60
qanunauyğunluğun problemlərindən danışılır. Bu problemlərin kamilləşən insan tərəfindən həll
edilməsinin mümkünlüyünü qəbul edən Bakıxanov məhz bu rasional dərk yolu ilə vahid ailə
saydığı bəşəriyyətin xoşbəxtliyə çatmasına inanırdı. Bakıxanov sufizm təmayüllü dünyagörüşünə
malik olmuşdur-onun fikrincə, həqiqi xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti dərketmə və
fəna yolu ilə İlahi əbədiyyətə qovuşmaqdır. Bakıxanov ictimai görüşlərində kamil insan və təkmil
cəmiyyət konsepsiyasından çıxış edirdi-o sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial
bərabərsizlik təşkil edir.
Azərbaycanda maarifçilik fəlsəfəsinin yüksək mövqedə dayanmasının əsas səbəbkarla
rından olan
Dostları ilə paylaş: