Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)



Yüklə 81,94 Kb.
səhifə12/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   36
7 Ümumi tarix pdf

PARAQRAF 13. TEYMURİLƏR DÖVLƏTİ.

Teymur Çingiz xanın yürüşləri zamanı Mərkəzi Asiyaya gəlmiş Barlas qəbiləsindəndir. Atası onu Səmərqənd və Bəlx hakimi Əmir Qazanın xidmətinə vermişdi. Əmir Qazan öldürüldükdən sonra hakimiyyət oğlu Əmir Hüseynə keçmişdi. Əmir Hüseyn düşmənlə mübarizə aparmaq üçün Teymurla ittifaqa girdi. Teymur Çağatay hakimi Toğluq Teymurun yanında xidmətə girərək, Qaşqadərya vadisini idarə etməyə başladı. 1365-ci ildə Səmərqənddə monqollara qarşı “sərbədarilər” (mənası – “dara çəkilmişlər”) üsyanı başlamışdır. 1370-ci ildə Teymur Səmərqəndə qoşun yeritdi. Qurultay çağırdı və özünü Əmir elan etdi. Paytaxtı Səmərqənd şəhəri olan Teymuri impratorluğu yaradıldı.

Əmir Teymurun qəbul etdiyi qanunlar “Teymurun qanunları” adlanır. Onun ilk yürüşü Xarəzmə oldu. Ürgəncin tutulması ilə bütün Xarəzm tabe edildi. Əmir Teymur Hindistana yürüş etdi. Dehlini tutdu və Səmərqəndə qayıtdı. (1398). 1405-ci ildə Çinə səfəri zamanı Otrar şəhərində Teymur vəfat etdi və Səmərqənddə dəfn edildi. Ölkə uluslara bölünmüşdü. Uluslara valilər başçılıq edirdilər. Dövlət işlərini divanxanalar yerinə yetirirdilər. Maliyyə işlərini vəzir həyata keçirirdi. Teymurun nəvəsi Uluqbəy Mavəraənnəhrə vali təyin olunandan sonra Səmərqənd daha da abadlaşdı. Teymurun oğlu Şahrux paytaxtı Herata köçürtdü. Əbu Səid imperiyanı yenidən bərpa etməyə çalışırdı. Əbu Səid Ağqoyunlu Uzun Həsən tərəfindən məğlub edildi. Bu dövrdə Şeybanilər Buxara və Səmərqəndi tutdular. Hakimiyyətə gələn Hüseyn Bayqara Şeybaniləri qovdu. Lakin 1507-ci ildə Şeybani xan, Xorasanı tutdu. Teymuri imperiyası 1507-ci ildə süqut etdi.


Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin