*Baş ştatlar - ruhani, zadəgan və varlı şəhərlilərin nümayəndələrinin iştirakı ilə çağırılan ali orqan
*Silklər - feodalizm dövründə yaranan ictimai qrup, təbəqə, zümrə
Fransa torpaqlarının bir hissəsi İngiltərə krallığına daxil idi.XIII əsrdə Normandiya, daha sonra isə Tuluza qraflığı Fransaya qaytarıldı. Vəliəhdi* ( padşahın yerini tutmalı olan şəxs ) olmadığı üçün kralın vəfatından sonra Fransada hakimiyyət boşluğu yarandı.Ölkədə boş qalmış taxt-tac uğrunda mübarizə başlandı.Bu vəziyyətdən bəhanə kimi istifadə edən İngiltərə krallığı Fransaya qoşun yeritdi.Fransa ilə İngiltərə arasında müharibə başladı.Bu müharibə fasilələrlə yüz ildən artıq davam etdi.Ona görə də bu müharibəni tarixdə «Yüzillik müharibə» (1337—1453) adlandırırlar. Müharibəyə səbəb:
—1. ingilis kralının Fransada itirdikləri mülki əri geri qaytarmaq istəyi;
—2. Flandriyanı və onun zəngin sərvətlərini ələ keçirmək uğrunda rəqabət;
—3. İngiltərə kralının Fransa taxtına olan iddiaları idi.
Yaxşı təşkil edilmiş orduya və donanmaya malik İngiltərə ordusu Normandiyanı tutdu.Kresi (1346) və Puatye ( 1356) döyüşlərində fransızlar məğlub oldu.Onların məğlub olmasına səbəb cəngavərlərin özlərinə çox güvənməsi və intizamsız şəkildə vuruşması idi.
Müharibənin törətdiyi fəsadlar və feodal zülmünün güclənməsi 1358-ci ildə Fransada «Jaklar»* (Fransada feodallar kəndliləri həqarətlə belə adlandırırdılar) üsyanına səbəb oldu. Kortəbii və plansız xarakter daşıyan üsyanın iştirakçıları arasında birlik yox idi. Şəhər əhalisi «jaklar»a qoşulmadı. Hərbi işi bilməyən «jaklar» darmadağın edildi. Üsyan məğlub olsa da, nəticəsiz qalmadı: qorxuya düşən feodallar vergi və mükəlləfiyyətləri artırmağa cürət etmədilər. Hətta kəndlilərin ödənc alınaraq şəxsi asılılıqdan azad edilməsi başlandı. 1360-cı ildə Yüzillik müharibənin gedişində Fransa və İngiltərə arasında sülh müqaviləsi imzalandı. Yüzillik müharibə davam edirdi.Fransanın taleyi Orleanda həll olunurdu.(1429-cu il) Xalq öz vətəninin müdafiəsinə qalxdı.İngilislərə qarşı partizan mübarizəsinə Janna d'Ark adlı gənc bir qız başçılıq edirdi.Orleanın müdafiəsindən sonra müharibədə dönüş yarandı.Üstünlük fransızların tərəfinə keçdi.İngilislər ölkədən qovuldu. 1453-cü ildə Fransa və İngiltərə arasında sülh bağlandı və Yüzillik müharibə başa çatdı.Fransa torpaqlarından yalnız Kale limanı ingilislərin əlində qaldı.Fransa yadelli işğalından xilas oldu.
Dostları ilə paylaş: |