2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


Qərbdə XIX– XX əsrdə ən geniş yayılmış cərəyanlardan biri  «Həyat fəlsəfəsidir»



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə56/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   52   53   54   55   56   57   58   59   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

 
Qərbdə XIX– XX əsrdə ən geniş yayılmış cərəyanlardan biri 
«Həyat fəlsəfəsidir»
. Bu 
fəlsəfi istiqamətdə mərkəzi problem insan problemi, onun mahiyyəti və mövcudluğudur. «Həyat 
fəlsəfəsi»nin banisi alman filosofu A.Şopenhauer
 
(1788– 1860) hesab olunur. Əsas əsəri «Dünya 
kor iradə və boş təsəvvürdür» adlanır. Bu əsər sonrakı fəlsəfi fikrə böyük təsir göstərmişdir. 
Şopenhauer dünyanı kor iradə və qüvvə kimi öz fəlsəfəsində təsvir etmişdir. Pessimist fəlsəfəsi 
eyni zamanda çoxmənalı mahiyyətə malik olmuşdur. Onun fikrincə, insan illüziya və 
«kabuslardan» xilas olaraq gələcəyi yaradır. Həmin illüziya və kabusların içərisində sadəlövh, 
uzaqgörməz optimizm də vardır.
A.Şopenhauerin fəlsəfəsinin təsiri altına düşən filosoflardan biri F.Nitşedir (1844– 1900). 
Əsərlərinin birində Nitşe onu özünün birinci və yeganə müəllimi adlandırmışdır. Nitşenin fikrincə, 
Şopenhaueri oxumaqla O, özündə «azad kişilik xarakteri» formalaşdırmışdır. Müəlimi kimi, Nitşe 
də özünü pessimist adlandırmışdır. Onun yaradıcılığında keçmişə, hər şeydən əvvəl, xristian 
mənəvi dəyərlərinə yenidən qiymət vermək ön planda durmuşdur. Nitşe dini (xristialığı) 
mədəniyyətdə həqiqi insani dəyərləri təhrif etməkdə günahkar hesab etmişdir 
Ümumiyyətlə, Nitşenin həyat fəlsəfəsi həyatdan ayrı düşmüş rasionalizmin tənqidinə
həmçinin mənəviyyatsızlığın tənqidinə, həyatın əxlaqsızlığına, ikiüzlüyə, avamlığa qarşı 
çevrilmişdir. 
XIX əsrdə geniş yayılmış fəlsəfi cərəyanlardan biri də 
pozitivizm
olmuşdur. Müstəqil fəlsəfi 
istiqamət kimi pozitivizm keçən əsrin 30– cu illərində formalaşmışdır. Həmin cərəyanların 
nümayəndələrinin fikrincə, əsas məsələ fəlsəfə ilə elmin qarşılıqlı münasibəti məsələsidir. Onların 
təsəvvürünə görə, müsbət (pozitiv) bilik ayrı–ayrı xüsusi elmlərin nəticəsində əldə edilə bilər
yaxud da onların sintetik birliyi sayəsində mümkün ola bilər. Ona görə də reallığın məzmununu 
tədqiq etməyi iddia edən fəlsəfənin xüsusi elmi fənn kimi mövcud olmaq hüququ yoxdur. 
Pozitivizm öz inkişafında iki mərhələ keçmişdir. Birinci mərhələ öz banisi fransız filosofu 
O.Kontun (1798– 1857) fəlsəfi məktəbi ilə əlaqədar olmaqla XIX əsrin 30– 40– cı illərini əhatə 
edir. Kontun məqsədi əhatəli şəkildə elmlərin təsnifatını yaratmaq olmuşdur. Ona görə biliklərin 
iyerarxiyası sadədən mürəkkəbə, ibtidaidən aliyə, ümumidən konkretə doğru tarixi inkişafı əks 


67 
etdirməlidir. Elmlərin ierarxiyası belədir: riyaziyyat– astronomiya, fizika– kimya– biologiya– 
sosiologiya. 
Məntiqi neopozitivizmin əsasları Vyana dərnəyində XX əsrin 30– cu illərində işlənib 
hazırlanmışdır. Bu dərnəyə tanınmış alim və filosoflar 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin