2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə61/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   57   58   59   60   61   62   63   64   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Dəyişikliyi anlamağın çətinliyi - 
varlığın bütün forma və növləri dəyişikliyə məruzdur. Nə 
qədər az olsa da dəyişiklik üçün vaxt lazımdır: bu vaxt ərzində predmet (hadisə, proses) bir sıra 
xassələrini itirir, yenisini qazanır. Mürəkkəb və dəyişən dünyanın fəlsəfi dərk edilməsi çoxdan 
çətinliklə, ziddiyətlə qarşılaşır. Uzun zaman belə hesab olunurdu ki, kosmos, bitkilər, canlılar, 
adamlar dəyişməzdir. Dünyanın dəyişkənliyi haqqında baxışlar nə vaxtsa böyük kəşf oldu. 
Dünyanın dəyişməsi haqqında fikirlər qədim Çin, Hindistan, Yunanıstan fəlsəfi təlimlərində 
söylənmişdir. Qədim filosoflar hərəkətin müxtəlif formaları, növləri haqqında elmi məlumatlara 
malik deyildirlər, bununla belə ümumi məğzi - varlığın hərəkətli olması xarakterini - düzgün 
tutmuşdurlar. Bunu ilk kəşf edənlərdən biri 
Heraklit 
olmuşdur. Dünya ona “canlı od” və ya axın 
(çay) şəklində təsəvvür olunurdu: iti axan çaya “iki dəfə girmək” olmazdı. Həmişə axan, hərəkətdə 
olan dünyada vaxt keçdikcə hər şey öz xüsusiyyətini itirir, öz əksinə çevrilirdi: nəm, yaş quruyur, 
quru isə nəmlənir; soyuq və isti, canlı və ölü və.s bir - birinə keçir.
 
Beləliklə, dünyanın dəyişkən və ya sabit olması sualı ilə qarşılaşan qədim filosoflar ona iki bir 
- birinə əks cavablar verdilər. Onlardan kim düz idi? Biz artıq qeyd etmişik ki, varlığın dəyişkənliyi 
haqqında baxışlar gündəlik praktika və təcrübənin böyük məlumatlarına əsaslanır. Ancaq əks 
nöqteyi - nəzərin də çox ciddi əsası var. Hadisənin hər cür dəyişkənliyi ilə yanaşı ona bir sıra 


71 
sabitlik də xasdır. Az və ya çox vaxt ərzində onda baş verən dəyişikliyə baxmayaraq şey özü - 
özlüyündə qalır. Yaşa dolduqca insanın xarici görünüşü, onun orqanizminin fizioloji funksiyaları, 
sağlamlığı ilə yanaşı, eyni zamanda təcrübəsi, daxili aləmi, marağı dəyişir, lakin insan yenə də 
həmin insan olaraq qalır. 
Varlığın hərəkəti, dəyişkənliyi haqqında baxışlarda bu cür çətinliklər özünü həmişə göstərir. 
Hələ qədim yunan filosofu 
Zenon
özünün məhşur aporiyaları ilə mexaniki hərəkəti anlamağın 
çətinliyini göstərdi, aşkar etdi. O, belə bir mühakimə yürüdür: əgər təsəvvür etsək ki, uçan ox hər 
bir an müəyyən bir yerdədir (elə bil yerə nisbətən sükunətdədir), onda belə çıxır ki, hərəkət 
mümkün deyildir: axı sükunətlərin cəmi sükunəti verir. Digər anoriyalarında da paradoksal 
formada buna bənzər ziddiyətlər var: hərəkətin fikri təhlili gözlənilmədən müşahidə zamanı əyani 
qəbul etdiyimiz aydınlıqdan kəskin ayrılan nəticələrə gətirib çıxarır. Sükunətdə qalaraq ox uçur, 
Axilles tısbağaya çata bilmir. Əgər Kratil hərəkətin 
fasiləsizliyini 
qeyd edirdisə, Zenon isə əks 
xüsusiyyətə - 
fasiləliyə
diqqət yetirmişdir. Axı eyni zamanda eyni bir predmet haqqında iki bir - 
birinə əks fikirlər doğru ola bilərmi? Qarşımızda yuxarıda müzakirə etdiyimiz mübahisənin tipik 
vəziyyəti - bu dəfə nəzəri mübahisə varlığın xarakteri haqqında - durur. Bu tip sadə olmayan 
məsələlərin həlli yolunun axtarışında qədim filosoflar dialektikanı – mühakimə etmək üsulunu 
inkişaf etdirmişlər; bu vaxt əks mövqelər atılmır, biri digərini tamamlayır, zənginləşdirir, 
tarazlaşdırır. Sonralar Hegel bu şəraiti - tezis - antitesiz - sintez - formulunda ifadə etmişdir.
Dialektika ziddiyətləri dərk etməyə, anlamağa yol açırdı; dəyişikliyin mənasını anlamağa cəhd 
edərkən insan fikri mütləq bu ziddiyyətlə toqquşur. Eyni bir predmetə müxtəlif, eyni zamanda əks 
nöqteyi - nəzər yalnız insanların, onların mövqelərinin müxtəlif olması ilə yaranmır. O həm də 
varlığın öz xüsusiyyəti ilə: predmetlərin çoxcəhətliliyi, “tamamilə zidd, əks” xassələrin
qüvvələrin, meyllərin onlarda birləşməsi ilə şərtlənir. Məhz ona görə də fikirlərdəki “ziddiyyət” 
və hətta onların əks olması bir çox hallarda reallığa “həmahəngdir”, “uyğundur”. Dünyanın 
dialektikası fikirlərin dialektikası vasitəsilə başa düşülür, dərk olunur. Onların mürəkkəb 
“qatışığını” təbəqələrə ayırmaq, ondan “dünya - insan” münasibətini (fəlsəfə üçün tipik olan 
vəziyyət) ayırmaq mümkün deyildir. Onlar sıx ittifaqda inkişaf edirlər.
Dialektik fikrin təkmilləşməsi mürəkkəb, dəyişən dünyanı dərindən və tam anlamağa imkan 
verir. Dialektik axtarışa biganə olan fəlsəfi təlimlər üçün varlığın hərəkətliliyi “axarlılığı” 
əlçatmazdır, anlaşılmazdır. Dialektikanın qıtlığı heç də mütləq hərəkətin inkar edilməsinə aparmır. 
O hərəkətin sadəcə olaraq artan, azalan, eyni şeyin təkrarlanması kimi sadə şərhində, hər bir 
hərəkətdən dövrü kimi bəhs edəndə təzahür edə bilər. Dəyişikliyin daha mürəkkəb forması - 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin