2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Həyatın sonlu olub-olmaması məsələsinə



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə24/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   20   21   22   23   24   25   26   27   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Həyatın sonlu olub-olmaması məsələsinə
də diqqət yetirmək məqsədəuyğundur. 
Biosferanın, xüsusi ilə də onların təşkil olunduğu parçalanmış sistemlərin daxil olduğu mürəkkəb 
təşkilli sistemlər onları parçalayan xarici təsirə cavab olaraq öz-özünü müdafiə etmək, öz-özünü 
bərpa etmək xassəsinə malikdir. Lakin bu cür xassələr yalnız müəyyən, kifayət qədər məhdud 
həddə özünü göstərə bilər. Bu həddə çıxmaq dərin keyfiyyətli dəyişikliyə və ya hətta onun 
dağılmasına aparan selə bənzər dəyişiklik axınına gətirib çıxarır. Canlıya və ya bütövlükdə 
biosferaya bu cür xarici təsirin mənbəyi ən müxtəlif ola bilər - bu həm radiasiyanın səviyyəsinin 
onun təbii fonuna nisbətən kəskin artması, həm canlı orqanizmin təkamülünün uyğunlaşa 
bilmədiyi atmosfera, su anbarlarına və torpağa atılan maddələrin kimyəvi tərkibinin fəallığı - ola 
bilər.
Bu gün Yerdə həyatın sonu haqqında məsələ daha konkret məzmun və məna ilə doldurulmuşdur. 
İnsanlar istər düşünülmüş, istərsə də heç bir niyyətsiz həyatı məhv edən vasitələr hazırlamışlar, 
belə ki, həyatın saxlanılması son anda onların iradə və fəaliyyətlərindən asılıdır. Müasir 
bəşəriyyət elə bir vəziyyətdədir ki, həyatın sonlu və sonsuz olması onun düşünülmüş seçimindən 
çox asılıdır. Bəli, bu gün insan tarixində ilk dəfə olaraq həyatın saxlanması insanların qarşısında 
dayanan məqsəd kimi və onların həll edəcəyi məsələ kimi çıxış edir. Bunun nəticəsində insanlar 
köhnəlmiş baxışlara yenidən qiymət vermək, yalnız təbiətlə deyil, həm də bir-biri ilə qarşılıqlı 
münasibətlərini yenidən qurmaq, öz fəaliyyətlərinin istiqamətinə və vasitələrinə yenidən baxmaq 
məcburiyyəti qarşısında qalmışlar. 
4-Qədim Hind və Çin fəlsəfəsi 
 
E.a. I miniiliyin VI-V əsrlərindən Hindistanda fəlsəfə artıq sisiemləşdirilmiş şəkildə, 
müəyyən cərəyanlar, anlayışlar formasında mövcud idi. Burada ən ümumi anlayışlar: varliq, 
materiya, insan, həyat, kainat və s. haqqında əsasən dini-mifoloji, idealist səciyyə daşıyan fəlsəfi 
baxışlar, materialıst fəlsəfi sezmələr meydana çıxmışdı. Qədim hind fəlsəfi fikri hakim 


31 
brahmanizm dini təlimi və ona müxalif şəkildə formalaşmış «
Vedlər
»də («ved» - «bilik» 
deməkdir) ifadə olunmuşdur. «Vedlər» - allahların şərəfinə oxunan dini himnlərin və mahnıların 
məcmusu idi. «Vedlər» əsasən dini səciyyə daşısalar da, onlarda kainat, varlıq, insan haqqında və 
s. ümumiləşmiş fəlsəfi ideyalar da var idi. Müxtəlif hissələrdən ibarət olan «vedlər»in sonuncu 
hissəsini upanişadlar təşkil edirdi («Upanişad» sozünün lüğəti mənası «müəllimin ayaqları yanında 
oturanlar» deməkdir. Görünür, onlar «Vedlər» öyrənən şagirdlər olmuşlar). «Vedlərin» əsas 
biliciləri və
təbliğatçıları yüksək kastadan (təbəqədən) olan müdrik brahman kahinləri hesab 
olunurdular.
 
Sutrılar - fəlsəfi fikirlərin yığcam zərb-məsəllər, aforizmlər, atalar sözləri şəklində ifadəsı 
idi. E.ə.VI-V əsrlərdən Hindistanda kortəbii materialist təlimlər - lokayat və çarvak baxışları 
formalaşmışdır.
Lokayat təlimi (ehtimal olunur ki, «lokayat» sözü «ancaq bu dünya» deməkdir) dini-mistik 
axirət ehkamını qəbul etmir, xoşbəxtliyin bu dünyada yaradılması zərurətini təbliğ edirdi.
Çarvak təliminə görə («çarvak» - qədim hind dilində «dörd söz», «dörd mahiyyət» mənasını 
verir) bütün mövcudatın əsasında dörd ünsür - od, su, hava, torpaq durur. Varlıq bu ünsürlərin 
birləşməsindən meydana çıxır, parçalanmasından məhv olub gedir. Çarvaklar dünyanın maddı 
vəhdəti ideyasını təbliğ edir, materiya və şüurun bir-birindən asılı olmayan ilkin başlanğıc olmasıni 
qəbul etmir, şüurun materiyadan əmələ gəldiyıni söyləyirdilər. 
Çində də fəlsəfi fikrin meydana çıxması və
inkişafı, Babilistan, Misir, Hindistan və başqa 
Şərq ölkələrinə uyğun olmuşdur. Burada da istehsalın inkişafı, quldarlığa keçilməsi, əqli əməklə 
məşğul olan xüsusi insanların - müdriklərin əmələ gəlməsi, astronomiya, riyaziyyat, tibb və s. 
elmlərin meydana çıxması fəlsəfənin də yaranmasına imkan vermişdir. «Müxalif» mövqedən 
ölkəni dolaşan müdrik kahinlər qəbilə inamlarına qarşı çıxır, «Şi tszin» («Şerlər qanunu»), «İ 
tszin» (Təbəddülatlar kitabı) və başqa kitab və mənbələrdə ifadə olunmuş fəlsəfi ideyaları 
yayırdılar. 
Qədim Çin fəlsəfəsini altı məktəb(konfusiyaçılıq, daosizm,moizm, naturfəlsəfə,legizm, 
adlar) təmsil edirdi ki, bunlardan da üçü(konfusiyaçılıq, daosizm,moizm) daha geniş yayılmışdı.
Konfusiyaçılıq - e.ə.VI əsrdə Konfutsi və onun ardıcıllıqlarının adı ilə bağlı formalaşmiş 
dini-fəlsəfi etik cərəyandır, baxışlar sistemidir. Yeni eranın ərəfəsində xüsusi dinə çevrilmişdir. 
Əsas mənbəyi «Söhbətlər və mühakimələr» («Lun-yuy») adlı kitab hesab olunur. Bu təlim 
əvvəlkilərdən fərqli olaraq maddi dünya və kosmoqoniya(kainatın yaranması) məsələlərinə az 
maraq göstərmişlər. Onun fələfəsinin əsas predmetini insan təşkil edirdi. Konfutsi insan 
tərbiyəsini, əqli və əxlaqi cəhətdən yüksək inkişaf etmiş insanı ön plana çəkir. Konfutsiançılığın 
məqsədi mövcud üsul - idarəni, quldarlıq münasibətlərini qoruyub saxlamağa xidmət olmuşdur. 
Bu cərəyana görə cəmiyyətdə «Jen» adlanan, Allah tərəfindən göndərilmiş qanun fəaliyyət 
göstərir. Həmin qanunu yerinə yetirmək üçün hamı cəmiyyətdəki davranış normalarına, rəsmi 
qaydalara, adət-ənənələrə əməl etməlidir. Konfutsi qeyd edırdı ki, cəmiyyətə ağıllı adamlar 
rəhbərlik etməli, möhkəm nizam-intizam olmalı, «hakim-hakim, tabe-tabe, ata-ata, oğul-ogul 
olmalıdır».
Qədim Çində daosizm(dao-yol, qanun deməkdir) məktəbi də geniş yayılmışdı (e.a. lV-III 
əsrlər). Bu dini-fəlsəfi təlimin əsasını qoyan Lao-Tsziyə görə bütün mövcudatın ilkin əsası və 
mahiyyiəti «dao»dan («qanun» mənasındadır) ibarətdir. Daosizmin əsas abidəsi olan «Dao-de-
tezin»a görə (e.ə. IV-II əsrlər) bütün maddi cisimlər «daonun təzahürləri» hesab olunur, Bu təlim 


32 
hər şeyin «dao» əsasında, daxili zərurət və qanunauyğunluğla baş verdıyini qəbul edir. Bu, daxili, 
təbii «yoldur» ki, bütün əşya, cisim və insanlar onu izləməlidirlər. Bu təlimə görə «dünyada 
daonun olmadığı heç bir şey yoxdur. Dünya daonun fəaliyyəti üzrə hərəkət edir». Bu təlim, nəticə 
etibarilə, fatalizmə, insanın zərurətin qulu olması ideyasına gətirib çıxarır.
Qədinı Çində görkəmli filosof Mo-Tszinin (468-376) adı ilə bağlı moizm fəlsəfi təlimi də 
olmuşdur. E.ə. V-III əsrlərdə yayılmışdır. Onu ölkəni dolaşıb müdrik sözlər söyləyən kahinlər 
yayırdılar. Bu təlimin əsas mənbəyi indiyədək gəlib çatmış, 51 fəsildən ibarət olan «Moizmin 
traktatı»dır. «Hikməti sevmək», «Vəhdətə inam», «Ümumi sevgi», «Hücuma qarşı», 
«Xərcləməkdə qənaət haqqında», «Göylərin iradəsi» və s. adlı fəsillərdə varlıq, insan, ailə, 
davranış, idarəçilik, məntiq, qnoseologiya və i.a, məsələlərin fəlsəfi təhlili verilmişdi. Moizm 
məktəbi nümayəndələri varlıq, məkan, zaman, keyfiyyət, səbəbiyyət və s. kateqoriyaların ümumi 
xarakteristikasını verib, onları mənimsəməyə çalışmışlar. Onlar gerçəkliyin dərk edilməsinə 
hadisənin səbəbinin müəyyən edilməsindən başlamağı, onun başqaları ilə oxşar və fərqli 
cəhətlərinin müəyyən edilməsi, novləri parçalanması və s. halların manimsənilməsi kimi 
baxırdılar. Onlar biliyin həqiqiliyinin yoxlanılmasının üç metodunu, üç qaydasını irəli sürmüşlər: 
«əsaslandırma», «mənbələr» və «tətbiq edilmə». Bunlar isə naturalist materializm mövqeyindən 
təhlil edilirdi. 
Legizm
- qədim Çində konfusiançılıq dini-fəlsəfi cərəyanına müxalif meydana çıxmışdı 
(latınca «legis» - «qanun» deməkdir). Leqizm - cəmiyyəti, dövləti, insanı idarə etmək haqqında 
fəlsəfi, etik, sosioloji təlimdir. E.ə. VI-III əsrlərdə yayılmışdı. Nümayəndələri Quan Çjın, Şan Yan, 
Xan Vey və b. olnıuşlar. Leqizmə görə cəmiyyət və dövlət idarəçiliyi, konfusiançılıqdakı kimi 
mənəvi, əxlaqi təkmilləşməyə deyil, «qanuna», intizama, siyasətə, fəlsəfi biliyə əsaslanmalıdır. 
Leqizmin əsas tələbləri bunlar idi: «hökmdar - qanunun yeganə yaradıcısıdır»; «hökmdar 
kütlələrin əhval-ruhiyyəsini, psixologiyasını bilməli, fəaliyyətində onlan nəzərə almalıdır»; «hamı 
qanun qarşısında bərabər olmalıdır»; «əsas fəaliyyət metodu mükafat və cəzadan ibarəl olmalıdır»; 
«nizamlı ordu dovlətin dayağıdır» və s.
Qədim Şərq fəlsəfəsi Avropa və dünya mədəniyyətinin sonrakı inkişafında çox 
böyük rol oynamışdır.

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin