M.Şlik (1882– 1936),
K.Gedel (1906),
A.D.Ayer (1910),
K.Karnap (1891) və başqaları daxil idi.
Linqivistik təhlil fəlsəfəsinin formalaşmasına
Lüdviq Vitgenşteynin (1889–1951)
yaradıcılığı mühüm təsir göstərmişdir. Bu böyük məntiqçi və filosof bir sıra problemlərə toxunsa
da, ən çox nitqin məntiqi məsələləri ilə məşğul olmuşdur. Linqivistik fəlsəfənin məqsədi kəşf
deyil, aydınlaşdırma, həqiqət deyil, əhəmiyyətdir. L.Vitgenşteynin sözləri ilə desək, «fələfə hər
şeyi olduğu kimi saxlayır».
Neopozitivizm idrak prosesində yaranan bir çox çətinlikləri aşkara çıxartdı və müəyyən
tarixi mərhələlərdə onların həll edilməsinə kömək etdi. Lakin elm daim inkişafdadır və yeni– yeni
metodoloji problemlər doğurmağa qadirdir.
XIX əsrin ortalarına qədər fəlsəfədə rasionalizm ideyaları hakim olmuşdur. Lakin bu işdə
xüsusilə rasional idrak sahəsindəki çətinliklər də özünü göstərmişdir. Nəticədə fəlsəfi fikrin bir
sıra formalarından narazılıq özünü göstərmiş, bir növ alimlər arasında «fəlsəfi qiyam»
başlanmışdır. Həmin «fəlsəfi qiyam»ın nümayəndələri sonradan
ekzistensializm fəlsəfəsini
yaratmışlar. Ekzistensializmin banisi, XIX əsrin birinci yarısında yaşamış danimarkalı mistik
filosof S.Kyerkeqorun (1813– 1855) təlimindən istifadə edən alman filosofu Haydeggerdir (1889–
1976).
Ekzistensialistlərin irəli sürdükləri ən ümumi problem– həyatın mənası, insanın dünyada yeri
və onun özünə həyat yolu seçməsi məsələsindən ibarətdir. Bu köhnə problem həmişə xüsusi
əhəmiyyətə malik olmuşdur. Deməli, ekzistensialistlər zəmanəmizin ən kəskin məsələlərindən
birinə toxunmuşlar.
Bu fəlsəfənin tərəfdarları onu, ümumiyyətlə, varlıq haqqında təlim kimi verirlər. Əslində isə
həmin fəlsəfəni yalnız insan şəxsiyyətinin «mövcudluğunu» təhlil etməyə müncər edirlər (latınca:
ekzistensiya sözü «mövcudluq» deməkdir). Bəzi ekzistensialistlərin «o dünya» haqqında, başqa
sözlə desək, allah haqqında yeritdikləri mühakimə hesaba alınmazsa, ekzistensialistlər üçün
yeganə reallıq şəxsi mövcudluqdan, «mən mövcudam» idrakından ibarətdir. Onlar insanı əhatə
edən aləmi sirli, insan zəkasının dərk edə bilməyəcəyi və məntiqi təfəkkürə uyğun gəlməyən bir
aləm kimi təsvir edirlər. Haydegger deyir ki, aləm ona görə mövcuddur ki, mövcudluq vardır. «Heç
bir mövcudluq olmazsa, aləm də mövcud ola bilməz».