47
Dekart əqli dünyanı tam dərk etmək bacarığına malik olmayan hisslərə
nisbətən daha yetkin və
mühüm vasitə hesab edirdi. Dekart üçün yetkin adam- ideyaları naminə öz hisslərinə qalib gəlməyi
bacaran ağıllı məxluqdur.
Dekart idrak prosesində deduksiyaya müstəsna rol ayırır, aksiomanı isə bütün elmlərin başlanğıc
vəziyyəti hesab edir. “Fikirləşirəm, deməli mövcudam” - həqiqi biliyin yüksələn quruluşunun əsası
budur. Dekart belə hesab edirdi və onun təliminin bu hissəsini xüsusilə qeyd etmək vacibdir.
Pyer Qassendi
Kopernikin və Qalileyin tərəfdarı idi. O, Epikürün
və Likretsinin fizika və
etikasını Fransada diriltmişdir. Qassendi deduksiyaya heç bir ziyan toxundurmadan hissi idraka və
induksiyaya bəraət qazandırmışdır və onun bu fəaliyyəti sonradan C.Lokk və R.Boyla
təsir
göstərmişdir.
Qassendi kompromis- ontologiyada- Allah atomları və onun hərəkət qanunlarını yaratmışdır
kimi deist mühakimədə, qnosologiyada - ikili həqiqət konsepsiyası formasında antropologiyada -
insanda iki ruhun - ölən (hissi) və ölməz (əqli) olmasının təsdiqində - özünü göstərir.
XVII əsrdə Fransada fəlsəfi fikrin inkişafı maarifçiliyin himayəsi altında həyata keçmişdir.
Bu yüzilliyin praktiki olaraq bütün fransız mütəfəkkirləri maarifçilər idi. Maarifçilik ictimai fikrin
geniş mədəni-ideoloji hərəkatı kimi ilk dəfə məhz Fransada formalaşmışdır. Fransız
maarifçiliyinin baniləri
Dostları ilə paylaş: