Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)



Yüklə 81,94 Kb.
səhifə8/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   36
7 Ümumi tarix pdf

PARAQRAF 10. HİNDİSTAN VI-XVI ƏSRLƏRDƏ.

IV-V əsrlər Hindistan tarixində “qızıl əsr” adlanır. Qupta imperiyası dağıldıqdan sonra Hindistanda 70-ə qədər müstəqil dövlət qurumu yarandı. Bunlardan biri Xarşa dövləti idi. Xarşa dövləti 606-646-cı illər arasında mövcud olmuşdur. Hindistanda Qərbi Pəncab əhalisi islam dininə sitayiş edirdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana yürüş etdi. Ərəb işğalları nəticəsində Hindistanda 712-ci ildə Mənsurə və Multan əyalətlərində müsəlman əmirlikləri meydana gəldi. Hindistana 17 dəfə yürüş etmiş Sultan Mahmud Qəznəvi burada türklərin məskunlaşmasına şərait yaratdığı üçün Hindistanda İslam dini yayılmağa başladı.

DEHLİ SULTANLIĞI. 1206-cı ildə Qütbəddin Aybək tərəfindən Hindistanda yaradılmışdır. O, Hindistanda möhkəmlənmək üçün islam dininin və türk dilinin yayılmasına can atırdı. Aybəkin ölümündən sonra hakimiyyətə kürəkəni Şəmsəddin Eltutmuş gəldi. Beləliklə, Şəmsiyyə sülaləsinin əsası qoyuldu. Eltutmuş Pəncab, Multan, Lahor və Qəznəni işğal etdi. Eltutmuşdan sonra hakimiyyətə qızı Raziyyə sultan gəldi. Sultan Əlaəddin Hilçi zəmindarlara iqta əvəzinə pul paylayırdı. Dehli sultanlığı feodal monarxiya dövləti idi. Dövləti sultan idarə edirdi. Mülki və hərbi işlərə baş vəzir başçılıq edirdi. Ölkə vilayətlərə bölünürdü. Vilayətləri valilər idarə edirdi. Vilayətlər dairələrə bölünürdü. Dairələri rəislər idarə edirdi. Məhkəmə işlərini qazılar idarə edirdi. Əsas torpaq mülkiyyətçisi isə dövlət hesab olunurdu.


Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin