2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


İnsan və təbiətin qarşılıqlı fəaliyyəti məsələsini «coğrafi mühit» «ətraf mühit



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə15/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   11   12   13   14   15   16   17   18   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

İnsan və təbiətin qarşılıqlı fəaliyyəti məsələsini «coğrafi mühit» «ətraf mühit, 
«biosfera», «neosfera» anlayışlarını, 
eyni zamanda onların əlaqələrini aydınlaşdırmadan təhlil 
etmək mümkün deyildir.
Coğrafi mühit
- bitki və heyvan aləmi, su, torpaq, Yerin atmosferi - cəmiyyət həyatının, ilk 
növbədə, istehsal prosesi sahəsinə cəlb olunan təbiətin hissəsidir. O, cəmiyyət həyatının ən 
müxtəlif tərəflərinə və ilk növbədə, maddi istehsalın inkişafına əhəmiyyətli dərəcədə təsir edir. 
Təbiətin müxtəlifliyi lap çoxdan insan əməyinin bölünməsinin (ovçuluq, balıq tutmaq, əkinçilik, 
maldarlıq, faydalı yeraltı qazıntılar və s.) təbii əsası olmuşdur. Təbii mühitin 


24 
özünüməxsusluğundan insan fəaliyyətinin konkret istiqamətləri, xüsusi ilə də müxtəlif ölkələrdə 
və kontinentlərdə istehsalın bu və ya digər sahələrinin inkişafı asılıdır. Konkret coğrafi mühitin bu 
və ya digər xalqın tarixi inkişafına təsiri şübhəsizdir, eyni zamanda bu təsir olduqca müxtəlifdir. 
İstehsal üçün əlverişli təbii şəraitin olduğu yerlərdə hər hansı kənd təsərrüfatı məhsulunun istehsalı 
üçün 6-7 saat sərf etmək lazım gəlir (Bolqarıstanda, Türkiyədə). Eyni zamanda əlverişli olmayan 
iqlim şəraitində bunun üçün 20 və ya 30 saat sərf etmək lazım olur. Bu fərqlər cəmyyətin 
inkişafının ilkin mərhələsində, təbiət predmetlərinin yenidən hazırlanması onların bilavasitə hazır 
şəkildə istifadə olunması ilə müqayisədə çox az faiz təşkil etdiyi vaxtda, xüsusi ilə hiss olunurdu. 
Aydındır ki, Yer kürəsinin müxtəlif ərazilərində kifayət qədər yaxşı olmayan və əlverişsiz iqlim 
şəraiti ictimai inkişafı xeyli ləngitmişdir.
«Noosfera»
(hərfi mənası-əql sahəsi) terminini ilk dəfə 1927-ci ildə E. Lerua, sonra isə P. 
Teyyar de Şarden istifadə etmişdir. Vernadskinin özü noosfera haqqında təlimin əsas ideyalarını 
artıq XX əsrin əvvəllərində işləmiş və bu haqda öz fikirlərini söyləmişdir. Artıq o vaxt dünyanın 
qlobal yenidən qurulmasında insan əqlinin imkanları götür-qoy edilmiş, insann təbiətə təsirinin 
prespektivləri, onların qarşılıqlı münasibətlərinin tezliklə harmonikləşməsinin zəruriliyi təhlil 
olunmuşdur. Bu anlayışın müəyyən edilməsində mövcud olan müxtəlif yanaşmalar haqqında 
demək olar ki, noosfera biosferanın və bütün planetin mövcud olmasının yeni mərhələsidir, bu 
vaxt insanın şüurlu fəaliyyəti, Əqli biosferanın təkamülündə yalnız həlledici amil olmayıb, həm 
də eyni zamanda onun qorunmasıdır. Bu vaxt cəmiyyət kortəbiiliyi əvvəllər zəif nəzarət olunan 
məhsuldar qüvvələrin inkişafına, təbiətə müdaxiləyə şüurlu nəzarət edir, onu nizama salır. 
Noosfera mərhələsində cəmiyyətin təlabatı geo və biosferanın imkanları ilə ölçülür. Biosfera və 
sivilizasiya müxtəlif, bir-birinə zidd hissələr kimi qəbul edilməməli, vahid bütövün tamı kimi, bir-
birini tamamlayan, bir-birinə kömək edən bir orqanizm kimi qəbul olunmalıdır.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin