2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


İNTİBAH DÖVRÜNÜN FƏLSƏFƏSİ



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə30/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   26   27   28   29   30   31   32   33   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

İNTİBAH DÖVRÜNÜN FƏLSƏFƏSİ 
Xüsusilə qeyd etmək lazımdır ki, bu dövrün əsas xüsusiyyətləri və ziddiyətləri İntibahın keçidli 
xarakterə malik olması ilə bağlıdır. İntibah dövrünün ictimai-şüuru dini dünyagörüşü birbaşa 
ardıcıl surətdə inkar etməkdən hələ uzaq olsa da bu sahədə müəyyən addımlar atılmışdır. Belə ki, 
bu dövrün bu və ya digər mütəfəkkirlərinin Allaha hansı dərəcədə inanmaqlarından asılı olmayaraq 
öz başlıca diqqət obyektlərinin, tədqiqatlarının, ilahi qüvvənin yox, təbiət və insanın üzərində 
cəmləşdirmişdilər. Allah panteistcəsinə maddi aləmə qarışdırılır və 
C.Brunonun
ifadəsi ilə desək, 
o şeylərin üzərində dayanan yox, “şeylərdə yerləşən” kimi qəbul olunurdu. 
N.Kuzanskiyə
görə 
isə Allah “hər yerdə və heç harada” yerləşir. 
Şüurun bütün sahələrində: fəlsəfədə, elmdə, siyasi və etik təlimlərdə-ilahi olanların insana, hissən 
dərk edilməzliyin hiss edilənə, mistik və möcüzələrin tam real və həqiqətə uyğun çevrilməsi baş 
verir. Bu İntibah dövrü incəsənətində daha aydın özünü göstərir: bu incəsənət hər bir Bibliya 
personajına fəal, konkret insan siması verir. Məhz bu baxımdan renessans mədəniyyətinin 
humanist əsasından, onun intelektuallığından, rasionallığından və hətta stientizmliyindən 
(elmliyindən), onun incəsənətinin realist istiqamətindən, onun fəlsəfi fikrinin kortəbii – 
materilaizmə meyilliyindən (baxmayaraq ki, burada biz platonizmə və neoplatonluğa, dini-
mifololoji sujetlərə və idealara, ilahiyyat düşüncə formalarına, kilsə xadimlərinin nüfuzlarına 


42 
müraciətə rast gəlirik) danışmaq olar. Başqa cür desək, ictimai şüurun yeni tipi çox vaxt köhnə 
formanın himayəsi altında yaranırdı: bununla belə - bu xüsusilə əhəmiyyətlidir-bu cür şəraitdə 
yaranan kəskin daxili ziddiyətləri heç kəs sezmirdi. Bu ilk növbədə onunla izah olunur ki, 
renessans özünü düşünmə pafosunu – insanın əldə etdiyi azadlıq və onda açılan praktiki və mənəvi 
imkanların təsdiq olunması-artıq əldə edilmiş qələbə illuziyasını yaradırdı. 
İntibah dövrünun fəfsəfi fikri optoloji istiqamətdə idi və ona görə də təbiət elmləri-astronomiya, 
mexanika, riyaziyyat ilə çox bağlı idi; onun əsas prinspi-insanı əhatə edən maddi aləmin reallığının 
və onun rasional dərk olunmasının mümkünlüyünün təsdiq olunması prinsipi idi. Bir halda ki
insan idrakın və dünyanı dəyişdirməyin subyektidir, o fəlsəfi fikrin ikinci başlıca predmentinə 
çevrilir: bu diqqət o qədər böyük idi ki, insan anlayışı təbiət anlayışına nisbətən daha radikal 
dəyişikliyə uğrayırdı.
İnsanın real vəziyyəti həm Avropanın mərkəzi və şimalında, həm də İtalya şərq-respublikalarında 
belə təbiətin bu ali məxluqunun layiq olduğundan çox-çox uzaq idi və buradan da İntibah dövrünün 
fəlsəfi fikrinin üçüncü istiqaməti – siyasi istiqaməti mövcud idi. Bu da özünü bir tərəfdən isə 
P.Kampanellanın və T.Morun utopiyalarında, digər tərəfdən isə N.Makiavellinin siyasi 
mövzulardakı ayıq “realist” traktatlarında öz əksini tapmışdır. 
İntibah dövrünün dünyagörüşünü mühüm fərqləndirici xüsusiyyəti onun incəsənətə 
istiqamətlənməsidir: əgər orta əsrləri dini dövr adlandırsaq, onda İntibahı bədii-estetik dövr 
adlandırmaq olar. Əgər antik dövrün diqqət mərkəzində təbii-kosmik həyat, orta əsrlərdə Allah və 
onunla bağlı xilasolma ideyası dayanırdısa, onda İntibah dövrünün diqqət mərkəzində insan 
dayanırdı. Ona görə də bu dövrün fəlsəfi təfəkkürünü antroposentrik kimi xarakterizə etmək olar. 
Bu dövrdə fəlsəfənin və elmin bir-birinə doğma, vahid fəaliyyət forması kimi qəbul olunduğunu 
göstərən çoxlu nümunələr göstərmək olar. Bu vaxt fəlsəfə ilk növbədə dəqiq elmlərlə, riyazi 
biliklərlə yaxınlaşır. İntibah üçün xarakterik olan biliklərin riyaziləşdirilməsi ənənəsi – 
N.Kuzanskinin fikrincə hər bir idrakın mahiyyəti ölçüdür-tam mənada fəlsəfi idrakı da əhatə 
etməlidir.1600-cü ildə yandırılan tonqal və C.Brunonun ora atılması İntibah dövrünün faciəvi 
finalını və eyni zamanda yeni dövrün başlanğıcını bildirən dərin simvolik bir hadisə idi. 
İntibah dövrünün təbii elmi biliklərinin inkişafında birinci dərəcəli əhəmiyyətə malik bir sıra 
kəşflərin böyük rol oynamasını qeyd etmək lazımdır. Nəzəri riyaziyyatın və təbiət biliklərin 
müvəffəqiyyətləri fəlsəfədə materialist ənənələrin inkişafına bilavasitə təsir göstərdi və 
sxolostikanın məğlub olmasına kömək etdi. Bu dövrdə astronomiya sahasində də mühüm kəşflər 
edildi. Bir halda ki, sxolotik dünyagörüş dünyanın heliosentrik mənzərəsi ilə qırılmaz bağlı idi və 
bu baxımdan astronomiyadaki yeni kəşflər bu dünyagörüşə məhvedici zərbə vurdu. Bu kəşflərdən 
ən mühümü, elmi astronomiyanın əsasını qoyan 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin