70
Dialektika mübahisə incəsənəti kimi orta əsrlərdə də inkişaf etmişdir.
Orta əsrlər
dialektikasının zirvəsi
Pyer Alberyarın
əsərləri oldu. O
“Hə və yox
” kitabını antik nümunədə
qurmuşdur, yəni müəllimin verdiyi suallar və şagirdin verdiyi cavablar sistemi əsasında yazmışdır.
Müəllim bilə - bilə, qəsdən şagirdləri düzgün
olmayan nəticəyə gətirir, sonra isə dəf edilməz,
qarşısı alınmaz və şübhəsiz dəlillərlə onların fikrini rədd edirdi, öz nöqteyi - nəzərini qəbul etməyə
məcbur edirdi. Orta əsrlərdə mübahisə incəsənəti təbliğçilik (mübəlliğlik) ustalığı vasitəsi kimi,
başqa cür fikirləşənləri dəlillərinin rədd etmək metodunun işlənib hazırlanması vasitəsi kimi
yayılırdı. Bu cür məhdud məqsədli olmasına baxmayaraq o, Avropa mədəniyyətinə müəyyən töhvə
vermişdir və bizim günlərdə də yaradıcı elmi, fəlsəfi,
iqtisadi, hüquqi və digər diskussiyalarda
istifadə olunan müasir dialoq formasının yaranmasına kömək etdi.
Əsrlərlə yığılan dialektik polemika mədəniyyətinin - mürəkkəb problemləri müzakirə etmək
bacarığını, müxtəlif, çox vaxt zidd nöqteyi - nəzərləri dəqiqləşdirmək, anlamaq,
aşkar etməyi
bacarmaq - keçici olmayan əhəmiyyəti vardır. Yaradıcı dialoqun dialektikasının məqsədi -
opponentin əzilməsi, məhv edilməsi yox, ziddiyətin həll edilməsi gedişində mürəkkəb problemlərə
düzgün, əsaslı yanaşmağa cəhd etməkdir.
Vaxt getdikcə dərk olundu ki, fikirlərin toqquşması və ziddiyətlərin dialektik həll edilməsi
üsulu yalnız real adamların canlı mübahisəsi şəraitinə tətbiq edilmir - o, həm də müxtəlif vaxtlarda,
müxtəlif
ölkələrdə, sosial sistemlərdə, mədəniyyətlərdə qəbul edilmiş ziddiyətli baxışlar,
mövqelər, fikir istiqamətlərinin təhlili üçün də vacibdir. Mətnlər və digər informasiya vasitələri
bir - birindən uzaq və hətta bizdən əvvəl yaşamış adamlarla real və ya fikir polemikasına girməyə
imkan verir. Nəsillərin,
dövrlərin, mədəniyyətlərin, milli, siyasi, dini, fəlsəfi ənənələrin,
məktəblərin dialoqu da mümkündür. Müxtəlif tərəflərin mübahisəsinin sxemi bir adam tərəfindən
ümumi cizgilərlə və həqiqət axtarmaq prosesində işlənib hazırlanır. Tədricən belə bir baxış yetişdi:
yaradıcı təfəkkür öz məğzinə görə dialoqludur. Belə bir şeyə də nail olundu ki, dialektika yalnız
insan təfəkkürünə xas deyildir. İnsanlar arasındakı narazılığı həll etmək üsulu varlığın mürəkkəb
şəraitində yaranan mübahisələri həll etmək üçün də əvəz olunmaz üsuldur. Yaradıcı mübahisə
vərdişi varlığın real çoxcəhətliliyini və hərəkətliliyini, dəyişkənliyini anlamağa kömək edirdi. Real
aləmin bu xüsusiyyətləri çoxdan qeyd olunub, ancaq onların dərk olunmasında hər dəfə çətinliklər
yaranır.
Dostları ilə paylaş: