2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Üçüncüsü,  təhlükəsiz və effektli sənaye müəssisələrinin işə salınması. Dördüncüsü



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə22/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   18   19   20   21   22   23   24   25   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Üçüncüsü, 
təhlükəsiz və effektli sənaye müəssisələrinin işə salınması.
Dördüncüsü, 
müasir sənaye müəssisəiərinin ekoloji baxımdan əlverişli şəraitə 
uyğunlaşdırılması.
Hər dəfə insan ona yad olan obyektlə qarşılaşanda onun həyata keçirdiyi ilk fıkir əməliyyatı 
bu 
obyektin canlı
və ya cansız olması ilə bağlı əməliyyatdır
. Canlı və cansız arasındakı fərq ən 
mühüm məsələlərdən biridir, xarici aləmi qavramaq üçün olduqca mühüm rol oynayır. Doğrudan 
da, bütün dövrlərdə bütün tayfalar və xalqlar bu və ya digər dərəcədə canlı və cansızı 
fərqləndirməyə məcbur olmuşlar, düzdür bu ayrılmalar müxtəlif üsullarla həyata keçirilmişdir. 
Belə ki, ibtidai xalqlar üçün animizm xarakterik olmuşdur - bu baxışlara görə hər şeyin - insanın, 
heyvanın, ağacın, daşın öz ruhu var və onların hamısı o vaxta qədər yaşayır ki, ruh onların 
bədənində olur. Fikir tarixində digər baxışlar sistemi də mövcud olmuşdur - hilozoizm adlanan bu 
baxışa görə bütün olanların hamısı canlıdır, bu yolla onlar həyat və varlığı eyniləşdirirdilər. Bu 
mənada, sanki canlı və cansız arasında olan fərq öz mənasını itirir; əslində isə bu fərq burada da 
aparılır, axı reallıq kimi yalnız həyat yox, hətta ölüm də qəbul edilir, ölüm qeyri-varlıq kimi qəbul 
edilir.
Biologiya və fəlsəfə arasındakı asılılığın qarşılıqlı olmasını
xüsusilə 
vurğulamaq 
lazımdır. 
Bir tərəfdən, bioloji idrak öz nailiyyətlərinin dünyagörüşü əhəmiyyətinin nəzəri dərk 
olunmasını fəlsəfədə tapır; bioloji idrak öz inkişaf gedişində canlının məzmunlu, aydın və dolğun 
mənzərəsini verə bilir. Bununla belə, bioloji idrak, xüsusilə müasir dövrdə, həm də əxlaqi-etik 
xarakterli kəskin problemləri - insan və heyvan üzərində aparılan təcrübələrdə verilən imkanların 
həddi, biologiyanın inkişafı gedişində insanın irsiyyətə, fıziologiya və psixikasına təsir imkanları 
və digər problemləri qarşıya qoyur. Çox güman ki, bu cür məsələlərin müzakirəsində, çox vaxt 
dərin dünyagörüşü məsələlərə toxunanda fəlsəfə kifayət qədər hiss olunan yer tutur. Digər 
tərəfdən, insanın dünyagörüşü mövqeyini nəzəri cəhətdən əsaslandıran fəlsəfə bunları anlayışlar 
dili ilə aydınlaşdırmağa, açmağa və ifadə etməyə cəhd edir, yəni gələcək səmərəli təhlil üçün 
onlara şərait yaradır, insanın mövcudluğu baxımından əhəmiyyətli olan, həlli əsasən bioloji 
idrakdan asılı olan problemləri təhlil etməyə imkan yaradır.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin