Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)


Otlaq sahələrinin azalması



Yüklə 81,94 Kb.
səhifə2/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   36
7 Ümumi tarix pdf

Otlaq sahələrinin azalması

Siyasi səbəb

Tayfalar arasındakı çəkişmələr

Sosial səbəb

Əhalinin sayının artması


Hunlarla birlikdə qərbə doğru köç edən tayfalar – alanlar, qotlar

Köç nəticəsində Avropada quldarlıq quruluşu feodalizm quruluşu ilə əvəzləndi. Hunlar Dərbənd keçidi vasitəsilə Azərbaycana – “Odlar ölkəsi”nə gəldilər. Hunlar 370-ci ildə Don sahilində alanları məğlub etdilər. 371-ci ildə Krımda hunlar Balamirin başçılığı altında Ostqot dövlətinin varlığına son qoydular. Hunlar Dunay çayı sahilində məskunlaşan qotları məğlub edib Pannoniyada (indiki Macarıstanın qərbi) məskunlaşdılar.



QƏRBİ HUN İMPERATORLUĞU.Hunlar Avropada özlərinə dövlət yaratdılar. Dövlətin əsasını Balamir qoymuşdur. Atillanın dövründə Hun dövləti imperatorluğa çevrilmişdir. Qərb dövlətlərində yaşayan əhali Atillanı – “Tanrı qırmancı Atilla” adlandırırdı. 434-cü ildə Atilla ilə Bizans arasında Konstans sülhü imzalanmışdır. Sülhün şərtlərinə görə, Bizans hunlara tabe olan xalqlarla heç bir əlaqə saxlamamalı və onları himayə etməməli, hunlardan qaçanlara sığınma haqqı verməməli idi və ticarət əlaqələri müəyyən edilən sərhəd məntəqələrində aparılmalı idi. Bizans Qərbi Hun imperatorluğu ilə bağlanan 434-cü il barışığının şərtlərini pozur, illik xəracı əskik ödəyir, qaçqınları himayə edirdi. 447-ci ildə Atilla Bizansa yürüş etdi. Konstantinapolu mühasirəyə aldı. Bizans imperatoru ölkəni xilas etmək üçün elçilər göndərdi və elçilər çox ağır şərtlərlə sülh müqaviləsi imzaladılar. 448-ci ildə Atilla xəzərləri özünə tabe etmişdir. Atillanın əsas məqsədi – Qərbi Roma imperiyasını tutmaq idi. 451-ci ildə Atilla Qalliyaya (indiki Fransanın bir neçə ərazisini əhatə edən qədim vilayət), oradan isə Orleana (Fransada şəhər) çatdı.Atilla Paris yaxınlığındakı Orlean şəhərini tutmuş, burqundların üsyanını yatırtmış və Almaniyanı özünə tabe etmişdir. Katalaun döyüşü – 451 – Atilla Qərbi Roma imperiyasını tabe edə bilmədi. 452-ci ildə Atilla yenidən Romaya yürüş etdi. Bu dəfə Papa III Leonun başçılığı ilə böyük bir elçi heyəti bütün şərtləri qəbul etdiyini bildirdi. Atillanın növbəti səfəri – İrana, yəni Sasanilər dövlətinə olacaqdı. Lakin o, 453-cü ildə qəflətən vəfat etdi. Qərbi Hun imperiyası 470-ci ildə süqut etdi.

AĞ HUN İMPERATORLUĞU. IV əsrin sonlarında Qərbi Türküstanda yaşayan hunlar Ağ Hun dövlətini yaratdılar. Ağ hunları digər türk tayfalarından fərqləndirən əsas cəhət oturaq həyata daha tez keçmişdilər. V əsrdə hakimiyyətdə olan Eftal xanın adı ilə bağlı olaraq Hun dövləti Eftalitlər dövləti adlanırdı. Paytaxtı Sakala şəhəri idi. Ağ Hunların əsas rəqibi Sasani – İran imperiyası idi. 430-cu ildə Ağsuvar xanın hakimiyyəti illərində Ağ hunlar Sasanilərə sarsıdıcı zərbələr endirdilər və Sasanilər Ağ Hun imperiyasından asılı vəziyyətə düşdülər. Ağ hun imperatorluğu özünün ən qüdrətli dövrünə Mihiraqul xanın zamanında çatdı. O, güclü nizami ordu yaratmış, orduda təlim görmüş fillərdən istifadə etmiş, Şimali-Qərbi Hindistana yürüş etmiş və oranı Ağ Hunlardan asılı vəziyyətə salmışdır. VI əsrin ortalarından Ağ Hun dövləti zəifləməyə başlayır. 567-ci ildə Göytürk xaqanı İstəmi və Sasani şahı Xosrov Ənuşirəvan Ağ Hunlar üzərinə yürüş etdilər. Ağ Hun imperatorluğu dağıldı. Torpaqları isə Göytürk və Sasanilər arasında bölüşdürüldü. (567). Ağ Hunlar toxar yazısından istifadə edirdilər.


Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin