Fransada feodal münasibətlərinin özünəməxsus xüsusiyyətləri vardı. Kralın hakimiyyəti zəif idi: o bütün ölkə üçün ümumi qanunlar verə bilmir, öz mülklərindən əldə etdiyi gəlir hesabına yaşayırdı. Fransa əhalisi üç təbəqəyə bölünürdü: ruhanilər, zadəganlar və bütün qalan əhali. Fransada ruhanilər, zadəganlar və şəhər varlılarının nümayəndələrinin daxil olduğu Baş Ştatlar mövcud idi.Təbəqələr arasında ixtilaflar olduğuna görə Baş Ştatlar* dövlət işlərinə ciddi təsir göstərə bilmirdi. XIV əsrin əvvəllərində Fransanın çox hissəsi birləşdirildi. IV Gözəl Filippin hakimiyyəti dövründə kilsə torpaqlarına vergi qoyulduğu üçün kralla Roma Papası arasında münaqişə baş verdi. Kral Papaya qarşı silklərdən* kömək almaq məqsədilə 1302-ci ildə Baş Ştatları çağırdı. O, qalib gəldi, Papanın Fransada nüfuzu sarsıldı.Fransa—İngiltərə müharibəsi. Bu dövrdə Fransanın İngiltərə ilə münasibətləri sabit deyildi.