2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


«Təbiət» anlayışına gəldikdə isə, oııa əks olan  «mədəniyyət»



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə13/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   9   10   11   12   13   14   15   16   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

«Təbiət»
anlayışına gəldikdə isə, oııa əks olan 
«mədəniyyət»
anlayışıdır. Mədəniyyət deyərkən, insan tərəfindən mənimsənilənlər, düzəldilənlər, dəyiş-
dirilənlər, təbiət deyərkən isə, insana qarşı dayananlar, insandan asılı olmayaraq, öz əsasları və 
qanunları ilə mövcud olanlar başa düşülür. Mədəniyyət sanki insan tərəfindən yenidən dəyişdirilən 
təbiətdir, bu mənada insan fəaliyyətinə isə, təbiətin, təbii olanı mədəni, süni olana dəyişdirilməsi 
kimi baxmaq olar. Təbiətin bu cür yenidən dəyişdirilməsinə dünyada mövcud olmağın insan 
üsulunun məğzi daxildir. İnsan öz fəaliyyətində sanki özünü təbiətə qarşı qoyur; lakin eyni 
zamanda o həm də «ana - təbiətin» bir hissəsi və ondaıı törəmədir. İnsan təbiətlə yaşayır. bu o 
deməkdir ki, təbiət onun bədənidir, o ölməmək üçün öz daimi ünsiyyət prosesində onunla 
olmalıdır. «İnsanın fiziki həyatı kimi onun mənəvi həyatı da təbiətlə sıx bağlıdır» deyimi o 
deməkdir ki, təbiət özü-özü ilə qınlmaz bağlıdır və insan onun bir hissəsidir. İnsan üçün təbiət 
yalnız onun mövcudluğunun təbii şəraiti, yaradıcı, qurucu fəaliyyəti üçün sahə deyildir. Bu 
münasibətin əsasında insan və təbiətin münasibətlərinin digər formaları yaranır və inkişaf edir. Bu 
dərketmə münasibətidir - müasir cəmiyyətdə ilk növbədə təbii elmlər (təbiət haqqında elmlər) 
formasında həyata keçir; bu həm də təbiətə qiymət vermənin tipləridir - bu xeyir, gözəllik, gəlir və 
buna oxşar anlayışlarla ifadə olunur. Nəhayət, müasir dünyada öz tarixində ilk dəfə olaraq insan 
təbiətin bu və ya digər hissəsini qorumaq üçün cavabdehliyi öz üzərinə götürür - bu sahələr onun 
praktiki fəaliyyət orbitinə daxil olmuşdur və məhsuldar qüvvələrin inkişafı ilə o daha da genişlənir.
Təbiət anlayışı. 
İlk baxışdan «təbiət nədir?» sualı hamı üçün asan görünür, ancaq suala cavab 
vermək məqamında hamı müəyyən çətinliklərlə üzləşir. Bu çətinliyi nəzərə alaraq fikrimizə təbiət 
anlayışına yığcam tərif verməklə başlamaq məqsədəuyğundur. Təbiətə müxtəlif yanaşmalar və ona 
verilən çoxsaylı tərifləri ümumiləşdirərək demək olar ki, təbiət sözün geniş mənasında bizi əhatə 
edən, öz sonsuz rəngarəng təzahürləri ilə özünü göstərən dünyadır. Təbiət özünü obyektiv reallıq 
kimi təzahür etdirir, insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcuddur. Sözün dar 
mənasında, özü də məhz «cəmiyyət» anlayışına münasibətdə təbiət deyərkən, cəmiyyət istisna 
olmaqla, cəmiyyətin mövcudluğunun təbii şəraitinin məcmusu kimi bütün maddi aləm başa 
düşülür. Təbiətə, onun mahiyyətinə fəlsəfi yanaşmada iki bir-birinə zidd olan nöqteyi- nəzərləri 
ayırmaq olar. Onlardan biri təbiəti xaos, kortəbii qüvvələrin, təsadüflərin hökmranlıq etdiyi aləm 
kimi qəbul edir. Digərlərinə görə təbiətdə təbii zərurət və ciddi qanunauyğunluq hökm sürür. 
Xüsusi ilə vurğulamaq lazımdır ki, cəmiyyət və təbiətin qarşılıqlı münasibəti haqqında fəlsəfi 


23 
baxışların təkamülü, əsasən, cəmiyyətin özünün inkişaf səviyyəsi ilə, eyni zamanda bu və ya digər 
vaxtlarda cəmiyyətdə hakim olan iqtisadi, siyasi, dini və digər baxışlarla müəyyən olunur.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin