26
şəklində yenidən təbiətə atılır. Sənaye cəhətdən inkişaf etmiş ölkələrin hər bir sakini il ərzində
təbiətdən təqribən 30 ton mal götürür, onun yalnız 1-1, 5 faizi istehlak forması kəsb edir, qalanı
isə yenidən təbiətə atılır, bu isə çox vaxt bütövlükdə təbiətə görülməz dərəcədə ziyan vurur.
Nəticədə biosferanın özü-özünü təmizləməsi xeyli aşağı düşmüşdür, o, insanın atdığı tullantıdan
artıq özünü təmizləyə bilmir. Bütün bunlar Yer kürəsi ətrafında karbon qazı təbəqəsinin
yaranmasına gətirib çıxarmışdır yaxın gələcəkdə bizim mavi səma görünməz hala düşə bilməsi
təhlükəsi qarşısındadır: enerji balansının pozulması, temperaturun tədricən istiləşməsi bu gün
məhsuldar hesab olunan regionlarda quraqlığa gətirib çıxara bilər, buzla örtülü okeanlarda buzun
əriməsi nəticəsində suyun səviyəsinin qalxması sahil ölkələrin və şəhərlərin suyun altında qalması
təhlükəsi ilə üzləşə bilər. Oksigen balansının pozulması təhlükəsi, Dünya okeanın çirklənməsi kimi
meyllər ekoloji problemlərin qlobal xarakter daşıdığını göstərir. Bütün bunlar adamların
sağlamlığına mənfı təsir göstərir, onların əməyinin məhsuldarlığı aşağı düşür yaradıcılq fəallığı
zəifləyir, torpaqların məhsuldarlığını saxlamaq üçün kapital qoyuluşunun miqdarının artırılması,
su mənbələrinin təmizlənməsi zəruri hal kimi qarşıya çıxır. Ətraf mühitin çirklənməsi, ayrı-ayrı
dərmanlara dözümlü olan mikrobların artması, qəbul edilən qidanın ekoloji cəhətdən təmiz
olmaması insanlara mənfı təsir göstərir. Nəticədə anadangəlmə çatışmamazlıqlarla doğulan
uşaqların sayı durmadan artır, irsi xəstəliklər çoxalır, xronoloji xəstəliklər, mənşəyi məlum
olmayan xəstəliklər baş alıb gedir. Ekoloji böhranın artması buna bais olan insanların özləri üçün
daha acınacaqlıdır. Vəhşi heyvan və bitki növlərinin bir çoxunun məhv olması, xəstə doğulan
uşaqların sayının durmadan artması ekoloji problemi kəskin şəkildə qoymuşdur.
Dostları ilə paylaş: