Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)


Hakim sülaləyə məxsus torpaqlar



Yüklə 81,94 Kb.
səhifə6/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   36
7 Ümumi tarix pdf

Hakim sülaləyə məxsus torpaqlar

Mülk (feodala məxsus idi)



TORPAQ

MÜLKİYYƏT

FORMALARI

Divan (dövlətə məxsus torpaqlar)

Vəqf (dini idarələrə məxsus idi)

İqta (xidmətə görə verilirdi)

İcma (kəndlilərə məxsus idi)



ZƏKAT – sədəqə vergisi



VERGİLƏR

XƏRAC – torpağa görə ödənilirdi

CİZYƏ – İslam dinini qəbul etməyənlərdən alınan can vergisi

XÜMS – daşına bilən əmlakdan alınırdı


ƏRƏB XİLAFƏTİ 1258-Cİ İLDƏ MONQOLLARIN YÜRÜŞÜ İLƏ SÜQUT ETDİ.

PARAQRAF 7. XİLAFƏTİN PARÇALANMASI.

QARAXANLI DÖVLƏTİ. 927-ci ildə Qutluq Bilgə Qədir xan tərəfindən yaradılmışdır. O, özünü “Qara xan”, yəni “Böyük xan” adlandırdı. Dövlətin paytaxtı Qaşqar, Balasaqun, Uzgen şəhərləri olmuşdu. 300 il mövcud olan Qaraxanlı dövləti 1212-ci ildə süqut etmişdir.

QƏZNƏVİLƏR DÖVLƏTİ. 962-Cİ İLDƏ paytaxtı Qəznə şəhəri olan Qəznəvilər dövləti yaradıldı. Dövlətin əsasını Alptəkin qoymuşdur. Alptəkin Samanilər dövründə türk qvardiyasında qulluq etmişdi. Alptəkindən sonra hakimiyyətə Səbutəkin gəlmişdir. Sultan Mahmud Qəznəvinin dövrü Qəznəvilərin ən qüdrətli dövrü hesab olunur. O, 1000-1026-cı illərdə 17 dəfə Hindistana yürüşlər edərək Kəşmir, Pəncab, Qucaratda öz hakimiyyətini yaya bildi. Sultan Mahmudun vəfatından sonra dövlət tənəzzülə uğradı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar Qəznəviləri məğlub etdi. Şimali Hindistana sıxışdırılan Qəznəvi dövləti 1187-ci ildə süqut etdi. Lahor da Qəznəvilər dövlətinin paytaxtı olmuşdur.


Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin