40
sxolastları olduğu kimi, dəyişmədən qəbul etmişdir. İnamla ağlın birləşməsini Boesi onların
bərabərhüquqlu ittifaqı kimi yox, ağlın inama xidmət etməsi, fəlsəfənin ilahiyyata tabe olması kimi
fərz edir. Onun fikrincə, fəlsəfə ilaiyyatı əvəz edə bilməz və etməməlidir. İnamın müddəalarının
mötəbərliyi rasional sübutdan aslı deyil. Fəlsəfənin funksiyası yalnız inamın qabaqcadan müəyyən
etdiklərini aydınlaşdırmaqdan ibarətdir
.
Realizmin formalaşmasında Aostadan olan rolunu da işıqlandırmaq məqsədəuyğundur. İnamla
ağlın münasibətini aydınlaşdırarkən Anselm Avqustin kimi inama qəti üstünlük vermişdir.
Xristian dininin müdəalları onun üçün sarsılmaz həqiqətdir. Dindar adam üçün dialektika vacibdir.
Çünki dialektika adamı inamında əmin edir. Anselm hər yerdə özünün məşhur "inanmaq üçün
düşünürəm, inanıram, ona görə düşünürəm" - tezisini irəli sürür.
Anselmin
tələbəsi, erkən sxolastikasının mütərəqqi istiqamətinin nümayəndəsi
Pyer Abelyar
sxalostikaya qarşı çıxır, müqəddəs yazıların ziddiyətli təbiətini açır, ağlı idrakın başlıca mənbəyi
hesab edərək, "inaniram ki, dərk edim" tezisinə qarşı "dərk
edirəm ki, inanım" tezisini qoyur,
dünyəvi biliklərin o cümlədən antik fəlsəfənin həqiqəti müəyyən etmək üçün faydalı olması fikrini
irəli sürür.
Abelyar "lehinə" və "əleyhinə" olan dəlilləri tutuşdurmaq yolu ilə həqiqətin məntiqi şəkildə sübut
etmək metodunu işləyib hazırlamışdır. O, dialektikanın qızğın tərəfdarı olmuşdur.
Xlll əsrdə sxoslaktikanın daha
da çiçəkləndiyi bir dövrdə, Oksford universitetində, onun
müəllimləri arasında avtoritetləri deyil, birbaşa təcrübə və müşahidənin apelyasiyasını tələb edən
istiqamət meydana gəldi.
Dostları ilə paylaş: