təbiət» münasibətlərinin olduqca kəskinləşməsi, onun ziddiyyət
həddinə çatması, ekoloji fəaliyyət vasitəsi ilə sistemin daxilindəki əlaqənin dəyişməsini zəruri
edən ekoloji vəziyyət tipi başa düşülür. Sistemin böhranı öz ifadəsini sistemin özündə, onun daxili
ziddiyyətlərinin inkişafında tapır. Bu sistemin daxili inkişafında onların qanılıqlı fəaliyyətində
ekoloji böhranın imkanı yatır, lakin onların həlli də onların öz daxilindədir. Məsələn, belə güman
edirlər ki, Amerikanın qədim sivilizasiyası (inklərin, asteklərin, mayyaların) torpağını həddindən
artıq istismarı nəticəsində yaranan ekoloji böhranın nəticəsində məhv olmuşdur. Elmi tədqiqat
üçün (istər nəzəri, istərsə də tətbiqi) ən böyük maraq antropogen ekoloji böhran təşkil edir. Bu da
aydındır; öz mənşələri etibarı ilə onları prinsipcə aradan qaldırmaq olar, onları törədən cəmiyyətdə
bu böhranı aradan qaldırmaq üçün kifayət qədər imkan da vardır.
Aydındır ki, bu üç an ictimai mənşəyə malikdir. Onlardan ilk ikisi elmi-texniki inqilabdan
birbaşa və bilavasitə yaranmışdır; xüsusilə də elmi-texniki tərəqqinin silahlanma sahəsinə tətbiqi
burada mühüm rol oynayır. Üçüncü anın bəzi izaha ehtiyacı var. Birincisi, sizdə belə bir sual
yarana bilər: əgər XX əsrin ikinci yarısında bəşəriyyət 20-30 il ərzində öz əhalisinin sayını iki dəfə
artırırsa, onda Maltus öz fikirlərində düz deyildirmi? Bu suala cavab verərkən nəzərə almaq
lazımdır ki, əhalinin artımının müasir sürəti bəşəriyyətin inkişafı üçün norma deyildir və yaxın
gələcəkdə onun kifayət qədər azalacağı gözlənilir (əvvəllər əhalinin iki dəfə artması üçün yüz əlli
il lazım gəlmişdir). İkincisi, söhbət mütləq şəkildə əhalinin çox artımından getmir. Əgər bu gün
zəif inkişaf etmiş ölkələrdə il ərzində əlli milyon adam acından ölürsə, bu yer kürəsində ərzaq
ehtiyatlarının tükənməsi demək deyildir. Müasir elmi-texniki tərəqqi əkin sahələrinin becərilməsi
və hər hektardan otuz sentinerdən çox taxıl almağa imkan verir və bu da 7 milyard əhalini
yedizdirməyə kifayət edir. Bu ölkələrin geridə qalmasına səbəb onların yaşadıqları müstəmləkə
həyatının qoyduğu izdir, onların istismar olunması, ərzağın əsas kütləsinin inkişaf etmiş şimalın
əlində cəmlənməsidir. Beləliklə, biz bu gün əvvəllər görünməyən miqyasda olan ümumplanetar
böhranla üz-üzə dayanımşıq, ilk baxışdan sırf ekoloji böhran xarakterində olan bu vəziyyət
sivilizasiyanın ümumi böhranına çevrilmişdir, bu da həyatın bütün sahələrini - iqtisadi, ictimai,
mənəvi sahələri tam əhatə etmiş, onun normal inkişafına mane olmuşdur.
Bu gün dünyadakı ekoloji vəziyyəti böhranlı vəziyyət kimi xarakterizə etmək olar.