46
Metafizik metodun yaradılmsında Lokkun böyük rolu olmuşdur, ancaq onu da qeyd edək ki, bu
metodun elementləri fəlsəfənin bütün əvvəlki inkişafı gedişində özünü göstərirdi.
Lokka görə, təcrübədən əldə edilmiş ideya hələ biliyin özü deyil, yalnız bilik üçün materialdır.
Bilik əldə etmək üçün bu materialın müəyyən dərəcədə təkmilləşməsi lazımdır və bu da müqayisə,
uyğunlaşma və ayrılma (və ya abstraksiya) vasitəsilə həyata keçir. Bunların vasitəsilə daxilimizdə
sadə ideyalar mürəkkəb şəklə düşür. Lokk bilik üçün əhəmiyyətlərinə görə ideyaları
üç qrupa
bölür:1) real (və ya fantastik); 2) adekvat (və ya qeyri-adekvat); 3) həqiqi (və ya yalan). Real
ideyaların təbiətdə əsasları var, onlar şeylərin gerçək mahiyyətinə uyğundurlar. Adekva ideyalar
ayrıldıqları nümunələri təmsil edirlər. Bütün sadə ideyalar adekvatdır. Lokka görə, həqiqi və yalan
ideyalara deyil, təkliflərə (mühakimələrə) aiddirlər. Həqiqət həmişə təsdiq inkarı tələb edir.
Lokk eyni zamanda dövlət, dövlət hakimiyyəti və hüquq haqqında təlim işləyib hazırlamışdır.
Onun bu təlimi XVII əsrin ən görkəmli nəzəriyyələrindən biri idi.
Dostları ilə paylaş: