Azərbaycan Dövlət Pedoqoji Universiteti



Yüklə 25,51 Kb.
tarix04.12.2023
ölçüsü25,51 Kb.
#172495
Babilistanda Kassi Dövrü


Azərbaycan Dövlət Pedoqoji Universiteti

Hammurapidən sonra ölkə tədricən zəyifləməyə başlamışdır. Daha sonra daxili çəkişmələr və xarici qüvvələrlə savaşlar başlamışdır. Cənubda elamlılar Şümer şəhərlərini, şimalda Mitanni dövləti ticarət yollarını ələ keçirərək, Babilə ağır zərbələr endirmişdirlər. Eyni zamanda kassi tayfaları da ölkəyə basqınlar edirdilər. Onların başçısı Qandaş 1742-ci ildəа Babilə qarşı uğurlu yürüşlər təşkil edə bilmişdi. Sonda hittilər e.ə. 1595 ildə Babilə qarşı yürüş edərək, şəhəri ələ keçirdilər, şəhərin baş tanrısı Mərdukun heykəllərini özləri ilə apardılar. Bununla da qədim Babil tarixi sona çatmışdır.
Bundan sonra Babili kassilar idarə edirdi. Lakin onlar zəngin Babil mədəniyyətinin təsiri altında olmuş, onun mənəvi dəyərlərini mənimsəmiş, tədricən babillilərlə qarışmışdırlar. Kassi çarı II Aqum hittilərə qarşı yürüş edib, baş tanrı Mərdukun heykəllərini geriyə qaytarmışdır. Lakin kassi hakimiyyəti də tədricən zəyiflədi. Babil əvvəlcə Misirin, sonra isə Mitanni və Hitti çarlıqlarından asılı vəziyyətə düşdü. Sonra Assur dövləti gücləndi və e.ə. XIII-cü əsrdə Babili idarə edən kassi çarlarını məğlub etdi. Eyni zamanda ölkəyə elamlılar da basqınlar edirdi. Onlar e.ə. XII-ci əsrdə Babil dövlətinin çox hissəsini işğal edib, kassi çarlarının hakimiyyətinə son qoydular. Sonra Babil Elam . canişinləri tərəfindən idarə olunurdu. Lakin Babilin bəzi şəhərləri elamlıların hakimiyyətini qəbul etməyib, elamlılara müqavimət göstərmişdirlər.
II Aqum (e.ə. 1595-1571) özünü «Kassilərin, akkadların, Babilistanın və Kutilərin hökmdarı» adlandırmışdır. XV əsrin ortalarında kassi hökmdarı I Karaindaş özünə «Babilistan hökmdarı, Şumer və Akkad hökmdarı, kassilər hökmdarı və Kar-Duniaş hökmdarı» titulunu qəbul etmişdi. (Kar-Duniaş ya kassilərin keçmiş ölkə adı, yaxud da kassi allahı Duniaşın ölkəsi mə’nasında izah edilir.) Babildə yeni məbədlər tikilir və bunlar həm yerli allahlara, həm də kassi allahları Şumaliya və Şukamunaya ithaf edilirdi. Kassi hökmdarları Misir fironları ilə məktublaşırdılar. Misirdəki Əl-Amarna arxivindən I Kadaşman-Enlilin (e.ə.1374-1360) məktubları tapılmışdır.
II Burna-Buriaşın (e.ə.1360-1335) Misir fironu Exnatona məktubları qalmışdır. Babilistan-Kassi hökmdarı III Kaştiliaşın vaxtında (e.ə.1230-1223) Assur hökmdarı I Tukulti-Ninurta (e.ə.1244-1208) Babilistana hücum edir. Ölkəni qarət edir, əhalini köləliyə aparır, Kaştiliaş əsir düşür. Lakin Tukulti-Ninurta sui-qəsdlə öldürüldükdən sonra Babildə yenidən yüksəliş başlayır və kassi hökmdarı Adadşumusur (e.ə.1194-1187) Assuriyanı özündən asılı vəziyyətə salır. Ancaq bu yüksəliş də uzun sürmür. E.ə.1158-ci ildə Elam hökmdarı I Şutruk-Nahhunti Babilistanı işğal edib, öz oğlunu taxta əyləşdirir. Babilistanda kassi sülaləsinə son qoyulur. Bu müddət ərzində kassilər (kassi padşahları) yalnız 1700- 1230-cu illər arasında öz adlarını saxlaya bilmişlər. Son 8 kassi hökmdarının akkad adı daşıdığı qeyd edilir.
Beləliklə, bütün Şumer ərazisi şumerlərin, akkadların və babillilərin vaxtında daim Azərbaycan kuti, lullubi, kassi dövlətləri ilə əlaqədə olmuş, lullubilərlə qardaşlıq münasibətində yaşamış, kutilər tərəfindən 100 il, kassilər tərəfindən 500 ilə qədər idarə olunmuşdur. Bu, hər iki ərazinin az qala birliyidir - mədəni, iqtisadi, siyasi birliyidir ki, bunu Şumer dastanları daha aydın göstərir.


Yüklə 25,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin