2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə45/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   41   42   43   44   45   46   47   48   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Sührəverdi
(1154-1191) böyük filosof, sufi nəzəriyyəçi, ictimai-siyasi xadim, fiqh, təsəvüf və 
ədəbiyyata dərindən yiyələnmiş, geniş əhatəli, mükəmməl biliyi ilə şöhrət qazanmış, varid 
olduğu yerlərdə böyük ehtiram və təntənə ilə qarşılanmış istedadlı şair idi. Şihabəddin 
Sührəvərdi dərin mühakiməli, zəngin fikirli filosof olmaqla bərabər, coşqun təbli bir şair idi. 
Keçdiyi mənalı həyat yolu, yaratdığı qiymətli, orijinal əsərlər onun azadfikirlilik meyillərirtdən 
xəbər verir. Bu keyfiyyət onun həyatını təhlükə qarşısında qoymuşdur. Beləliklə, hələ öz 
müasirləri böyük filosofun-mütəfəkkir şairin azadlıq ideyaları ilə çırpınan qəlbinin 
döyüntülərini duyur, onun yaxın gələcəkdə təhlükə qarşısında qalacağını qabaqcadan hiss 
edərək halına acıyırdılar. Öz müasirlərinin verdikləri xəbərə görə, o, müzakirələrdə, 
diskussiyalarda yüksək natiqlik məharəti göstərir, bəsirəti, geniş elmi məlumatı və sübutları 
sayəsində əleyhdarlarına qalib gəlirdi. Şihabəddin Sührəvərdinin maraqlı şəxsiyyəti, fitri 
istedadı və orijinal fəlsəfi fikirləri qabaqcıl ziyalıların dərin rəğbətini qazanmışdır-onu 
peyğəmbər adlandıranlar da olmuşdur. O, uşaqlıq və gənclik illərində peripatetizm məsələləri 
ilə maraqlanmış, məntiq, metafizika və təbiətşünaslıq elmlərini dərindən öyrənmişdir. 
Filosofun qeydə alınmış əlli iki əsərindən on üçü peripatetizm, on beşi sufizm, səkkizi işraqitik 
və on altısı müxtəlif mövzular üzrə qruplaşdırılmışdır. Peripatetizmə dair traktatlardan 
“Filosofların görüşləri” traktatı eyni zamanda “Filosofların etiqadı” kimi tanınır. Məntiq, 
metafizika və təbiətşünaslığa dair əsərləri ona öz dövründə şöhrət gətirmişdir. Şihabəddin 
Sührəvərdi aristotelizmi sadəcə olaraq təkrarlamamış, onu daha da inkişaf etdirmək 
təşəbbüsündə olmuşdur, Bu baxımdan o, “Birinci müəllim”in təliminə yaradıcı surətdə 
yanaşmışdır, Filosof fəlsəfi kateqoriyaların yeni təsnifatını işləyib hazırlamışdır. O, on fəlsəfi 
kateqoriyadan substansiya, kəmiyyət, keyfiyyət və nisbəti müstəqil kateqoriyalar saymış, 
hərəkəti də buraya əlavə etmişdir. Şihabəddin Sührəvərdinin fikrincə, harada?, haçan?, vəziyyət 
və malikiyyət, nisbət, təsir və təsirlənmə isə hərəkət kateqoriyasına daxildir. Şihabəddin 


54 
Sührevərdinin peripatetizmə dair traktatları aristotelçi fəlsəfənin bir sıra mühüm məsələlərini 
aydınlaşdırmaqdan əlavə, işraqilik təliminin əsaslandırılması üçün də əhəmiyyətlidir. Bilavasitə 
işraqiliyə dair əsərlər Şihabəddin Sührəvərdinin yaradıcılığının özəyini təşkil edir, o, burada 
yeni bir fəlsəfi təlimin əsaslarını işləyib hazırlamışdır.
Təbiətşünas alim, ictimai-siyasi xadim, böyük Azərbaycan filosofu Siracəddin Mahmud 
Əbubəkir oğlu 
Urməvi
(1198-1283) bəşər elmi-fəlsəfi fikrini zənginləşdirmiş dahi 
şəxsiyyətlərdəndir. Siracəddin Urməvi Mosulda o dövrün böyük təbiətşünas, məntiqçi 
filosoflarından Kəmaləddin Musa İbn Yunusdan və başqalarından fəlsəfə, məntiq, hüquq, tibb, 
riyaziyyat, astronomiya və s. elmləri mükəmməl öyrənmiş, bu sahələrin mahir mütəxəssisi kimi 
ətraf məmləkətlərdə məşhurlaşmışdır. Azərbaycan alimi həmin dövrdə görkəmli şəxsiyyətlərlə 
- elm adamları və siyasi xadimlərlə yaxınlıq etmiş, dövlət və hüquq işləri ilə maraqlanmışdır. 
Siracəddin Urməvinin əsərlərində peripatetik fəlsəfənin bütün problemləri geniş araşdırılmış, 
varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri dərindən tədqiq edilmiş, mütərəqqi sosial-
siyasi görüşlər və etik fikirlər öz dolğun ifadəsini tapmışdır. 
Siracəddin Urməvi Şərq peripatetizmi mövqeyindən çıxış edərək varlığın müxtəlif 
qisimlərinin şərhini vermişdir. Filosof “varlığı”, ilk növbədə onun ziddi olan “yoxluq” anlayışı 
ilə qarşılıqlı götürmüşdür. O bu anlayışları müxtəlif aspektdə nəzərdən keçirdikdən sonra üç 
qisimdə qruplaşdırmışdır: *vacib varlıq - qeyri-mümkün yoxluq, *vacib yoxluq - qeyri-
mümkün varlıq və *mümkün varlıq - mümkün yoxluq. Peripatetik sələfləri kimi Siracəddin 
Urməvi göstərirdi ki, vacib varlıq özü də iki qisimdir: “Biri öz-özlüyündə vacib varlıq, digəri 
isə başqasının sayəsində vacib varlıqdır. Öz-özlüyündə vacib varlıq odur ki, onun mahiyyəti 
(substratı) yoxluğu qəbul etmir, bəlkə onun varlığı elə öz mahiyyət indəndir. Başqasının 
sayəsində vacib varlıq odur ki, onun mahiyyəti yox ola bilir, onun varlığı başqasındandır”. 
Siracəddin Urməvi maddi aləmin ayrı-ayrı cəhətlərini, keyfiyyətlərini araşdırarkən bir sıra 
qiymətli təbii-elmi fikirlər söyləmişdir. Kainatın geosentrik nəzəriyyəsini qəbul edən alimin 
təsəvvüründə maddi aləmi iç-içə yerləşmiş göylər, onların ulduzları, planetləri və Yer kürəsi 
təşkil edir. Hər bir göyün özünəməxsus ölçüsü, qalınlığı vardır. Onun fikrincə, planetlər üzükdə 
qiymətli qaş kimi göy sferalarında qərar tutmuşlar. Təbiətşünas alim göstərir ki, göylərin 
dövrləri arasında müəyyən zaman fərqləri mövcuddur. Hər göyün iki nöqtədə dövrü olur, onu 
qütb adlandırırlar. Göylərin dövrləri müəyyən saylarla hesablanır. Belə ki, bir dövrü Ay göyü 
bır ayda, Günəş göyü bir ildə, Yupiter göyü on iki ildə, Satum göyü otuz ildə başa vurur. 
Göylərin hərəkət sürəti onların kiçikliyindən, yaxud böyüklüyündən asılı deyildir. Siracəddin 
Urməvi Yer kürəsinə mövcud planetlərdən biri kimi baxmaqla yanaşı, ona xüsusi diqqət 
yetirmiş, insanı əhatə edən şeylər və hadisələr haqqında maraqlı mühakimələr yürütmüşdür. O, 
göy cisimlərinin, ilk növbədə Günəşin və Ayın Yerə təsiri, Yerdəki həyat üçün mühüm amil 
olmaları barədə söz açmışdır. 
Siracəddin Urməvi öz əsərlərində tibb məsələlərinə geniş yer vermişdir. O, qədim və orta 
əsr müəlliflərinin təbabətə dair traktatlarını dərindən öyrənmiş, mühüm məsələlərdə Aristotelin, 
Qalenin və İbn Sinanın doktrinalarına əsaslanmışdır. 


55 
Siracəddin Urməvi dövlət idarəçiliyi işlərində inzibati cəza tədbirlərini də nəzərdən 
keçirmişdir. Mütəfəkkirə görə, xalqın hifzi və qorunması canilərin və cinayətkarları 
cəzalandırmağın icrası ilə bağlıdır. Cəzanın tətbiq edilməsi həm cani və cinayətkar olacaq 
adamların, həm də başqalarının həyatı üçün əhəmiyyətli hesab edilir. Urməvi cinayət faktının 
xarakterinə xalqın mənafeyini müdafiə etmək prinsipindən yanaşmışdır. Mütəfəkkir günahkarı 
mülkün və rəiyyətin mühafizə edilib qorunması cəhətdən cəzalandırmağı tərifəlayiq iş, padşah 
və onun hakimiyyəti üçün narahatlıq doğuran cəhətdən cəzalandırmağı məzəmmətli iş 
saymışdır. 
Ölkədə maddi nemətlər bolluğu yaratmağı, quruculuq işləri aparmağı, ümumiyyətlə, 
iqtisadi və mədəni tərəqqini rəiyyətlərin fəaliyyəti kimi qiymətləndirən filosof onların 
qayğısına qalmağı vacib bilərək göstərir ki, bu qayğı yalnız ədalətlə mümkündür. Ədalətlilik 
etmək vacib vəzifələr (borclar) qəbilindən hesab edilir. “Ədalət” anlayışı Urməvi tərəfindən 
çox geniş məzmunda başa düşülür, təkcə insanlar arasındakı münasibətə deyil, bütünlükdə 
maddi aləmə şamil edilir. Urməvi özünün sosial- siyasi baxışlarında mötədilik prinsipini əsas 
götürmüş, ifrata (artıqlığa və əskikliyə) varmağı orta həddə - ədalətə qarşı qoymuşdur. Urməvi 
insanlar arasındakı münasibətdə ədaləti hər şeydən, hətta şəriətin mühüm tərkib hissəsi olan, 
hər bir mömin bəndənin yerinə yetirəcəyi zəruri vəzifələri ifadə edən ibadətdən üstün 
tutmuşdur. Urməvi göstərir ki, ibadət, fərdi şəkildə icra edilib, bir şəxsin mənafeyi ilə bağlı 
olduğu halda, ədalət ictimai mahiyyət daşıyır. 
Böyük ensiklopediyaçı alim,görkəmli filosof Nəsirəddin 
Tusi
(1201-1274) zəngin həyat 
yolu keçmiş, dəyərli əsərlər yazılmışdır. Tusi fəlsəfəni çox vaxt hikmət termini ilə ifadə edib, 
onun hər şeyi necə varsa elə dərk etməyə, hər şeyi lazımınca yerinə yetirməyə deyildiyini 
yazmışdır. 
Nəsirəddin Tusi elmi biliklərin əhəmiyyətini onların insanlar üçün lazımlı olmasında 
görürdü. Varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq Nəsirəddin Tusinin fəlsəfi sistemində bir-
biri ilə üzvi surətdə bağlıdır. Azərbaycan filosofu Farabi, İbn Sina və Bəhmənyarın 
mövqeyindən çıxış edərək mövcudatın zəruri və mümkün olmaqla iki qismə bölündüyünü 
yazmışdır. O, mümkün varlığın şərhi üzərində müfəssəl dayanmışdır: mümkün varlıq materiya, 
forma, cisim, əql və nəfsdən ibarət substansiyaya, habelə kəmiyyət, keyfiyyət, məkan, zaman 
və başqa kateqoriyalarda ifadə olunan aksidensiyaya bölünür. Filosof göstərir ki, cisimlər 
materiya və formadan təşəkkül tapmışdır. Od, hava, su və torpaq bəsit, onlardan əmələ gəlmiş 
minerallar, bitkilər və heyvanlar mürəkkəb cisimlərdir. Maddi aləmin məhvolmazlığı, əzəliliyi 
və əbədiliyi ideyası Tusini düşündürmüş, öz peripatetik sələfləri kimi bu məsələyə müsbət 
yanaşmışdır. Mövcud şeylərin qalması, yaxud məhv olması aktuallıq və potensiallıq 
baxımından nəzərdən keçirilir.
Nəsirəddin Tusi maddi varlıqların məhvini onların mütləq yoxa çıxması deyil, yalnız 
formalarının və əlamətlərinin dəyişməsi sayəsində birinin digəri ilə əvəz olunması, köhnə 
varlığın mövcudluğuna son qoyulması mənasında başa düşmüşdür-bu dialektik bir prosesdir, 
burada inkar edən özü də inkar edilir.Çevrilmə qarşılıqlı ola bildiyi üçün köhnə ilə yeni arasında 
ümumi cəhət labüddür. 
Nəsirəddin Tusi göstərir ki, insanlar çox elm öyrənib, çox biliyə yiyələndikcə onlann əqli 
yetkinliyi, idrak qabiliyyəti artır. Filosof idrakda məntiqin rolunu xüsusi qeyd edib onu həm 
elm, həm də tədqiqat metodu (alət) kimi səciyyələndirmişdir. Məntiqin biitün mühüm 


56 
məsələləri Tusinin əsərlərində, demək olar ki, nəzərdən keçirilmiş, anlayış və onun tərifi, 
hökmlər və onlann müxtəlif növləri geniş işıqlandırımişdir. 
Tusinin etik və ictimai-siyasi görüşləri müasir dövrlə da çox səslənir, hər bir tələbə, ziyalı 
üçün stolüstü kitab olan “Əxlaqi-Nasiri” əsəri bütün dövrlərin şedevri hesab oluna bilər. Tusiyə 
görə, insan yaranarkən orta dərəcədə, kainatdakı təkamül mərhələsinin ortasınnda olur, fitrətinə 
görə aşağı dərəcədəkilərlə əlaqədardır, yalnız iradəsi sahəsində ali dərəcəyə yüksələ bilir. 
İnsanın mənəvi ehtiyacları fikir, ağıl, şüur və iradə vasitəsi ilə təmin və idarə edilir. Elm və 
əməl insanın kamilliyinin göstəricisidir. İnsanlar arasında birinci ictimai birlik hesab etdiyi ailə 
ilə bağlı Tusinin fikirləri olduqca maraqlıdır. Nəsirəddin Tusinin geniş mündəricəli əsərləri 
sonrakı təbiətşünas, məntiqçi filosoflar üçün örnək olmuş, peripatetik ənənələrin əsrlər boyu 
qorunub saxlanılmasında fəal rol oynamışdır.
Sədrəddin Mahmud

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin