Əmlak vergisi
Müəssisənin əmlak vergisi dedikdə müəssisənin balansında olan əsas vəsaitlərə görə hesablanıb ödənilən vergi başa düşülür.
Vergi ödəyiciləri kimlərdir?
Vergitutma obyekti olan rezident müəssisələr və Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən
qeyri- rezident müəssisələr əmlak vergisinin ödəyiciləridirlər.
Vergitutma obyektləri
Əmlak vergisi üzrə aşağıdakılar vergitutma obyekti sayılır:
müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri;
Azərbaycan Respublikasında özünün daimi nüma- yəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri.
Vergi dərəcəsi
Müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərindən
1% dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
Vergi güzəştləri və azadolmalar
Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Mərkəzi Bank və onun qurumları, maliyyə bazarlarına nəzarət orqanı, dövlət fondları
və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.
Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:
ekologiya, yanğından mühafizə və ya mülki-müdafiə üçün
istifadə
edilən obyektlərin;
məhsul ötürücü kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin, peyklərin və digər kosmik obyektlərin;
mexaniki nəqliyyat vasitələrinin;
təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin.
Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.
Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fiziki şəxslər həmin parkda qeydiyyata alındıqları
hesabat ilindən başlayaraq,
7 il müddətinə bu parkdakı əmlaklarına görə əmlak vergisini
ödəməkdən azaddırlar.
Azərbaycan Respublikasının Prezidentinin qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru həmin parkın ərazisində yerləşən əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddır.
Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə)
hüquqi şəxslər 2019-cu ilin yanvar ayının 1-dək bu fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən azaddırlar.
Müəssisələrin balansında olan, sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləği 25 faiz azaldılır.
İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs
həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır.