Dərs ümumi tarix siNİF (prq 1, 2, 3,4)


IV DƏRS ÜMUMİ TARİX VII SİNİF (PARAQRAF 15,16,18 )



Yüklə 81,94 Kb.
səhifə13/36
tarix02.01.2022
ölçüsü81,94 Kb.
#46431
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   36
7 Ümumi tarix pdf

IV DƏRS

ÜMUMİ TARİX VII SİNİF (PARAQRAF 15,16,18 )

PARAQRAF 15. Frank dövlətinin yaradılması.

Frank tayfa başçısı Xlodviq Qalliyaya hücum etmək üçün başqa tayfalarla ittifaqa girdi. 486-cı ildə Suasson şəhəri yaxınlığındakı döyüşdə franklar romalıları məğlub etdilər. Frank dövləti təxminən V əsrin sonlarında yarandı. Xlodviq bu dövlətin kralı oldu. İrsi hakimiyyət — monarxiya rejimi quruldu. Xlodviq ölkəni vilayətlərə böldü. Vilayətlərə qraflar adlanan hakimlər təyin edildi. Qraf vilayətdə vergi toplayır, hərbi dəstəyə başçılıq edir və məhkəmə işlərinə baxırdı. Xlodviqin dövründə ilk qanun toplusu — Frank qanunları (burada feodal imtiyazları, qanunlar və kral fərmanları əks olunmuşdu) yarandı. Hakimiyyətini möhkəmləndirmək üçün Xlodviq xristian dinini (500-cü ildə) qəbul etdi. Kilsə kralın hakimiyyətini möhkəmləndirdi.



Böyük Karl. Frank dövlətinin ən qüdrətli dövrü Böyük Karlın hakimiyyəti (768—814) illərində olmuşdur. Böyük Karl İtaliyanın çox hissəsini öz torpaqlarına qatdı. Reyn və Elba çayları arasında yaşayan saksları (sakslarla 30 il mübarizə aparıb) itaət altına aldı. Böyük Karl 800-cü ildə Romaya gəldi və özünü imperator elan etdi. Papa onun başına qızıldan tac qoydu.Böyük Karlın dövründən başlayaraq Frank dövləti imperiyaya çevrildi. İmperator Böyük Karlın dövründə orduda xidmət edənlərə torpaq sahəsi ayrılırdı. Hərbi xidmət əvəzində verilən bu torpaq feod adlanır və irsən keçirdi. Feodun sahibinə feodal deyilirdi. Karl paytaxtı Ahen şəhərinə köçürmüşdür. Həmçinin Avar və Bavariya hersoqluqlarını süquta uğratmışdır.


Yüklə 81,94 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin