Dördüncü dəfə (XII əsrin sonu – XIII əsrin əvvəlləri) səlibçilər Bizansa yürüş etdilər. Səbəb isə Roma papası ilə Bizans imperatoru arasındakı ziddiyyətlər idi. Bu səlib yürüşünə Papa III İnnokenti rəhbərlik edirdi. İmperatorun hakimiyyətini saxlamaq üçün səlibçilərə vəd etdiyi pulu verə bilməməsi səlibçiləri ona qarşı qaldırdı. Bu dəfə səlibçilər Fələstinə dəniz yolu ilə getmək qərarına gəldilər. Onlar «dəniz kraliçası» Venesiyadan gəmilər kirayəyə götürdülər.Bu dövrdə Şərq ölkələri ilə ticarətdə vasitəçilik etmək üçün Venesiya ilə Bizans arasında mübarizə gedirdi.Venesiyalılar Bizansa zərbə vurmaq üçün səlibçilərə kömək etdilər.1204-cü ildə səlibçilər Konstantinopolu ələ keçirdilər.Müqəddəs Sofya kilsəsi qarət edildi.Dördüncü səlib yürüşündə səlibçilərinn qarətçilik və işğalçılıq məqsədləri bu yürüşdə özünü daha qabarıq göstərdi.Onlar 1261-ci ildə Konstantinopoldan qovuldular. XIII əsrin sonlarında sonuncu — səkkizinci Xaç yürüşü oldu.Lakin Qərb feodalları işğal etdikləri torpaqlardan tamamilə çıxarıldılar.