Məzdəkilər hərəkatı



Yüklə 66,52 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix19.04.2022
ölçüsü66,52 Kb.
#55717
  1   2
Məzdəkilər hərəkatı — Vikipediya



Məzdəkilər hərəkatı

Məzdəkilər hərəkatı — 

Məzdəkin


 rəhbərliyi ilə 

481


 – 

529


ci illərdə 

Sasani


 zülmünə və

feodallara qarşı baş vermiş hərəkat, erkən orta əsrlərin ən mühüm ictimai və tarixi

hadisələrindən biri idi

Maniçiliyin

 təsiri altında yaranmış Məzdəkilər hərəkatı özünəməxsus spesifik xüsusiyyətlərə

malk olmuşdur.

V əsrin sonunda meydana çıxmış məzdəkilər hərəkatı başqa sosial hərəkatlar kimi cəmiyyətin

sayca çox cüzi hissəsini təşkil edən yüksək təbəqənin xalq kütlələrini hədsiz istismarı və

əsarət altına salması zəminində genişlənib artdı.

Məzdəkilər hərəkatının səbəblərini araşdırarkən, hər şeydən əvvəl, o dövrün sosial və iqtisadi

vəziyyətini təhlil etmək lazımdır. Əhalinin dörd zümrəsindən ən çox istismar olunanı -

əkinçiləri, maldarları, sənətkarları və ticarətlə məşğul olanları öz tərkibində birləşdirən "vergi



verənlər" zümrəsi idi.

Kəndli və şəhər icmaları o zaman tənəzzül dövrünü keçirirdilər. İri torpaq sahibləri, necə

olursa olsun, icmaların və xırda sahibkarların torpaqlarını ələ keçirməyə çalışırdılar. Geniş

torpaq sahələrinin bir ovuc sahibkarın əlində toplanması prosesi gedirdi.

Torpaq sahiblərinin, dövlətin və kahinlərin istismarına məruz qalan əhali gücçatmaz vergiləri

ödəməli olurdu. Bununla yanaşı, şahənşahın çoxlu canlı və maddi ehtiyatlar tələb edən fəal

xarici siyasətini də nəzərə almaq zəruridir. "Vergi verən" zümrə ilə əyanlar arasında günü-

gündən dərinləşən ziddiyyət şəraitində Bamdadın oğlu Məzdəkin başçılıq etdiyi hərəkat

meydana çıxdı. Getdikcə genişlənən bu hərəkata maniçilik ideyası da az təsir etməmişdi.

Lakin xeyrin şər üzərində qələbəsinin mümkünlüyünü inkar edən maniçilərdən fərqli olaraq

məzdəkilər son məqamda xeyrin qələbəsinə inanırdılar.



Hər hansı şəxsi mülkiyyəti inkar edən məzdəkilər bərabərliyi təbliğ edirdilər. Hərəkat on illərlə

davam etdi, bir çox iri torpaq sahibi öldürüldü, onların torpaqları və əmlakı isə bölüşdürüldü.

Hərəkatın başlanğıcında Sasani Şahənşahı 

I Qubad


 (

488


-

531


) iri feodalların gündən-günə

artan təsirinə qarşı mübarizəsində məhz bu hərəkatdan istifadə etməyə çalışırdı. Ancaq

məzdəkiliyin yüksələn qüdrəti şahənşahın taxtı və daxili siyasəti üçün birbaşa təhlükəyə

çevrildiyindən bu hərəkatın sonu qaçılmaz idi. VI əsrin birinci yarısında hərəkat

amansızcasına yatırıldı, onun ardıcılları təqiblərə məruz qaldı, əmlakları şah xəzinəsinə

verilməklə müsadirə olundu. Təqiblərdən baş götürüb qaçmağa çalışan məzdəkilər

Azərbaycanın

Deyləmin



Təbəristanın

 dağlıq yerlərində sığınacaq tapdılar.

Məzdəkilər hərəkatı ərəfəsində quraqlıqlar və təbii fəlakətlər nəticəsində ardı-arası

kəsilmədən aclıqlar baş vermişdi. Beləliklə hərəkatın başlanması üçün iqtisadi və ictimai

amillər meydana gəlmişdi.

Məşhur 

Çexoslovakiya

 şərqşünası O. Klimanın qeyd etdiyinə görə Məzdək hərəkatı heç də

dinin təsiri altında baş verməmişdir. 

[1]

Şəhristaninin yazdığına görə , 



Məzdək

 öz çıxışlarında deyirdi ki, "Allah bütün insanları bərabər



yaratmışdır. Lakin bir qrup insanlar bütün sərvətləri öz əllərində toplayaraq varlanmışlar. Həmin

sərvətləri onların əlindən alaraq bütün insanlar arasında bərabər şəkildə bölmək lazımdır. "

(Şəhristani, səh. 291)

496

-cı ildə quraqlıq nəticəsində baş verən qıtlıq Məzdəkilər hərəkatının başlamasına təkan



verdi, onlar mülkədarlara hücum edir, onların mülklərini ələ keçirir və öz aralarında bölürdülər.

Bu səbəbdən də məzdəkilər tezliklə yoxsul kütlə tərəfindən rəğbətlə qarşılandı. İqtisadi-siyasi

cəhətdən ağır vəziyyətdə olan ölkəni xilas etmək məqsədi ilə 

I Qubad


 (

488


-

531


) onlarla sazişə

girib, müqavilə bağlamalı oldu. Lakin bütün bunlara baxmayaraq 

Sasanilər dövlətində

 və eləcə

də həmin dövlətin vassalı olan 

Atropatena

 ərazisində feodal zülmünə və 

Sasanilərin

hakimiyyətinə qarşı xalq hərəkatı daha da genişləndi. V əsrin 80 – ci illərindən başlayaraq

Məzdəkilər hərəkatı feodal istismarına qarşı güclü xalq hərəkatına çevrildi.

Belə bir şəraitdə mərkəzi hakimiyyət böyük torpaq sahələrinə malik olan din başçıları və

əyanların özbaşınalıqlarının qarşısını almaqda da aciz idi. Ona görə ki, istər ruhanilər, istərsə

də mülkədarlar mərkəzi hakimiyyətlə razılaşmadan müəyyən işlər görürdülər. Bu hal isə istər-

istəməz Qubadı narahat edirdi.

Məzdəkilər hərəkatına 

Məzdək


 Bamdadan rəhbərlik edirdi. O, ilk dəfə ö təlimini 

Həmədan


yaxınlığında yaymağa başlamışdı. Hərəkatın əsas hərəkətverici qüvvəsini öz ağalarına qarşı

mübarizə aparan kəndlilər təşkil edirdi. Həmçinin qullar və nökərlər də onlara qoşulmuşdu.




Məzdəkilərin ölkə daxilində böyük nöfuz qazanıb, çoxlu tərəfdar toplamaları, yuxarı təbəəni

bərk təşvişə salmışdı. Ona görə də onlar məzdəkilərə qarşı nifrət bəsləyən bacarqlı bir şəxsin

hakimiyyət başına gətirilməsinin tərəfdarı idilər.

Nəhayət 


529

 – cu ildə iri feodallar 

I Qubad

 və 


I Xosrov

 başda olmaqla hərəkatı yatıra bildilər.

Üsyan başçıları, o cümlədən 

Məzdək


 öldrüldü. Bütün ölkədə məzdəkilərin kütləvi qırğını

başlandı. Bu qırğınlarda səksən min nəfərə qədər adam öldürüldü.

[2]

Məzdəkilər hərəkatı nəticəsində iri kahinlər dövlət rütbələri sırasında birinci yeri itirdilər və



dünyəvi vəzifə sahibləri birinci plana çəkildilər. Ümumilikd hərəkat pis təşkil edilmiş, kortəbii

bir hərəkat idi. Üsyançılar hərəkatın inkşaf qanunlarını düzgün başa düşmürdülər. Bütün

kəndli hərəkatlarında olduğu kimi, məzdəkilərin də aydın bir proqramı yox idi. Onlar heç bir

iqtisadi və siyasi tələblə çıxış etmirdilər. Daha doğrusu çevrilişin məqsədini qarşıya

qoymamışdılar.

Kəndli hərəkatının başıçıları və iştirakçıları istismarın ictimai, iqtisadi bərabərsizliyin əsas

səbəbi olan istehsal vasitələri üzərində xüsusi mülkiyyəti aydın görmürdülər. İstismardan

azad olmaq üçün hansı mübarizə metodlarına əl atmağın lazım olduğunu bilmirdilər. Onlar

yalnız bərabərliyi meydana atır, varlılar üzərinə düşüb onların varını əlindən alıb öz aralarında

bölməklə kifayətlənirdilər.

Məzdək hərəkatının məhdud cəhətlərinə baxmayaraq bu üsyan dövrünün müstəbid

hökmdarlarını geniş zəhmətkeş kütlələr qarşısında müəyyən ictimai-iqtisadi və siyasi

güzəştlərə getməyə və gələcək kəndli üsyanlarının qarşısını almaq məqsədilə 

I Xosrovu

islahat keçirməyə məcbur etdi. Feodal zülmünə qarşı sonrakı kəndli hərəkatlarının inkişafı

üçün mənəvi zəmin hazırladı.

Məzdək hərəkatnın məğlub olmasına baxmayaraq Məzdəkn adı əsrlər boyu 

İranın


,

Azərbaycanın

 və züləmə məruz qalmış digər Şərq ölkələrinin əhalisinin xatirəsində

yaşamışdır.

Məzdəkilər hərəkatı Sasnilər dövlətinin daxili həyatının zəif tərəflərini aşkara çıxartdı, onun

əsaslarını elə sarsıtdı ki, ölkənin inzibati idarə sistemini və iqtisadiyyatını yoluna salmaq üçün

I Xosrov Ənuşirəvanın

 hərbi, inzibati və vergi islahatlarını həyata keçirmək lazım gəldi.

Məzdəkizm həmçinin 

İran


 və 

Azərbaycanda

 yaşayan əhalinin feodal istismarına qarşı sonrakı

azadlıq mübarizəsinin gedişinə böyük təsir göstərmişdir.

Məzdək hərəkatı və onun ictimai xarakteri haqqında 

Bizans


Suriya


, ərəb və 

İran


 mənbələrində

külli miqdarda məlumata rast gəlmək olar. 

Təbəri

 özünün "Tarixe ər – rüsul və əl-müluk" adlı



əsərində, 

Əbu Mənsur Səalibi

 "Yətimət əd-dəhr"

Məsudi


 "Müruc əz-zəhəb və əl-məadin əl-



Yüklə 66,52 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin