751-ci il Talas döyüşü – Ərəblər + Çinlilər - Ərəblər qələbə çaldı, Böyük İpək yolunun Çinlilərə məxsus hissəsi Ərəblərin əlinə keçdi və Xilafət ordusu Çin ordusunu məğlub etsə də, daha şərqə doğru irəliləmədi. Talas döyüşü Tan sülaləsinin hakimiyyəti dövrünə düşür.
Ərəblər əsasən maldarlıqla məşğul olur, dəvə saxlayırdılar. Dəvələr bədəvi (ərəbcə “səhra adamı”) adlanan ərəblərin yaxın dostu idi. Dəvə ən yaxşı “yük gəmisi” idi. Ona görə də dəvəni “səhra gəmisi” adlandırırdılar. 610-cu ildə İslam dini meydana gəldi. Bu dini qəbul edənlər “müsəlman“ adlandırılırdı. İslam dini sonuncu səmavi din idi. İslamın müqəddəs kitabı “Qurani Kərim”dir. Məkkədə təqib olunan Məhəmməd Peyğəmbər öz tərəfdarları ilə birlikdə Mədinəyə köç etdi (622-ci il). 630-cu ildə Məhəmməd Peyğəmbər Məkkədə Ərəb dövlətini yaratdı. Onun vəfatından sonra 632-661-ci illərdə dövləti xəlifələr – Əbu Bəkr, Ömər, Osman, Əli (ərəbcə “davamçı”) idarə etdilər. Ərəblər Sasanilər dövlətinin varlığına son qoydular. 661-750-ci illər arasında xilafətdə hakimiyyətə Əməvilər sülaləsi gəldi. Paytaxt Əməvilər dövründə Dəməşq şəhəri idi. Əməvi sülaləsi dövründə Xilafət qoşunları Cəbəllütariq boğazını keçərək Avropaya girdi, İspaniya torpaqlarına daxil olub yürüşü davam etdirdilər. 732-ci ildə Puatye döyüşündə ərəblər franklar tərəfindən məğlub edildilər. 750-1258-ci ildə Abbasilər sülaləsi hakimiyyətdə oldu. Paytaxt Bağdada köçürüldüyünə görə Abbasiləri Bağdad xilafəti də adlandırırlar. Dövlətin başçısı olan xəlifə həm də ali baş komandan idi. Ölkədə ayrı-ayrı sahələri idarə etmək üçün divanlar yaradılmışdı. Xilafət vilayətlərə bölünürdü. Vilayətləri əmirlər idarə edirdi. Varlılar daha çox vergi ödəməyə məcbur idilər.