32
hər şeyin «dao» əsasında, daxili zərurət və qanunauyğunluğla baş verdıyini qəbul edir. Bu, daxili,
təbii «yoldur» ki, bütün əşya, cisim və insanlar onu izləməlidirlər. Bu təlimə görə «dünyada
daonun olmadığı heç bir şey yoxdur. Dünya daonun fəaliyyəti üzrə hərəkət edir». Bu təlim, nəticə
etibarilə, fatalizmə, insanın zərurətin qulu olması ideyasına gətirib çıxarır.
Qədinı Çində görkəmli filosof Mo-Tszinin (468-376) adı ilə bağlı moizm fəlsəfi təlimi də
olmuşdur. E.ə. V-III əsrlərdə yayılmışdır. Onu ölkəni dolaşıb müdrik sözlər söyləyən kahinlər
yayırdılar. Bu təlimin əsas mənbəyi indiyədək gəlib çatmış, 51 fəsildən ibarət olan «Moizmin
traktatı»dır. «Hikməti sevmək», «Vəhdətə inam», «Ümumi sevgi», «Hücuma qarşı»,
«Xərcləməkdə qənaət haqqında», «Göylərin iradəsi» və s. adlı fəsillərdə varlıq, insan, ailə,
davranış, idarəçilik, məntiq, qnoseologiya və i.a, məsələlərin fəlsəfi təhlili verilmişdi. Moizm
məktəbi nümayəndələri varlıq, məkan, zaman, keyfiyyət, səbəbiyyət və s. kateqoriyaların ümumi
xarakteristikasını verib, onları mənimsəməyə çalışmışlar. Onlar gerçəkliyin dərk edilməsinə
hadisənin səbəbinin müəyyən edilməsindən başlamağı, onun başqaları ilə oxşar və fərqli
cəhətlərinin müəyyən edilməsi, novləri parçalanması və s. halların manimsənilməsi kimi
baxırdılar. Onlar biliyin həqiqiliyinin yoxlanılmasının üç metodunu, üç qaydasını irəli sürmüşlər:
«əsaslandırma», «mənbələr» və «tətbiq edilmə». Bunlar isə naturalist materializm mövqeyindən
təhlil edilirdi.
Legizm
- qədim Çində konfusiançılıq dini-fəlsəfi cərəyanına müxalif meydana çıxmışdı
(latınca «legis» - «qanun» deməkdir). Leqizm - cəmiyyəti, dövləti, insanı idarə etmək haqqında
fəlsəfi, etik, sosioloji təlimdir. E.ə. VI-III əsrlərdə yayılmışdı. Nümayəndələri Quan Çjın, Şan Yan,
Xan Vey və b. olnıuşlar. Leqizmə görə cəmiyyət və dövlət idarəçiliyi, konfusiançılıqdakı kimi
mənəvi, əxlaqi təkmilləşməyə deyil, «qanuna», intizama, siyasətə, fəlsəfi biliyə əsaslanmalıdır.
Leqizmin əsas tələbləri bunlar idi: «hökmdar - qanunun yeganə yaradıcısıdır»; «hökmdar
kütlələrin əhval-ruhiyyəsini, psixologiyasını bilməli, fəaliyyətində onlan nəzərə almalıdır»; «hamı
qanun qarşısında bərabər olmalıdır»; «əsas fəaliyyət metodu mükafat və cəzadan ibarəl olmalıdır»;
«nizamlı ordu dovlətin dayağıdır» və s.
Qədim Şərq fəlsəfəsi Avropa və dünya mədəniyyətinin sonrakı inkişafında çox
böyük rol oynamışdır.
Dostları ilə paylaş: