28
•
azon təbəqəsi qismən pozulub, bütün canlılara məhvedici təsir göstərəcək,
kosmik
şüalanmadan Yer kürəsini qoruyan azon təbəqəsinin pozğunluğu ağır nəticələrə gətirib çıxara
bilər;
• təbii landşaftın üst qatı çirklənib: Yer kürəsində bir qarış belə yer tapmaq mümkün deyildir
ki, insan tərəfindən süni şəkildə yaradılan elementlər olmasın.
İnsan təbiətə yalnız gəlir mənbəyi: öz həyat təlabatlarını ödəmək mənbəyi kimi baxdığından,
insanın təbiətə istehlak münasibəti açıq şəkildə özünü göstərir. Bəşəriyyət üçün təbiəti münasibət
fəlsəfəsinin özünü dəyişdirmək həyati əhəmiyyət kəsb edən bir problemə çevrilmişdir.
Bəşəriyyətin müasir inkişaf mərhələsində noosfera haqqında təlim xüsusi əhəmiyyət kəsb
etmişdir. İnsan özünün bütün tarixi ərzində şüurlu və şüursuz şəkildə
təbiəti fəth etməyə cəhd
etmişdir. Təbiətin üzərində dayanmaq,
onu fəth etmək, onu özünə tabe etmək -insanın təbiətə
münasibətində qarşısına qoyduğu məqsəd bu olmuşdur. Bu məqsədə
çatmaq yolunda çoxlu
nailiyyətlər əldə edən insan təbiəti yaxşılaşdırmaq fıkrinə düşmüş, maşınla idarə olunan istehsal,
texnogen və kompüterli sivilizasiya yaratmışdır. Lakin təbiətə bu cür texnoqrafik yanaşma bu gün
ondan irəli gələn təhlükəni açıq şəkildə göstərir. Təbiəti düşünmədən istismar etmək ətraf mühitin
çirklənməsinə gətirib çıxartmışdır, təbii ehtiyatlar, su ehtiyatları azalır, bu da biosferanın
dağılmasına, Yer kürəsində məskunlaşan bütün canlıların məhv olmasına gətirib çıxartmışdır.
Biosferaya təsir göstərən mənfi millər içərisində sənaye istehsahnı xüsusilə qeyd etmək lazımdır:
istilik elektrik stansiyaları, qara və əlvan metallurgiya, kimyəvi və sement zavodlarının və s. ətraf
mühitə vurduğu ziyanın miqyası ölçüyə gəlməzdir. Hal-hazırda bizim
planetdəki bütün sənaye
müəssisələri il ərzində atmosferə 1250 milyon ton oksidləşmiş karbon, 10 milyon tonlarla kükürdlü
anhidrit (su ilə birləşdikdə turşu hasil edən oksid), 20 milyon tona qədər oksidləşmiş azot, milyon
tonlarla ftor (rəngsiz qaz) xlor və kükürd atılır. Bütün bunlar məcmu şəkildə planetdə temperaturun
yüksəlməsinə, atmosferin və təbii suların çirklənməsinə, ozon qatının dağılmasına,
iqlim
yağışlarına və təbiət və insan üçün öldürücü olan digər məhvedici nəticələrə gətirib çıxarır.
Dostları ilə paylaş: