Dövlətin zəifləməsinin əsas səbəbi daxili çəkişmələr və Əmir Teymurun Dehliyə 1398-ci ildə etdiyi yürüşdür.
BÖYÜK MOĞOL DÖVLƏTİ. Özünü Əmir Teymurun varisi elan edən Babur Hindistanın bir hissəsini ələ keçirdi. 1526-cı ildə Panipat döyüşü – Babur Dehli sultanı İbrahim Ludiyə qalib gəldi. Dehli sultanlığı süqut etdi. Babur şah Aqra şəhərini paytaxt elan edərək, Böyük Moğol dövlətini yaratdı. Moğol dövləti Əkbər şahın dövründə Moğol dövləti imperatorluğa çevrildi. Babur şahın dövründə Səfəvi və Osmanlı imperatorluqları ilə diplomatik əlaqələr saxlanılırdı ki, Əkbər şahın dövründə də bu münasibətlər davam etdirilirdi. Əkbər şahın hakimiyyəti dövrü (1556-1605) Moğol imperiyasının qızıl əsri adlanır. Onun dövründə vahid qanunlar müəyyən edildi və vergi sistemi nizama salındı.