Qərbi Avropada FEODALİZM V- XVII əsrləri əhatə etməklə
3 dövrə bölünür;
Erkən feodalizm
Klassik feodalizm
Son feodalizm yaxud yeni dövrün başlanğıcı
Bu dövr, V – XI əsrləri əhatə edir.
Bu dövr, XI – XV əsrləri əhatə edir.
Bu dövr, XV – XVII əsrləri əhatə edir.
Paraqraf 1. XALQLARIN BÖYÜK KÖÇÜ
Erkən orta əsrlərdə əsas məşğuliyyəti maldarlıq olan türk tayfaları qərbə yürüş etdilər. Bu tayfalar ümumilikdə hunlar adlanırdı. Köçün əsas siyasi səbəbi – Böyük Hun imperiyasının dağılması idi. Bu köç tarixə “xalqların böyük köçü” adı ilə daxil olmuş və eramızın IV əsrindən başlayaraq VII əsrə qədər davam etmişdir.