2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)
Con Berklinin konsepsiyasının başlanğıc nöqtəsi Lokkun birinci və ikinci keyfiyykəti
fərqləndirməsi oldu. Əgər Lokk birinci keyfiyyətin obyektiv mövcudluğunu qəbul edirdisə də,
Berkli bütün keyfiyyətləri ikinci hesab edirdi. Berkli belə qənaətə gəlir ki, ideya yalnız insanın
hisslərində mövcuddur. Onlar heç vaxt bizdən kənarda olan və adətən, haqqında düşünülən şeyərin
əsli ola bilməz. İdeya yalnız ideyaya oxşayır, o başqa heç nəyə oxşaya bilməz. O, materiyanın
mövcudluğunu inkar edir və yalnız “ideya” və “hissi” fərqləndirən insan şüurunun mövcudluğunu
qəbul edir. Ideya- bizim subyektiv qavrayışımıza verilən keyfiyyətdir, hiss isə- mənəvi
fəaliyyətinin qeyri-maddi subyektinin fəaliyyətini qavrayandır. Berklinin fikrincə, ideya passivdir,
hiss isə, əksinə, fəaldır. O qeyd edir ki, “ideya” anlayışına “şey” anlayışına nisbətən üstünlük
vermək lazımdır.
Berklinin müasiri, onun təsirini öz üzərində hiss edən, Berklidən fərqli olaraq skeptik, aqnostik
David Yum fi biliyin vəzifəsini varlığın adekvat dərk olunmasında deyil, praktiki fəaliyyəti
müəyyən istiqamətə yönəltmək üçün rəhbərlik etməyə qadir olmaqda görürdü. O, dəqiq biliyin
yeganə predmetini riyaziyyatın obyektlərini - kəmiyyət və rəqəm- hesab edirdi. Tədqiqatın bütün
digər obyektləri yalnız əlaqə faktlarına aiddirlər, bunlar məntiqi sübut oluna bilməzlər, sırf
təcrübədən çıxarılırlar.
Yum skeptisizmin prinsiplərinin şərhinə uyğun olaraq özünün varlıq, kosmologiya, psixologiya,
idrak nəzəriyyəsi, etika haqqında təlimini qurur. O, ontologiyada substansiya kateqoriyasının
mövcudluğunu inkar edir. Substansiya ideyasını ayrı-ayrı keyfiyyətlərin məcmusu ideyasına
gətirib çıxarır. Yum kosmologiyada fəlsəfənin ikişafı ilə irəli sürülən bütün kosmoloji sistemləri
tənqid edir. Etikada o, utilitarizm nəzəriyyəsini inkişaf etdirir, faydalılıqda bizim mənəvi
işlərimizin meyarını görür. Din fəlsəfəsində o hər cür müsbət din adlanan dini, Allah haqqında
fəlsəfi təlimi rədd edir. Yuma görə, din əxlaqın əsası ola bilməz. O, mövhumatın xüsusi təzahürləri
üzərində xususilə dayanır.